• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
29-10-2018, 07:52

Xəzər-Qara dəniz nəqliyyat dəhlizi reallığa çevrilir

Xəzər-Qara dəniz nəqliyyat dəhlizi reallığa çevrilir

"Vestnik Kafkaza": "Yeni nəqliyyat qovşağı Transxəzər və Lazurit dəhlizlərinin bazasında yaradılır"

Nyus.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Aşqabadda Beynəlxalq nəqliyyat dəhlizi - "Xəzər dənizi-Qara dəniz" layihəsi üzrə dördtərəfli ekspert qrupunun iki günlük danışıqları başa çatıb. Azərbaycan, Gürcüstan, Rumıniya və Türkmənistan, eləcə də Avropa İttifaqı Əlaqə Bürosunun yüksək rütbəli nümayəndələrinin iştirak etdiyi tədbirlə bağlı "Vestnik Kafkaza" yazır ki, yeni nəqliyyat dəhlizi Transxəzər və Lazurit (tarixi Lapis-Lazuli ticarət yolu - müəl.) dəhlizlərinin bazasında yaradılır. "Yeni nəqliyyat marşrutunun yaradılmasının təşəbbüskarı Rumıniya və Türkmənistandır və hər iki ölkə böyük gücə malik ən yeni və müasir multimodel limanlara malikdirlər", - deyə nəşr yazır. "Rumıniya özünün Konstansa limanını Xəzər və Qara dənizi birləşdirəcək nəqliyyat-tranzit dəhlizinin əsas və aparıcı halqalarından birinə çevrilməsi üçün bütün imkanları işə salmalıdır", - deyə Rumıniya Xarici İşlər Nazirliyinin dövlət katibi Mariya Maqdelane Qriqorenin Türkmənbaşıda ötən ilin yayında keçirilən birinci görüşdə səsləndirdiyi fikir xatırladılıb. Onun sözlərinə görə, Konstansa limanı Türkmənistanın Türkmənbaşı limanından, eləcə də, Qazaxıstan və Özbəkistandan, digər Mərkəzi Asiya ölkələrindən Avropa bazarına göndəriləcək yüklərin əsas məntəqəsinə çevrilməlidir. Türkmənistan üçün bu təklif daha cəlbedici olmalıdır. Aşqabad artıq çoxdan bəri, yüklərin daşınması məsələsini nəzərdən keçirir. Onu, xüsusən də, sıxılmış qazın Konstansa limanına daşınması maraqlandırır. Daşınma marşrutu xüsusi konteynerlərlə yüklərin Xəzər dənizi vasitəsilə Bakıya, oradan isə dəmir yolu vasitəsilə Batumi və yaxud Potiyə, oradan isə dənizlə Rumıniyaya göndərilməsini nəzərdə tutur. Məlumat üçün bildirək ki, 2018-ci ilin mayın əvvəlində Türkmənbaşıda Türkiyənin "Gap İnşaat" şirkəti tərəfindən həyata keçirilən və dəyəri 1,5 mlrd. dollara başa gələn beynəlxalq multimodel dəniz limanı açılıb. Onun istismara verilməsi ilə Türkmənbaşıdan tarixi Böyük İpək yolu ilə Asiya və Sakit okean ölkələrindən, Rusiya, Azərbaycan və İran limanları vasitəsilə Avropaya yüklərin daşınması istiqamətində böyük imkanlar yaranır.

"Cənubi Qafqaz" politoloji klubunun rəhbəri İlqar Vəlizadə nəşrə açıqlamasında bildirib ki, Aşqabadda "Xəzər dənizi-Qara dəniz" layihəsi üzrə dördtərəfli ekspert görüşündə söhbət yeni layihədən, daha dəqiq desək, bir-biri ilə birləşəcək nəqliyyat dəhlizlərindən gedir. Bu dəhlizlər - Transxəzər marşrutu və Lazurit dəhlizidir. Transxəzər marşrutunda Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə təmsil olunur. Lazurit dəhlizində isə Türkiyə, Gürcüstan, Azərbaycan, Türkmənistan və Əfqanıstan təmsil olunur. "Biz burada birləşik və regional tranzit layihələrinin reallaşmasını nəzərdə tutan marşrutdan danışa bilərik. Türkmənistan Qara-Xəzər dənizi regionunu Əfqanıstanla birləşdirəcək tranzit ölkədir", - deyə azərbaycanlı politoloq vurğulayıb. Onun qənaətincə, yeni marşrut ilk növbədə NATO yüklərinin daşınması üçün işə salınacaq. Ekspert xatırladır ki, Rumıniyanın NATO infrastrukturuna malik, Əfqanıstanın isə Şimali Atlantika Blokunun aktiv şəkildə fəaliyyət göstərdiyi dövlət olduqlarını nəzərə alsaq, o zaman aydın olur ki, hərbi-texniki əhəmiyyətli yüklərin Əfqanıstana daşınması, bu modifikasiya olunmuş marşrutun əsas hissəsi olacaq.

Yeri gəlmişkən, bir neçə ay bundan əvvəl Türkmən-Amerika İşgüzar Şurasının icraçı direktoru Erik Stüart Aşqabada səfər edib. O, bu ölkənin prezidenti Qurbanqulu Berdıməhəmmədovla görüşdə Amerika biznesinin, ikitərəfli ticarət-iqtisadi əməkdaşlıq çərçivəsində Türkmənbaşı beynəlxalq dəniz limanında təmsil olunmasına hazır olduğunu bəyan edib. O ki qaldı enerji daşıyıcılarına, yəni Aşqabadın əsas niyyəti olan sıxılmış qazın daşınmasına - azərbaycanlı politoloq hesab edir ki, bu, bir qədər mürəkkəb məsələdir. "Bərələrlə və dəmir yolu nəqliyyatı ilə iki dəniz vasitəsilə daşımanın xərcləri məsələsi var. Bu zaman bu yük Avropa istehlakçıları üçün bahalı bir məhsula çevrilir. Bu səbəbdən də, hesab edirəm ki, qaz bu arteriya üzrə nəql olunacaq əsas mallardan birinə çevrilməyəcək. Daha dəqiq desək, bu marşrut üzrə Əfqanıstana Avropa malları nəql olunacaq, geriyə doğru isə Avropa bazarlarında tələb olunan bir sıra pambıq, neft-kimya məhsulları daşına bilər. Daşınmaların həcmi barədə danışsaq, inanmıram ki, bunlar bir milyon tonu keçsin. Belə ki, Avropa istiqamətində elə də böyük yüklənmə baş verməyəcək. Baxmayaraq ki, regionda yaradılan infrastruktur bütövlükdə il ərzində 10 milyon ton yükün daşınmasını nəzərdə tutur", - deyə İ.Vəlizadə bildirib.

Özbəkistan isə bu nəqliyyat marşrutunun aktiv iştirakçılarından birinə çevrilə bilər. Qurbanqulu Berdıməhəmmədovun Daşkəndə səfəri zamanı özbək yüklərinin Xəzər dənizi vasitəsilə daşınmasını nəzərdə tutan bir sıra sənədlərə imza atılıb. Özbəkistan çoxdan bəridir ki, Qafqaz nəqliyyat dəhlizi ilə maraqlanır və Mərsin limanı vasitəsilə Yaxın Şərq, Şimali Afrika və Avropaya çıxış yollarını arayır. Özbəkistan prezidenti Şavkat Mirzoyeyev də bildirib ki, ölkəsi özbək yüklərinin tikilməkdə olan infrastrukturlar və Xəzər dənizindəki limanlar vasitəsilə Avropaya və geriyə daşınmasında maraqlıdır. Analoji marağı taciklər də göstərir. Bu ilin avqustunda Tacikistan prezidenti Emomali Rahmon Bakıda səfərdə olub və müzakirələrdə iki ölkə arasında ticarət dövriyyəsi, eləcə də Qafqaz regionunun Tacikistanla əməkdaşlığı müzakirəyə çıxarılıb. Ekspertlərin qənaətincə, Mərkəzi Asiya ölkələri potensial maraqlı dövlətlər qismində çıxış edə bilərlər. Digər tərəfdən, bu layihədə Qara dəniz hövzəsi ölkələri, Rumıniya ilə yanaşı, Türkiyə, Ukrayna və Bolqarıstan da iştirak edə bilər. Lakin istənilən halda bütün məsələlər onların Mərkəzi Asiya regionu ölkələri ilə qarşılıqlı münasibətlərinin hansı səviyyədə olmasından asılı olacaq.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az