• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-09-2026 Dövlət xəstəxanasında yarımştat qeydiyyatda olan "AyMed" rəhbərinin "özbaşınalıqları"
  • 16-09-2026 Tıxaca görə dərsə gecikən ADNSU tələbələrinə güzəşt olacaq?
  • 16-09-2026 Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - VİDEO
  • 16-09-2026 HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
  • 16-09-2026 Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - VİDEO
  • 15-09-2026 Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
  • 15-09-2026 Yardımlıda korrupsiya əməliyyatı: İcra Hakimiyyətinin vəzifəli şəxsləri həbs edildi
  • 15-09-2026 Bakıda 165 ailə Kəmaləddin Heydərovdan kömək gözləyir... - Cənab nazir, FHN-də söz verildi, amma...
  • 15-09-2026 Prezident İlham Əliyev: Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidir
  • 15-09-2026 Prezident İlham Əliyev: Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin
  • 15-09-2026 Prezident İlham Əliyev: Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edib
  • 15-09-2026 Azərbaycan 8 ay ərzində Ermənistana 17,6 milyon dollar dəyərində məhsul ixrac edib
  • 15-09-2026 Anar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardı
  • 15-09-2026 Vəzifəsindən azad edilən icra başçısı kimdir? - Dosye
  • 15-09-2026 Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
  • 15-09-2026 Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib
  • 15-09-2026 Fərid Eyvazovun “Alliance Clinic”ində 146 manatlıq çek qalmaqalı
  • 15-09-2026 Yasamal icra başçısı nə düşünür? - Piyada səkisi darmadağındır - VİDEO
  • 15-09-2026 Eldar Əzizovun “Bakı Şəhər İşığı” müəssisəsinə rəis təyin etdiyi adaşı milyonları haralara xərcləyir
  • 15-09-2026 Tramp “atəşkəs oldu” dedi, Moskva xəbərsiz çıxdı – Böyük müəmma

XƏBƏRLƏR

    “Fənərbaxça” turu 1 xalla başa vurub
    "Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
    “Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
    Arda Turanın 7,5 milyon dollarını "yeyən" qadın yenidən məhkəmədə - 102 il...
    Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
    "Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
    Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - VİDEO
    Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
    ÇL-də bütün zamanların ən yaxşı heyətini açıqladılar
    Türkiyənin qadın voleybol millisi Avropa çempionu olub
28-04-2023, 09:16

Səfərbərlikdə Eldar Mahmudov AB-HAVASI... - İLGİNC

Səfərbərlikdə Eldar Mahmudov AB-HAVASI... - İLGİNC


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yeni təyinat olub. Demokrat.az xəbər verir ki, Tehran Babatov Dövlət Xidmətində rəisin baş köməkçisi vəzifəsinə gətirilib. Bu təyinatı Dövlət Xidmətində kadr islahatı hesab etmək olardı, lakin Tehran Babatovun kimliyi diqqəti fərqli istiqamətə də çəkir.

Tehran Babatov ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin (MTN) keçmiş rəhbəri Eldar Mahmudovun “kassiri” olmasına dair iddialar olub və bu günə qədər Babatov tərəfindən təkzib olunmayıb. Eldar Mahmudovun təhlükəsizlik xidmətini hansı vəziyyətə saldığı, vəzifəsindən sui-istifadə edərək, quldur sistemi formalaşdırdığı, sahibkarlara qarşı zülmlər etdiyi hər kəsə bəllidir.

Ləğv olunmuş MTN-də Kadrlar Baş İdarəsinin rəis müavini olan, polkovnik Tehran Babatovun da bu prosesdə birbaşa iştirakçı olması xəbərləri vardı. Onun fəaliyyəti haqda yayılan məlumatlarda bildirilir ki, Tehran Babatov MTN-ə işəgötürmə və MTN-in Heydər Əliyev adına Akademiyasına qəbul zamanı rüşvət toplayıb. Hətta rüşvətin məbləği ilə bağlı da konkret rəqəmlər yayılırdı. Misal üçün, MTN-ə işə qəbul üçün 70 min dollar, paytaxtdan kənardakı şöbələrə qəbul üçün 50 min dollar, Akademiyaya qəbul üçün 150 min dollar rüşvət alınıb.

Əvvəllər Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsində işləyən Tehran Babatov nöqsanlarına görə vəzifəsindən azad edilib. 2004-cü ildə isə Eldar Mahmudov tərəfindən MTN-nə gətirilərək, Kadrlar Baş İdarəsinə şöbə rəisi vəzifəsinə təyin edilib.

Tehran Babatovun keçmişi və əməlləri haqda yayılan bu məlumatlar onun dövlət strukturları üçün yararsız kadr olduğunu göstərir. Keçmiş MTN işi əslində bunu demək üçün tutarlı faktdır və bəllidir ki, Eldar Mahmudovun “kassiri” olmuş şəxsdən nə dövlətə, nə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xeyir gəlməz.

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Eldar Mahmudov nazir vəzifəsində olarkən ətrafına topladığı kadrlardan şəxsi maraqlarının təminində istifadə edib: “Bu gün həmin kadrlarla bağlı istintaq hərəkətləri yoxdursa, bu o demək deyil ki, bu məsələ heç zaman araşdırılmayacaq. Milli Təhlükəsizlik Nazirliyi cənab prezident tərəfindən 2015-ci ildə ləğv olunub. MTN ləğv olunandan sonra orada Eldar Mahmudovun yaratdığı quldur yuvası ilə bağlı cinayət işləri başlanıb və bəzi cinayət işləri bu günə qədər yekunlaşaraq məhkəmələrə göndərilib. Bəziləri isə hələ də araşdırılmaqdadır. Məsələn, Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin rəisi olmuş Mövlam Şıxəliyev 2015-ci ildə vəzifəsindən uzaqlaşdırılmışdı, lakin onu 2021-ci ilin aprelində həbs olundu. Onunla bərabər Baş İdarənin daha 3 şöbə müdiri də qandallandı. Yəni MTN-dəki quldur yuvası dağıdılandan 6 il sonra Mövlam Şıxəliyev və digər 3 işçisi həbsə alındılar. Məlum oldu ki, bu şəxslərin barəsində MTN ləğv olunandan sonra cinayət işi başlanıb, əmlaklar üzərinə həbs qoyulub. Belə cinayət işlərinin MTN digər vəzifəli şəxsləri barəsində də davam etdirilməsi şübhəsizdir. Eldar Mahmudovun özünü 2 dəfə Baş Prokurorluğun Ağır Cinayətlərin İstintaqı İdarəsində dindiriblər. Kimsə düşünməsin ki, Eldar Mahmudovla bağlı istintaq aktiv fazaya keçməyəcək. İstintaq qısa bir zamanda yenilənə və Eldar Mahmudov da daxil olmaqla bir çox MTN vəzifəliləri həbs alına bilərlər”.

Hüquqşünas deyir ki, vaxtilə MTN-də çalışmış kadrların hamısının qanunsuzluqlarda iştirak etməsini də söyləmək olmaz: “Elə kadrlar olub ki, Eldar Mahmudovun qanunsuzluqlarına qol qoymayıblar, zabit şərəfini, xalqın, dövlətin mənafeyini qoruyublar. Həmin kadrlar peşələrinə xəyanət etməyiblər, bu gün də xalqımıza, dövlətimizə sədaqətlə xidmət edirlər. Bununla belə Eldar Mahmudovun quldur dəstəsinə daxil olmuş, Azərbaycan vətəndaşlarına qarşı cinayətlər, qanunsuzluqlar etməklə var-dövlət qazanmış kadrlar da az olmayıb. Belələri xüsusi xidmət orqanlarından uzaqlaşdırılsalar da, çox təəssüf ki, digər dövlət orqanlarında işə götürülürlər. Hətta Mövlam Şıxəliyevlə bərabər qandallanan Sahib Ələkbərovla Yasin Məmmədov Azərbaycan Vəkillər Kollegiyasına da üzv ola bilmişdilər. Təsəvvür edin, bu adamlar illərlə vətəndaşlara qarşı cinayət ediblər, hüquqlarını pozublar, işdən biabırçı şəkildə çıxarılandan sonra hansısa yollarla Vəkillər Kollegiyasına üzv ola bilmişdirlər. Düzdür, barələrində ittihamedici hökm çıxarılandan sonra Vəkillər Kollegiyasından da uzaqlşdırıldılar. Ona görə də dövlət qurumlarının rəhbərləri Eldar Mahmudovun mütəşəkkil cinayətkar quldur dəstəsində olmuş kadrları işə götürməkdən çəkinməlidirlər”.
“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az