
ABŞ prezidenti Donald Tramp yanvarın əvvəlinə - Konqres Demokratların nəzarəti altına keçənədək Ukrayna ilə Rusiya arasında sülh razılaşmasına nail olmaq istəyir.
Nyus.Az Financial Times qəzetinə istinadən xəbər verir ki, ABŞ administrasiyası bu barədə Ukrayna və Avropa rəsmilərinə məlumat verib. Danışıqlarla tanış olan dörd mənbə FT-nin məlumatını təsdiqləyib.
Trampın xüsusi nümayəndəsi Vitkoff və kürəkəni Kuşner son günlərdə fəal şəkildə tərəfləri danışıqları sürətləndirməyə çağırıblar. Respublikaçıların seçkilərdə məğlubiyyətindən sonra demokratlar yanvar ayında Konqresin hər iki palatasına nəzarəti ələ keçirəcək və Ukraynaya dəstəyi və Moskvaya təzyiqi artıra biləcəklər.
Qəzetin yazdığına görə, Ukrayna qorxur ki, tez bir razılaşma əldə etmək üçün Tramp Kiyevi ərazi güzəştləri də daxil olmaqla, Rusiya şərtlərini qəbul etməyə məcbur edə bilər. Lakin FT qeyd edir ki, Vaşinqton hələlik güzəştlər üçün heç bir konkret tələb irəli sürməyib.
"Amerikalılar tələsir, Putin tələsmir", - deyə bir avropalı rəsmi nəşrə bildirib.
FT mənbələrinə görə, Kreml Ukraynaya qarşı yeni zərbələrlə mövqeyini gücləndirməyə ümid edir və əsas tələblərini yerinə yetirmədən tez bir razılaşmaya razılaşmaq ehtimalı azdır. (Musavat.com)
Nyus.Az

























