• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
24-07-2020, 14:41

“Deməli kimlərsə maraqlıdır ki, bu itkilər olsun...”

“Deməli kimlərsə maraqlıdır ki, bu itkilər olsun...”

Ötən gün prezident İlham Əliyev ölkədə su təsərrüfatının vəziyyətinə həsr edilmiş və videokonfrans rejimində keçirilən müşavirə zamanı bu sahədə hökm sürən korrupsiya meylləri barədə sərt danışıb. Prezident ölkədə su itkisinin 40-50 faiz təşkil etməsini “dözülməz hal” adlandırıb, bu itkilərin kimlərinsə marağında olduğunu deyib.

“Əlbəttə, itkilərin əsas mənbəyi torpaq kanallardır, amma təkcə torpaq kanallar deyil. Digər mərhələlərdə də itkilərə yol verilir. Bəzi hallarda bu itkilər süni şəkildə şişirdilir. Bəzi hallarda heç itki olmur, amma suyun həcmi itkilərə silinir. Mənə verilən məlumata görə, burada da xoşagəlməz hallar kifayət qədər geniş vüsət alıb. Ona görə, birincisi, biz bu itkiləri azaltmalıyıq. Çünki 40-50 faiz itki dözülməz səviyyədir. Mən yenə də deyirəm, əgər itkilər aradan qaldırılsa, bizim mövcud su mənbələrimiz və su resurslarımız kifayətdir”,-prezident bildirib.

Dövlət başçısı əlavə edib: “İçməli su layihələrinə, meliorasiya layihələrinə böyük vəsait qoyulur. İndi müasir texnologiyalar var. Həmçinin boruların istismar müddətinin uzadılması üçün yeni texnologiyalar var, onlardan istifadə etmək lazımdır. Amma elə bil ki, bu itkilər kiməsə sərf edir. Çünki itkilər olan yerdə uçot olmur. Nəyi istəyirsənsə, itkilərə silmək olar. Ona görə ayrıca bir proqramın içində xüsusi bir istiqamət olmalıdır və qrafik tutulmalıdır ki, itkilərin azaldılması hansı templə gedəcək, hansı ildə hansı səviyyəyə düşəcək və əgər düşməyəcəksə, buna məsuliyyət daşıyan qurumların rəhbərləri cəzalandırılmalıdır. Yoxsa ildən-ilə mən bunu eşidirəm - itkilər, itkilər. Yaxşı, itkilər var, amma bunun qarşısını almağın yolu da var. Bu illər ərzində məgər bu yolu tapmaq mümkün deyildi?! Deməli, kimsə maraqlıdır ki, bu itkilər olsun. Hər kəs nəticə çıxarsın.

Dağ çaylarının sularının yığılması ilə bağlı təkliflər səsləndi. Mən bunu dəstəkləyirəm. Artıq bizim dağ çaylarımızda mövcud olan resursların geniş təhlili aparılıb. Ona görə sututarların, kiçik su anbarlarının tikilməsi və dağ çaylarının bizim əsas su xətlərinə birləşdirilməsi məsələlərinə də mütləq baxılmalıdır. Hesab edirəm ki, biz bu işi qısa müddət ərzində görə bilərik. Yenə də çox işlək bir nəzarət mexanizmi olmalıdır”-İlham Əliyev bildirib.

Müşavirədə Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri Kərəm Həsənov da çıxış edib.


Onun sözlərinə görə, Azərbaycanın su mənbələri üzrə ehtiyatları təxminən 35,6 milyard kubmetr qiymətləndirilir: “Axırıncı dəfə ölkə üzrə yerüstü su ehtiyatlarımız 1970-ci ildə, yeraltı su ehtiyatlarımız isə 1980-ci illərdə qiymətləndirilib. Biz hazırda su sistemi ilə bağlı məlumatları bu qiymətləndirmələrdən əldə edirik. Təxminən 40-50 il keçməsinə baxmayaraq, su ehtiyatlarımız yenidən qiymətləndirilməyib. Bayaq Fövqəladə Hallar naziri bu məsələ ilə bağlı qeyd etdi. Eyni zamanda, 35,6 milyard kubmetr su ehtiyatından il ərzində içməli su üçün təxminən orta hesabla 653 milyon kubmetr su götürülür. Bu da əvvəllər su ehtiyatlarımızın 1,8 faizini təşkil etmişdir. Hazırda isə 15 faiz su ehtiyatlarının azalması bu rəqəmlərə təsir etmişdir . Mövcud su ehtiyatlarına içməli su 2,2 faiz nisbətindədir. Amma buna baxmayaraq, bu rəqəmlər suyun təminatının azalmasına çox cüzi təsir edir”.

O, qeyd edib ki, sistem üzrə götürülən 653 milyon kubmetr suyun təxminən orta hesabla 57 milyon kubmetri, yəni 9 faizi sistemin texnoloji proseslərinə sərf edilir, 286 milyon kubmetr su isə müxtəlif sərflərə silinir:

“Yalnız təxminən 283 milyon kubmetr su – bu, şəbəkəyə daxil olan suyun 45 faizi, götürülmüş suyun isə 50 faizi deməkdir, istehlakçılara çatdırılmışdır. Çox düzgün qeyd etdiniz ki, su itkiyə məruz qalır və bu da təxminən istehlakçılara verilən su təchizatının 50 faizi həcmindədir. Yəni, istehlakçılara verilən su itkiyə gedən sudan azlıq təşkil edir. Bəli, bu rəqəmlər var. Eyni zamanda, çox düzgün qeyd etdiniz ki, su anbarlarımızda mövcud vəziyyətlə, yəni hidrotexniki qurğuların və avadanlıqların istismar müddəti ilə bağlı bəzi yerlərdə vaxtı keçmiş məsələlər var. Ona görə də çox doğru tapşırıq oldu ki, bu təhlükə mənbələrinin aradan götürülməsi üçün hidrotexniki qurğuların yenilənməsi ilə bağlı müvafiq iş aparılsın.


Digər məsələ isə, çox düzgün buyurdunuz ki, suya qoyulan investisiyaların sosial-iqtisadi səmərəliliyi düzgün hesablanmır. Yəni, həm əhalinin sayına görə, eyni zamanda, təchizat sistemində, yəni investisiyaların geri dönməsi, iqtisadi cəhətdən onların səmərəli olması heç də düzgün hesablanmır və sosial səmərəliliyinə baxılmır. Belə ki, bəzi ərazilərdə, məsələn Xaçmaz rayonunda biz bu məsələlərə baxmışıq. Xaçmaz rayonunda su təchizatı həll edilməmişdən öncə bir su mənbəyi müəyyən olunub. Sonradan isə bu mənbəyə də quraqlıq təsir etmişdir və bulaq qurumuşdur. Nəticədə bu gün 2 min fərdi ev, təxminən 10 minə yaxın əhali su təchizatından narazıdır. Bu narazılığı biz ali diqqətinizə çatdırmışıq və Siz göstəriş vermisiniz. Biz əməkdaşlarımızı Xaçmaz rayonuna dərhal ezam etdik və Zeynal Nağdəliyevin şöbəsinin əməkdaşları ilə birlikdə orada bu məsələlərlə məşğul olduq

Eyni zamanda, şikayətlərlə bağlı isə onu demək istərdim ki, 12 rayondan su təchizatı ilə bağlı şikayətlər var idi. Bunu, əsasən, aran rayonları - Sabirabad, Saatlı, Kürdəmir, Ucar, İmişli, Biləsuvar rayonları təşkil edirdi. Sizin tapşırığınız əsasında onların su ilə təminatı məsələlərinə ciddi fikir verilib və məsələlər araşdırılıb”.(virtualaz.org)

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az