• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 22-07-2026 Hikmət Hacıyev: Əminik ki, mediamız milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək
  • 22-07-2026 Xətai Rayon İcra Hakimiyyətində tədbir keçirilib
  • 22-07-2026 Xətai Rayon İcra Hakimiyyətində tədbir keçirilib
  • 22-07-2026 Bakı metrosunda iş rejimi dəyişdirilir
  • 22-07-2026 Prezident İlham Əliyev Rauf Arifoğlunu təltif etdi
  • 22-07-2026 "WhatsApp"dan yenilik: Telefon nömrəsini paylaşmağa ehtiyac qalmayacaq
  • 22-07-2026 Azərbaycan klublarından tarixi rekord...
  • 22-07-2026 Sumqayıtda özəl tibb müəssisəsində yoxlama: Həkim sənədsiz fəaliyyət göstərib
  • 22-07-2026 Sabahın havası açıqlandı
  • 22-07-2026 Ana təbiətə metastaz verən "Hacı sindiromu" - FOTO FAKT
  • 22-07-2026 Abşeron Rayon İcra Hakimiyyəti Digah qəsəbəsində özbaşına tikinti işlərinin ört-basdır etmək istəyir
  • 22-07-2026 Dünyanın ən yaxşı tələbə şəhərləri açıqlandı: Bakı ilk 100-lükdə
  • 22-07-2026 Manatını digər valyutalara dəyişdirmək istəyənlərin nəzərinə
  • 22-07-2026 Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür
  • 21-07-2026 "Vital Hospital"da ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı araşdırmaya başlanılıb
  • 21-07-2026 Prezident İlham Əliyev və Prezident Frank-Valter Ştaynmayer arasında təkbətək görüş keçirilir
  • 21-07-2026 Azərbaycan neftinin qiyməti 93 dolları keçdi
  • 21-07-2026 Dünya çempionatında ağır zədə ilə oynayıb: Qabırğası sınmış halda
  • 21-07-2026 İyulun 22-də bütün pensiyalar köçürüləcək
  • 21-07-2026 Prezident İlham Əliyev Belçika Kralını milli bayramları münasibətilə təbrik edib

XƏBƏRLƏR

    Azərbaycan klublarından tarixi rekord...
    Sabahın havası açıqlandı
    Dünya çempionatında ağır zədə ilə oynayıb: Qabırğası sınmış halda
    Yatmazdan əvvəl bunu edin: Həm dərin yatın, həm də xoşbəxt oyanın
    Yamalın atası Messidən gənc imiş
    "Messiyə yaxınlaşıb dedim ki, "Bağışla məni" - Yamal
    Aaron Maluda “Bazel”ə keçə bilər
    “İnanıram ki, sabah qalib gələcəyik” - Dambrauskas
    Messidən hamını təəccübləndirən addım
    İspaniyanın mükafatı açıqlandı
22-09-2025, 10:35

Bakıda ödənişli yollarla bağlı mühüm açıqlama – QİYMƏTLƏR DƏYİŞİR?

Bakıda ödənişli yollarla bağlı mühüm açıqlama – QİYMƏTLƏR DƏYİŞİR?


Prezident İlham Əliyevin fərmanı ilə dövlət büdcəsinin tərkibində "İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılır. Fondun gəlirləri yanacaq vergisinin bir hissəsindən və Bakıda tətbiq ediləcək ödənişli hərəkət zonalarından toplanacaq vəsait hesabına formalaşacaq. Bu qərarın ölkə iqtisadiyyatına təsiri ilə bağlı müxtəlif suallar gündəmdədir.

Yeni yaradılan "İctimai nəqliyyat" Fondu iqtisadiyyatımıza nə vəd edir? Yanacaq vergisinin bir hissəsinin və ödənişli yolların tətbiqi qiymətlərə, xüsusilə də istehlak, logistika xərclərinə necə təsir göstərə bilər?

Milli.Az-ın məlumatına görə, Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli globalinfo.az-a deyib ki, bu Fond həm iqtisadi, həm də sosial baxımdan bir sıra təsirlərə malik olacaq:

"Dövlət büdcəsində ayrıca fond kimi ayrılması o deməkdir ki, ictimai nəqliyyat üçün sabit və proqnozlaşdırıla bilən maliyyə mənbəyi yaradılır. Bu, avtobus parkının yenilənməsi, metro və dəmiryolu layihələrinin genişlənməsi, "yaşıl nəqliyyat" (elektrikli avtobuslar, tramvaylar) kimi sahələrə sərmayəni artıracaq. İctimai nəqliyyatın keyfiyyətinin yaxşılaşması insanları şəxsi avtomobildən daha çox ictimai nəqliyyata yönəldə bilər ki, bu da tıxacların azalmasına, işçi qüvvəsinin hərəkətliliyinə və ümumi məhsuldarlığa müsbət təsir edər. Bu ideyanı bir qədər də inkişaf etdirərək "ödənişsiz ictimai nəqliyyat" ideyasını reallaşdırmaq mümkündür".

Yanacağın qiyməti artacaq?

İqtisadçı qeyd edib ki, Fondun gəlirləri konkret mənbələrdən - yanacaq vergisi və ödənişli hərəkət zonalarından təmin edilməsi dövlətin ümumi büdcəsinə əlavə yük yaratmadan sektoru maliyyələşdirmək imkanı verir:

"Əgər yanacaq vergisi artırılaraq fonda yönləndirilirsə, bu, yanacağın pərakəndə qiymətinə təsir edə bilər. Qiymətlərdə artım baş verərsə, logistika xərcləri yüksələcək, bu da ərzaq və digər istehlak mallarının bahalaşmasına səbəb ola bilər. İctimai nəqliyyat şirkətlərinin xərcləri də artacaq, amma bu fondun hesabına subsidiyalar veriləcəksə, sərnişindaşıma qiymətlərinə ciddi təsir etməyə bilər. Yanacaq bahalaşarsa, bu alternativ enerji daşıyıcılarına marağı artıracaq".

İctimai nəqliyyatla bağlı xoş xəbər

Ekspert əlavə edib ki, şəhər mərkəzində hərəkət ödənişli olarsa, fərdi avtomobil sahiblərinin xərcləri artacaq:

"Bu, bir tərəfdən sosial narazılıq doğura bilər, digər tərəfdən isə avtomobil istifadəsini azaltmağa, ictimai nəqliyyata keçidi stimullaşdırmağa xidmət edir. Ödənişli zonalar nəticəsində tıxacların azalması gözlənilir. Bu, həm logistikaya, həm də ümumi iqtisadi fəaliyyətə müsbət təsir edə bilər. Məsələn, vaxt itkisi və yanacaq sərfi azalar. Qısamüddətli perspektivdə yanacaq və nəqliyyat xidmətlərinin xərcləri arta bilər. Bu da ərzaq, gündəlik mallar və xidmətlərin qiymətlərinə müəyyən təzyiq göstərəcək. Ortamüddətli perspektivdə isə fond hesabına ictimai nəqliyyat ucuz, keyfiyyətli və əlçatan olarsa, istehlakçıların fərdi avtomobildən asılılığı azalacaq. Bu da ümumi nəqliyyat xərclərinin azalmasına və qiymət sabitliyinə gətirib çıxara bilər.

Yəni "İctimai nəqliyyat" Fondu ilk mərhələdə qiymətlərə müəyyən təzyiq göstərə bilər. Lakin orta və uzun müddətdə bu fond ictimai nəqliyyat sistemini gücləndirməklə həm sosial rifahı, həm də iqtisadi səmərəliliyi artıracaq. Düzgün idarə olunarsa, ölkə iqtisadiyyatına müsbət təsiri mənfi təsirlərdən daha çox olacaq".

Nyus.Az



Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az