
Bir qrup Masallı rayon Müsaküçə kənd sakinin "nyus.az" saytına verdiyi məlumatda bildirilir ki, Müsaküçə kəndində, elə oranın ərazi nümayəndəsi Sirac Şahverdiyev və bələdiyyə sədr Rafiq Eynullayevin göstərişi ilə 10-a yaxın orta və iridiametirli tut ağacları kəsilmişdir.
Ölkəmizdə COP29 tədbirinə hazırlıq işləri getdiyi bir vaxtda bu biabırçılıq nəyə lazımdır?!
Qeyd: "nyus.az" saytı bir neçə gün öncə sözügedən ərazidə olan digər ağacların kəsilmə faktların yayımlamışdır.
Növbəti yazılarımızda adları çəkilən məmurların sözügedən kənddə törətdiyi digər cinayət faktları barədə geniş və ətraflı məlumat verəcəyik.
Qarşı tərəfin mövqeyin dinləyib dərc etməyə hazırıq..
Nyus.Az






























