• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
15-06-2021, 10:56

Düşmən Ermənistanı tərəfdaşa çevirmək - qalib Azərbaycanın daha bir missiyası

Düşmən Ermənistanı tərəfdaşa çevirmək - qalib Azərbaycanın daha bir missiyası



Azərbaycan post-müharibə dönəmində Ermənistanla sülh və barışıq içində yaşamaq xəttinə və mövqeyinə sadiqdir. Bunu ötən həftəsonu Prezident İlham Əliyev bir qrup xarici ölkə səfiri ilə görüşündə bir daha bəyan elədi. Lakin ölkə başçısı Ermənistandan hələ də adekvat cavab alınmadığını da bildirdi. Qeyd elədi ki, əgər İrəvan sülh istəyirsə, Bakı da buna hazırdır, yox, müharibə arzulayırsa, onun nəticəsi ötən ilin payızındakı kimi olacaq.

Yəni “dəmir yumruq” xəbərdarlığı. Əfsus ki, qonşu ölkədə 44 günlük müharibədəki kapitulyasiyadan hələ də lazımi dərsi götürməyən, yenə də öz xalqının qanını axıtmağa hazır olan revanşist və populist qüvvələr qalır. Nəinki qalır, həm də ictimai rəyə təsir imkanlarını saxlayır. Belələri daha çox radikal müxalifət düşərgəsindədir. Onlar heç cür ölkəmizin öz ərazi bütövlüyünü bərpa eləməsi ilə barışa bilmir, “bəlkə də qaytardılar” xülyası ilə yaşayır, “artsaxın itirilən torpaqlarını geri” alacaqlarına sadəlövhcəsinə ümid edirlər.

*****

Bu isə heç vaxt olmayacaq. Bunu gözləyənlər boşuna gözləyir. Daha bir səbəbə: məsələ ondadır ki, Rusiya da bölgədə, öz sərhədləri yaxınlığında yeni müharibənin alovlanmasını istəmir. Bu xüsusda Moskva 10 noyabr üçtərəfli kapitulyasiya sazişinin bəndlərinin sabotaj edilməsində yox, onların həyata keçməsində maraqlıdır.

Son olaraq, keçən həftə Rusiya baş diplomatı Sergey Lavrov da bunu dilə gətirdi. Onu da söylədi ki, status məsələsinin indi yeri deyil, məsələyə bütün köçkünlər öz yurd yerlərinə qayıtdıqdan və ən əsası, yaxın keçmişdəki kimi azərbaycanlı və ermənilər dinc birgəyaşayışa başladıqdan sonra qayıtmaq olar. “O vaxt bu məsələnin həlli qat-qat asan olacaq” - Rusiya XİN başçısı vurğuladı.

Bu da elə separatçıları başından eləmək kimi şeydir və Azərbaycanın status məsələsi ilə bağlı mövqeyinə uyğun gəlir. Çünki azərbaycanlı və ermənilərin birgə yaşayışı bəlli səbəblərdən hələ uzun müddət mümkün görünmür. Demək, Ermənistan üçün əsas qarant dövlət olan Rusiya da bu mövzuya qayıtmayacaq. Bəlkə heç Qarabağda erməni qalmayacaq. Təsadüfi deyil ki, Lavrovun son açıqlaması erməni siyasi elitasında bərk məyusluq yaradıb. “Müttəfiq Rusiya” yenə tənqid hədəfinə çevrilib.

Amma nahaq yerə. Kremlin mövqeyini ifadə edən S.Lavrov əslində qeyri-adi bir şey söyləməyib, sırf beynəlxalq hüquqa istinad edib. O beynəlxalq hüquq ki, istənilən etnik-ərazi konfliktinin həllinin əsasında durmalıdır. O beynəlxalq hüquq ki, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasını tələb edir.

Bu isə gözə dəymir. Müharibədən keçən 7 ayda bircə erməni siyasətçisi də “Ermənistan sülh və inkişaf naminə Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır” ifadəsini işlətməyib. Yalnız sabiq prezident Levon Ter Petrosyan erməni xalqını ayılmağa, “dənizdən-dənizə Böyük Ermənistan” və “miatsum” kimi sərsəm iddialara son qoymağı səsləyib. Nəhayət, unutmayaq ki, 10 noyabr üçtərəfli kapitulyasiya sənədində də heç bir statusdan söhbət getmir və Ermənistan (hansısa mifik “dqr” yox!) məğlub olduğunu rəsmən təsdiq edir. Məğlub tərəf isə özünü məğlub kimi aparmalıdır...

*****

Bu arada rəsmi Bakı böyük humanistlik göstərərək və iki ölkə arasında sülh anlaşması üçün daha yaxşı zəmin hazırlamaq naminə 15 erməni hərbçisini Ağdamda basdırılan 97 min mina xəritəsinə dəyişdirib. Tanınmış rusiyalı hərbi ekspert Oleq Kuznetsov bu olaya maraqlı şərh verib. Onun fikrincə, buradan 5 nəticə çıxarmaq mümkündür: “Birincisi, Paşinyan öz generallarının inadını sındırmağı bacardı və nəticədə xəritələr verildi. Bu, onun seçkidə seçici səsləri uğrunda mübarizə baxımından ciddi qələbəsidir, eyni zamanda dolayısı ilə də olsa, ötənilki müharibədə məğlub olan erməni generalların revanş üçün heç bir şansının qalmadığının etirafıdır. Yəni sağlam düşüncə qalib gəldi - baxmayaraq ki, bu, İrəvan üçün nadir hadisədir.

İkincisi, İrəvan əlindəki kiçik təsir vasitələrindən birini adekvat şəkildə qarşılığını almadan Azərbaycana verdi. Bu, Paşinyanın və ətrafının daxili siyasi qarışıqlığa rəğmən, Azərbaycanla prosesin tənzimlənməsi ilə bağlı danışıqlara davam etmək istədiyini göstərir. Mina xəritələrinin verilməsi Paşinyanın blokunun seçkilərdə qalib gələcəyinə əminliyini ifadə edir. Erməni cəmiyyətinin reaksiyasından asılı olaraq 20 iyunadək bu süjet xətti təkrarlana, qalan mina xəritələri ilə digər diversantlar da dəyişdirilə bilər. Paşinyan indi çox ağıllı şəkildə pauza verməyi bacardı. Bununla o, Köçəryanı “ermənilərin həyatı, yoxsa siyasi ambisiyalar” kimi çətin dilemma qarşısında qoydu.

Üçüncüsü, Azərbaycan bu mübadilə ilə beynəlxalq humanitar sahədə mövqeyini gücləndirdi. Bu, İlham Əliyevin Azərbaycan Ordusunun erməni xalqı ilə deyil, ancaq torpaqları işğal edən erməni elitası ilə müharibə apardığı barədəki tezisinin həqiqət olduğunu bariz şəkildə sübut etdi. Müharibə qurtardı, ədalət zəfər çaldı. Dünənki düşmən bu gün danışıq apardığın tərəfdaşa çevrilir. Bəs indi düşmənçilik nəyə lazımdır? Rəsmi Bakının sözləri ilə əməlləri həmişə üst-üstə düşür. Bunun üçün hansısa əlavə sübut tələb olunmur.

Dördüncüsü, Ağdamdakı minalanmış sahələrin xəritələrinin verilməsi Qarabağ separatçılarının Xankəndindəki qalıqlarının ambisiyalarına yaxın zamanda kifayət qədər böyük zərbə vuracaq. Artıq onların işğalçıların izlədiyi xəttin sonsuzadək davam edəcəyinə ümidi yoxdur, bundan sonra da olmayacaq. Separatçılar artıq situasiyanın girovuna, Bakı və İrəvan arasındakı danışıqlarda mübadilə məzənnəsinə çevriliblər. Lakin hələ bunun üçün şərtlər tam şəkildə formalaşmayıb. Bunların ardınca da sülhməramlı qüvvələr Qarabağdan çıxacaq.

Beşincisi, diversantların mina sahələrinin xəritələri ilə dəyişdirilməsi təsdiqlədi ki, İrəvanın danışıqlardan çıxdığı barədə açıqlaması sözdür, reallıqda isə danışıqlar davam edir. Yalnız bu danışıqlar “kölgəli şəkildə”dir, bütün razılaşmalar icra edilir - ancaq Paşinyana daxili siyasi arenada maksimal qazanc gətirəcək səviyyədə. Buna görə də seçkilərdən əvvəl yeni sürprizləri gözləmək lazımdır».

*****

Ermənistanda 20 iyun kritik seçkilərinə isə 5 gün qalır. Müşahidələr göstərir ki, seçki marafonunda parlaq favorit yoxdur. Son rəy sorğularına görə, əsas rəqiblər - sabiq prezident Robert Köçəryanla baş nazir əvəzi Nikol Paşinyanın reytinqi təxminən bərabərdir - 24%. Bu da faktdır ki, əsas rəqibinə qarşı bütün etik çərçivələri aşan, onu təhdid edən, hədələyən Köçəryan artıq özünü qalib ədası ilə, “xilaskar” kimi aparmağa başlayıb. Guya o, hakimiyyətə gəlməsə, Ermənistan adında dövlət olmayacaq. Zatən o, heç indi də yoxdur.

Ermənistan adlı simvolik dövlətin xilası isə Moskvaya yox, məhz Bakıya, onunla hərtərəfli normal münasibətlər qurmağa bağlıdır. Yalnız o halda ermənilərin ölkədən böyük köçü də dayana bilər.

Söz düşmüşkən, Ermənistan İctimai Şurasının Miqrasiya məsələləri komissiyasənın sədri Qaqik Yeganyan “Sputnik”ə deyib ki, müstəqilliyin 30 ili ərzində 1,6-1,7 milyon erməni və ya ölkə əhalisinin 30%-i Ermənistandan mühacirət edib. “Bunlardan 1.1-1.2 milyonu Rusiyaya, təxminən 150.000-i ABŞ-a, 120-150.000-i Avropaya, qalanları müxtəlif MDB ölkələrinə və uzaq Zelandiyadan tutmuş İsrailədək, digər ölkələrə köç edib”, - deyə o vurğulayıb.

Ən böyük və ya Yeganyanın dediyi kimi, kütləvi mühacirət isə 1992-1994-cü illərdə qeydə alınıb. Həmin 3 ildə təxminən 600.000 vətəndaş və ya o dövrdəki əhalinin 16% -i Ermənistanı geri dönmədən tərk edib. Bu proses şübhə yox ki, pandemiyanın bitməsinin ardınca sərhədlərin açılması ilə yenidən vüsət alacaq. Ta ki, erməni cəmiyyəti, onun siyasi elitası, erməni diasporu yeni reallıqları qəbul edənədək.

Ən əsası, məğlub ölkənin siyasiləri bilməlidirlər ki, status qatarı da gedib və 10 noyabr sənədinin digər bəndlərini icra eləmək lazım gələcək - Ermənistanda hakimiyyət başında kim olur-olsun. O sırada Xocalı hərbi canisi Köçəryan da Müzəffər Ordumuzun 44 gündə yaratdığı yeni və möhtəşəm reallığı dəyişə bilməyəcək. Çünki Ermənistanın ipi artıq bizim əlimizdədir. Bundan sonra da belə olacaq. Azərbaycansız, Türkiyəsiz o, nə tərəqqi tapa, nə də mövcud ola biləcək. O zaman nəyə ümid edirlər?

20 iyunu da gözləyək...
//musavat.com//

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az