• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
26-04-2018, 08:41

Bitməyən “səhərli-kəndli” qovğası - səbəb nədir...

Bitməyən “səhərli-kəndli” qovğası - səbəb nədir...

Belə iddialar var ki, “şəhərli-rayonlu” ayrı-seçkiliyin, qovğasının yaranmasının əsas səbəbi böyük şəhərlərdə yaşanan sıxlıqla bağlıdır

Artıq bir neçə gündür ki, ictimaiyyətdə yenidən “şəhərli-rayonlu” söhbəti artmağa başlayıb. Buna səbəb isə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı Lalə Babayevanın sosial şəbəkədə rayonluları təhqir etməsi olub. Belə ki, L.Babayeva sosial şəbəkədə “Çastpik yazanlar öz kəndində qalsaydı, belə problem yaranmazdı. Həm təmiz, həm də rahat metro olardı” şərhini yazıb.

Onun bu şərhi qısa bir zamanda müzakirələrə, qalmaqala səbəb oldu, sosial şəbəkələrdə #hamimizkendchiyik# haştağı altında kampaniya başladıldı. Qalmaqalla bağlı “Bakı Metropoliteni”ndən münasibət bildirildi. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nəsimi Paşayev qeyd edib ki, L.Bayramovanın şəbəkələrdə müzakirə edilən fikirləri qurum adından yazılmadığı üçün buna görə metropoliten rəhbərliyi məsuliyyət daşımır:

“Məsələ ilə bağlı heç nə deyə bilmərəm. Xanım metropoliten əməkdaşı olsa da, yazdıqları onun şəxsi düşüncələridir. Özünün şəxsi profilindən yazıb. 4 ildir mətbuat xidmətinin rəhbəri mənəm və qurumun adından mən çıxış edirəm. Bütün qurumlarda olduğu kimi, bizim də müxtəlif fikir və düşüncədə olan yüzlərlə əməkdaşımız var. Biz onların şəxsi fikirlərinə görə məsuliyyət daşıya bilmərik. Onun şəxsi fikirlərinə şəxsi münasibətimi soruşsaz, təbii ki, düzgün hesab etmirəm. Emosiyalarına yenilərək kifayət qədər səhv fikirlər qeyd edib”.

Qeyd edək ki, Lalə Babayeva da haqqında yazılan xəbərlərlə bağlı yenidən səhifəsində paylaşım edib və yazıb: “Hörmətli soydaşlarımız, bu gün sosial şəbəkədə fikir ayrılığına səbəb olan şərhim, təəssüf edirəm ki, düzgün anlaşılmayıb və həmin şərh heç də çalışdığım müəssisənin mövqeyini əks etdirmir. Bu səbəbdən, Azərbaycan vətəndaşı olaraq, cəmiyyətimizdə belə arzuolunmaz rəy yarandığı üçün çox təəssüf edir, bütün həmvətənlərimizdən yanlış anlaşmaya görə üzr istəyirəm”.

Xatırladaq ki, “şəhərli-rayonlu” qovğası bundan əvvəl də gündəmə gəlib, çoxsaylı müzakirələr aparılıb. Buna misal olaraq, ötən il bəstəkar Aygün Səmədzadənin bakılılar və rayonlularla bağlı işlətdiyi ifadələri, ictimaiyyətin məsələyə reaksiyasını buna əyani sübut kimi qeyd edə bilərik. Bu problem təkcə müstəqillik dövrümüzdə deyil, sovet hakimiyyəti illərində də mövcud olub. Hətta hazırda dünyanın ən inkişaf etmiş ölkələrində belə bu cür hallara rast gəlmək olur - şəhərlilərin əksəriyyəti əyalət insanına qıcıqla yanaşır, onlarla ünsiyyətdə olmaqdan “qaçır”.

Bəs səbəb nədir?

Ekspertlərin bir qismi qeyd edir ki, burada daha çox şüuraltı, psixoloji problemlər, kompleksli xüsusiyyətlər insanları bu cür davranmağa sövq edir. Digər iddialara görə isə “şəhərli-rayonlu” ayrı-seçkiliyin, qovğasının yaranmasının əsas səbəbi böyük şəhərlərdə, eləcə də paytaxtlarda yaşanan sıxlıqla bağlıdır.

ADP sədri Sərdar Cəlaloğlu məsələ ilə bağlı “Yeni Müsavat”a danışıb: “Bütün bunların hamısının yeganə səbəbi odur ki, ölkədə siyasi səviyyə aşağıdır. Siyasi şüur aşağı düşdükcə qeyri-siyasi məsələlər ictimai münasibətlərdə üzə çıxır. O cümlədən yerlibazlıq, ”klançılıq", boy-buxun, cinsi məsələlər və sairə".

Sərdar Cəlaloğlu onu da qeyd edib ki, inkişaf etmiş ölkələrdə bu cür hallar olmur: “Bu, ancaq inkişafdan geridə qalan ölkələrdə yaranır”.

Sosioloq Əhməd Qəşəmoğlu da qeyd edib ki, “şəhərli-kəndli” qovğası hər zaman mövcud olub: “Yəni ”kəndçi" sözü bu gün düşünülmüş söz deyil. 50 il də bundan əvvəl bu sözü eşidirdik. Bu da normal haldır. İnsanlar müəyyən inkişaf səviyyəsinə, həyat tərzinə görə bir-birilərindən fərqlənirlər. Qeyd edim ki, bəzən kənd yerində də şəhərləri bəyənmir, lağ edirlər. Ümumiyyətlə, qloballaşma prosesi gedəndə müxtəlif sosial təbəqədən olan insanlar bir-birilərinə sürətlə yaxınlaşmağa başlayır. Bu zaman da gərginlik çoxalır. Bunu da ya siyasi texnologiyalar, ya da hər hansı humanist yanaşma ilə yoluna qoyurlar, yaxud da əksinə, maraqlı qüvvələr bu prosesdən özlərinin xeyrinə istifadə etmək üçün onu gərginləşdirirlər".

Sosioloq qeyd edib ki, bəziləri bu cür məsələlərdən öz məqsədləri üçün istifadə edir: “Metro əməkdaşının dediyi təhqiredici ifadəyə gəldikdə isə qeyd edim ki, bu cür olaylarda bəziləri öz məqsədləri üçün sensasiya axtarır, özünü sanki qəhrəman kimi göstərməyə çalışır və sairə. Bunun üçün də bu cür məsələlər nəzarət altında olmalıdır. İndiki vaxtda, şəraitdə müxtəlif təbəqələrin üz-üzə, qarşı-qarşıya gəlməsi təbii tarixi bir prosesdir. Ölkəmizdə yaranmış vəziyyətə görə bu, daha gərgin, kəskin şəkildədir. Olayı qızışdırmaq milli maraqlarımızın əleyhinədir”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az