• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
12-06-2018, 00:22

Nabat Qəniyeva: ”Erkən nikah məişət zorakılığını yaradan əsas səbəblərdəndir”

Nabat Qəniyeva: ”Erkən nikah məişət zorakılığını yaradan əsas səbəblərdəndir”

Vətəndaş cəmiyyəti cənubda erkən nikah və məişət zorakılığı məsələlərini müzakirə edir

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti mayın 10-11-də Lənkəran və Lerik rayonlarında "Məişət Zorakılığı haqqında” Qanunun təbliği, işləmə mexanizminin təkmilləşdirilməsi və erkən nikah probleminin aradan qaldırılması mövzusunda Dəyirmi Masalar keçirib. İsveçin Kvinna Till Kvinna Fondunun dəstəyi ilə həyata keçirilən layihənin direktoru AQHMC-nin rəhbəri Novella Cəfəroğludur.

Layihə üzrə təlimçi Nabat Qəniyeva Musavat.com-a açıqlamasında bildirib ki, layihəni əhatə edən məsələ Azərbaycanın güney bölgələrində olduqca qabarıqdır. Xüsusən, erkən nikah regionun demək olar, bütün kəndlərində sıradan həyat normasına çevrilib: “Bəzən erkən nikah problemini ailələrin sosial durumları ilə əlaqələndirirlər. Ancaq Lənkəran, Lerik rayonlarının əhalisi sosial cəhətdən o qədər də müdafiəsiz sayılmaz. Subtropik bölgənin təsərrüfat imkanları, insanların çalışqanlığı, getdikcə turizm infrastrukturunun genişlənməsi ailələrin maddi gücünü möhkəmləndirir. Bunu erkən nikaha daxil olan qızlara ailələrinin verdiyi cehiz də göstərir. Bizim, eyni zamanda yerli fəalların müşahidələrindən bəlli olur ki, ailələr övladları ailə qurarkən onlara yaşamaq üçün lazım olan əşyalarla təmin edir. Bu da onu göstərir ki, qızları ailələri heç də bəzi bölgələrdə olduğu kimi, “yeyənin biri azalsın” düşüncəsi ilə ərə vermirlər. Bizim belə ailələrlə apardığımız dialoqdan məlum olur ki, qızların erkən ərə verilməsinin səbəbi bölgədə gənc oğlanların orta məktəbi bitirər-bitirməz əməkçi miqrant kimi ölkədən getməsidir. Onların çoxu, yaxın qohumların dəstəyi ilə Rusiyaya, Ukraynaya, qismət Türkiyəyə gedir və orada özlərinə güzəran qururlar. Əməkçi miqrantların çox az hissəsi illər sonra Vətənə qayıdır. Bəziləri getdikləri ölkədə ailə qururlar. Buna görə də yetkinlik yaşına çatan qızları olan valideynlər qızlarının gələcək taleyini düşünərək onları gənc yaşda ərə verirlər. Yəni, bu, onların izahıdır. Əslində isə onları faktiki olaraq hüquqsuz bir vəziyyətə salaraq başqa bir ailənin belə demək mümkünsə, tabeliyinə verirlər”.

Nabat Qəniyevanın sözlərinə görə, erkən nikahların əsas səbəblərindən biri də təhsilin aşağı səviyyədə olmasıdır: “Son illər ölkədə təhsil müəssisələrindəki neqativlər, təhsilin keyfiyyətinin aşağı düşməsi, kənd məktəblərində müəllim çatışmazlığı üzündən tədris prosesinin pozulması Lənkəran və Lerik bölgələrində yaşayan vətəndaşları da təhsildən uzaqlaşdırıb. Statistika göstərir ki, kəndlərdə hər il ali təhsilə maraq azalır, maraq göstərənlər isə gərəkli balı toplayaraq ali məktəblərə qəbul ola bilmirlər. Hətta elə bölgələr var, orada konkret fənn üzrə repititor üçün məktəblilər qonşu kəndlərə gedirlər. Bölgələrdə keçirdiyimiz tədbirlər zamanı təhsil sahəsinin işçiləri bu məsələləri dəfələrlə qaldırır və yerli icra strukturlarından bu problemə diqqətlə yanaşmalarını istəyər, konkret təkliflərlə çıxış edirlər. Onların fikrincə, iş yerlərinin yaradılması, peşə yönümlü təhsil problemdən əsas çıxış yolu ola bilər”.

Bölgənin coğrafi mənada İrana yaxınlığı da ekspertin sözlərinə görə, erkən nikah probleminə təsir edir: “Dünyəvi qaydalardan uzaqlaşaraq şəriət qaydalarını özlərinə həyat tərzi seçən insanların ailələrində bu problem daha ciddidir. Bəllidir ki, bölgədə yaşayanlar şiə məzhəbindəndirlər. Ərazicə İrana yaxınlıq da təriqətləşmənin daha kəskin formada üzə çıxmasına səbəb olur. Ailələrin bir hissəsi qızların təhsilinə qarşı çıxır, erkən nikah həyat normasına çevrilir. Azərbaycan multikultural ölkədir, hər kəsin vicdan, dini etiqaz azadlığı qorunur. Ancaq bəzən bu məsələ çoxsaylı problemlər yaradaraq cəmiyyətimiz, hətta dövlətimiz üçün təhlükəyə çevrilir. Bizim əsas məqsədimiz hökuməti bu problemlərlə tanış etmək, onlarla birgə problemlərin çözüm yollarını aramaqdır. 2010-cu ilin iyulunda qəbul edilən “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun məişət zorakılığının və onun neqativ hüquqi, tibbi və sosial nəticələrinin qarşısının alınmasını, qurbanların hüquqi yardım və sosial müdafiə ilə təmin edilməsini, məişət zorakılığına səbəb olan şəraitin aradan qaldırılmasını nəzərdə tutur. Düşünürük ki, bu qanun vətəndaş cəmiyyətinin üzərinə də müəyyən məsuliyyət qoyur və biz ölkədə sivil toplum formalaşdırılması prosesində səylərimizi əsirgəməməliyik”.


Nabat Qəniyeva deyir ki, bütün bu problemlər məişət zorakılığını yaradan səbəblər sırasındadır: "Faktlar göstərir ki, erkən nikahlar zamanı məişət zorakılığı sayılar biləcək halların sayı normal nikahlardakından daha çox olur. Bu problemlərin müzakirələrəsində vətəndaş cəmiyyətinin fəalları ilə yanaşı din xadimlərinin, hökumət nümayəndələrinin, qurbanların, həkimlərin dəvət edilməsi məsələnin dərindən öyrənilməsinə imkan verir. Düşünürük ki, rəsmi qurumların, vətəndaş cəmiyyəti fəallarının birgə səyi ilə bu problemləri aradan qaldırmaq, vətəndaşlara öz hüquq və azadlıqlarını başa salmaq mümkün olacaq”.

Musavat.com

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az