• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
10-04-2019, 09:31

Aprelin təbiət şıltaqlıqları xalq təqvimində

Aprelin təbiət şıltaqlıqları xalq təqvimində

Martın 21-də yazın gəlməsinə baxmayaraq, havalar şıltaqlıq edir, qar yağır, bəzən aprelin ortalarınadək soyuq olur. Bu zaman istər heyvandarlıqda, istərsə də əkinçilikdə çətinliklər yaranır. Buna görə də Naxçıvanda baharın ilk ayı "qara yaz" adlanır.

Nyus.Az AZƏRTAC-a bildirir ki, AZƏRTAC-a müsahibəsində bu barədə danışan tədqiqatçı-jurnalist Zaleh Novruzov deyir ki, xalq təqvimində ilk ayın bu şəkildə adlandırılması təsadüfi deyil. Çünki qədim zamanlarda bu dövrdə qış azuqəsi tükənir. Çöldə heyvanın otlaması üçün ot-ələf olmur. Xalq tərəfindən "qara yaz" ayının özü də bir neçə yerə bölünüb və onlara müxtəlif adlar verilib. Naxçıvanın bəzi bölgələrində martın 6-dan aprelin 6-na kimi olan dövrə "murdar üşüyən ay" da deyirlər. Aprelin 15-nə kimi olan dövrə isə "qarının borcu", "qarının mərdi" deyirlər.

Apreldən 15 gün "borc" alan ay

Rəvayətə görə, havanın qərarsız olması, çöldə heyvanların ot-ələf tapa bilməməsindən narahat olan qarı nənə martın çıxmasına sevinir. Sevinci yerə-göyə sığmayan qarı nənə martın arxasınca deyinir:

Əldən aldın yorğanım,

Dərdə düşdü oğlağım.

Borca getdim samana.

Pislik qaldı yamana.

Mart, gözüvə barmağım,

Yaza çıxdı oğlağım.

Bunu eşidən mart hirslənir, apreldən 15 gün borc istəyir. Aprelin 15-nə kimi havalar yenidən soyuyur, qar yağır. Tədqiqatçı-jurnalistin sözlərinə görə, təbiəti uzun illər müşahidə edən babalarımız "qara yaz" çıxana kimi ehtiyatlarını tükətməz, ev üçün yanacaq, mal-heyvan üçün isə yem ehtiyatı saxlayardılar. Atalarımız deyiblər ki, bu dövr üçün 40 şələ odun, 40 çuval saman saxlamaq lazımdır.

"Aprelin 10-dan 15-dək soyuqların tam sovuşmadığı dövr xalq tərəfindən "kərnəbut" (kərnəvurt) da adlandırılıb. El arasında deyirlər ki, bu vaxta qədər Naxçıvanda basdırılmış üzüm və narın üstünü açmazlar. Bəziləri kərnəbutun Novruzdan 10 gün, bəziləri isə 15 gün keçmiş olduğunu deyirlər. Yaşlı sakinlərin sözlərinə görə, xalq arasında aprelin 5-7-nə kimi olan dövr "camışqıran" da adlandırlıb. Belə bir məsəl var ki, qorx aprelin (nisan) beşindən, öküzü qoyar işindən", - deyə Zaleh Novruzov vurğulayıb.

Leyləyin yumurtasının üstünə qar yağmazsa...

Ata-babalarımız fenoloji müşahidələrə əsasən bu dövrdə yağan qar, yağış, doluya da müəyyən adlar qoymuşlar. Yazın girməsi ilə əlaqədar köçəri quşlar isti ölkələrdən qayıtmağa başlayır. Yazın ilk günləri sığırçınlar gəlir, bu vaxt qar əriyir, havalar istiləşir, lakin axşamlar su donur. Xalq arasında hacıleyləyin gəlməsinə xüsusi diqqət yetirilir. Leyləyin gəlişi insanlar arasında sevincə səbəb olurdu. Keçmişdə ilk dəfə leyləyi görən uşaqlar ata-analarına muştuluğa qaçardılar. Ata-analar uşaqların muştuluğunu verdikdən sonra "Leyləyin ağzında nə gördüz?" deyə soruşardılar. Əgər leyləyin ağzında sünbül, ot olduğunu desələr, ilin məhsuldar olacağı, "sümük, çöp gördük" desələr, ilin quraq keçəcəyi güman edilirdi. Xalq arasında belə inam formalaşıb ki, leylək gələn gün az da olsa, qar yağmalıdır. Ona görə Novruzdan sonra yağan qara "leylək qarı" deyirlər. Bir də belə bir deyim var ki, "leyləyin yumurtasının üstünə qar yağmazsa, bala çıxmaz".

Xalq təqviminə görə, martın yeddisi ilə aprelın yeddisi arasında əsən küləklər "boz külək" adlanır. Bəzən hava quraqlıq keçməklə yanaşı, isti küləklər də əsir. Bu isə "qara yel" adlanır. Mirzə Ələkbər Sabir də "Əkinçi" satirasında "Əsdi qara yel, çəltiyə, bostana, nə borcum" yazmışdır.

Çoban yarması nədir?

Erkən yazda mülayim, isti küləklərin də əsdiyini vurğulayan Zaleh Novruzov qeyd edib ki, bu, ağacların tumurcuqlarının açılmasına səbəb olur. Belə küləyə "tumurcuq açan" külək deyilir. Yazda yarıqar, yarıdolu formalı yağıntı düşür ki, bu da "çoban yarması" adlandırılır. Bəzən günəşli havada qısamüddətli yağış yağır. Buna isə "tülkü toyu", "qurd quzulaması" deyilir.

"Yazda təbiətlə bağlı digər inanclar da mövcuddur. İnanca görə, göy guruldamasa, çöldə bitən pencərləri yemək düzgün deyil. Axır çərşənbədə oynanılan "kodu", "qodu-qodu" mərasimi oyun olmayıb, digər vaxtlarda yağış və ya Günəşi çağırmaq üçün keçirilən mərasimdir", - deyən tədqiqatçı-jurnalist qeyd edir ki, il quraqlıq keçəndə qırx keçəlin adı tutular, ipə qırx düyün vurularaq suya atılardı. Digər bir inanca görə, bu dövrdə ulağın başını yuduqda yağış yağar. Çox yağış yağdıqda isə palçıqdan kökə düzəldib təndirə yapardılar ki, yağış kəssin.

Bütün bunlarla yanaşı, nənə-babalarımız ilin bolluğunun, xeyir-bərəkətinin bu ayla bağlı olduğunu çox gözəl bilirdilər. Bu mövsümdə dağlarda su ehtiyatı olan qarın əriməsi, su anbarlarında su toplanması bulaqların sulu, dağ-dərədə otun bolluğundan xəbər verir.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az