• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 22-10-2026 Elm və Təhsil Nazirliyi 25 milyonluq avadanlıq alır
  • 22-10-2026 Bakı Abadlıq Dədə Qorqud Parkını baxımsız vəziyyətə salıb – VİDEO
  • 22-10-2026 Nazirlik əməkdaşı ilə bələdiyyə sədri arasında dava düşdü - "Hara qaçırsan, a kişi..."
  • 22-10-2026 Əliyev-Ərdoğan dostluğu hər cür siyasi fırtınadan güclüdür: amma məzhəbçi-dinçi AKP-liləri də unutmayacağıq - BİZİM BAXIŞ
  • 22-10-2026 Ərdoğanın geyimində diqqətçəkən məqam - FOTO
  • 22-10-2026 Hikmət Rəhimov “44” filminin çəkilişlərindən danışıb: Qarlı küçədə hava beton tikilinin içindən daha isti idi
  • 22-10-2026 Biləsuvarda 17 yaşlı qızın meyiti tapıldı
  • 22-10-2026 Evinin "kupça"sı olmayanlara şad xəbər
  • 22-10-2026 Əraqçi: ABŞ müharibəni seçərsə, strateji məğlubiyyətə uğrayacaq
  • 22-10-2026 Lerik dağlarında faciə: Qızıl axtaran 42 yaşlı kənd sakini öldü - VIDEO
  • 22-10-2026 Leyla Əliyeva Səmərqənddə “Əbədi şəhər” kompleksi ilə tanış olub
  • 22-10-2026 Pirşağıda evi ilanlar basıb - VIDEO
  • 22-10-2026 Qardaşlıq qalib gəldi, amma izlər qaldı
  • 22-10-2026 Barəsində cinayət işi açılan Fəxrəddin Zeynalovun oğlu vəzifəsindən azad edildi
  • 21-10-2026 Xətai rayonunda "Energetiklər Günü" münasibətilə tədbir keçirildi - VİDEO
  • 21-10-2026 Banklara kibertəhlükələr barədə məlumat verilib - VİDEO
  • 21-10-2026 Uitkoff Putinə Tramp və Zelenski ilə birbaşa danışıqlar təklif edəcək
  • 21-10-2026 Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
  • 21-10-2026 Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
  • 21-10-2026 Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib

XƏBƏRLƏR

    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
22-07-2026, 14:20

Abşeron Rayon İcra Hakimiyyəti Digah qəsəbəsində özbaşına tikinti işlərinin ört-basdır etmək istəyir

Abşeron Rayon İcra Hakimiyyəti  Digah qəsəbəsində  özbaşına tikinti işlərinin ört-basdır etmək istəyir


Abşeron rayonu, Diqah qəsəbəsində yerləşən Diqah Marketin ön hissəsində dəmir konstruksiyalardan istifadə edilməklə aparılan artırma işləri ilə bağlı redaksiyamıza foto və videogörüntülər daxil olub.

Təqdim olunan materiallar əsasında Mediatvaz.com xəbər portalı tərəfindən Abşeron Rayon İcra Hakimiyyətinə rəsmi jurnalist sorğusu ünvanlanaraq tikintinin qanuniliyinə, müvafiq icazələrin mövcudluğuna və şəhərsalma normalarına əməl olunub-olunmadığına aydınlıq gətirilməsi xahiş edilib.Abşeron Rayon İcra Hakimiyyətinin redaksiyamıza təqdim etdiyi rəsmi cavab isə diqqətçəkən məqamları üzə çıxarıb. Cavabda bildirilir ki, əməkdaşlar tərəfindən aparılan monitorinq zamanı vətəndaş Məmmədova Gülbəniz Zirəddin qızı tərəfindən heç bir icazə sənədi olmadan, qeyri-qanuni şəkildə dəmir konstruksiyalardan istifadə edilməklə artırma işlərinin aparıldığı aşkarlanıb.

Hətta qeyd olunur ki, qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara məlumat verilib.Lakin ortaya çox ciddi sual çıxır: Əgər tikinti rəsmi şəkildə qanunsuz hesab olunursa, bəs həmin obyektdə işlər niyə bu gün də fasiləsiz davam edir? Belə görünür ki, bir tərəfdən dövlət qurumları qanunsuzluğu etiraf edir, digər tərəfdən isə həmin qanunsuzluğun qarşısını almaq üçün heç bir real tədbir görülmür. Bu isə dövlət nəzarətinin effektivliyi ilə bağlı ciddi şübhələr yaradır.

Bəs Fövqəladə Hallar Nazirliyi, Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Xidməti və digər aidiyyəti qurumlar hara baxır? Qanunsuz tikinti barədə rəsmi məlumat olduğu halda niyə tikinti dayandırılmır? Kim və ya hansı maraqlar bu qanunsuzluğun davam etməsinə şərait yaradır? Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında" Əsasnamənin 4.16-cı bəndinə, eləcə də Prezidentin 24 noyabr 2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları"na əsasən, yerli icra hakimiyyətləri öz ərazilərində mütəmadi monitorinqlər aparmalı, qanunsuz tikintilərin qarşısını almalı və hüquqi tədbirlər görməlidirlər. Əgər qanunsuz tikinti aşkarlanıbsa, onun davam etməsi artıq sadəcə sahibkarın məsuliyyəti deyil, həm də nəzarət funksiyasını həyata keçirməli olan qurumların fəaliyyətinə ciddi suallar yaradır.



Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev bu məsələyə aydınlıq gətirməlidir. Rayon rəhbərliyinin verdiyi rəsmi cavabla faktiki vəziyyət niyə üst-üstə düşmür?

Əgər qanunsuz tikinti dayandırılmayıbsa, deməli ya verilən cavab formal xarakter daşıyır, ya da rayon ərazisində qəbul olunan qərarların icrasına nəzarət yoxdur. Qanunun aliliyi yalnız kağız üzərində yazılan cavablarla təmin edilmir. Dövlət orqanlarının əsas vəzifəsi qanunsuzluğu etiraf etmək deyil, onun qarşısını operativ şəkildə almaqdır. Əks halda belə hallar cəmiyyətdə "qanunsuz tik, sonra baxarıq" düşüncəsini formalaşdırır ki, bu da dövlət nəzarəti və hüququn aliliyi prinsiplərinə ciddi zərbə vurur.

Mövzunu diqqətdə saxlayacaq və aidiyyəti qurumların atacağı real addımları izləməyə davam edəcək.

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az