• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 15-09-2026 Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
  • 15-09-2026 Yardımlıda korrupsiya əməliyyatı: İcra Hakimiyyətinin vəzifəli şəxsləri həbs edildi
  • 15-09-2026 Bakıda 165 ailə Kəmaləddin Heydərovdan kömək gözləyir... - Cənab nazir, FHN-də söz verildi, amma...
  • 15-09-2026 Prezident İlham Əliyev: Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidir
  • 15-09-2026 Prezident İlham Əliyev: Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin
  • 15-09-2026 Prezident İlham Əliyev: Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edib
  • 15-09-2026 Azərbaycan 8 ay ərzində Ermənistana 17,6 milyon dollar dəyərində məhsul ixrac edib
  • 15-09-2026 Anar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardı
  • 15-09-2026 Vəzifəsindən azad edilən icra başçısı kimdir? - Dosye
  • 15-09-2026 Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
  • 15-09-2026 Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib
  • 15-09-2026 Fərid Eyvazovun “Alliance Clinic”ində 146 manatlıq çek qalmaqalı
  • 15-09-2026 Yasamal icra başçısı nə düşünür? - Piyada səkisi darmadağındır - VİDEO
  • 15-09-2026 Eldar Əzizovun “Bakı Şəhər İşığı” müəssisəsinə rəis təyin etdiyi adaşı milyonları haralara xərcləyir
  • 15-09-2026 Tramp “atəşkəs oldu” dedi, Moskva xəbərsiz çıxdı – Böyük müəmma
  • 15-09-2026 İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
  • 15-09-2026 “Həmin gün sonuncu dəfə ictimai nəqliyyata mindim” - Faiq Ağayev
  • 15-09-2026 Ukrayna və Rusiya enerji obyektlərinə zərbələr endirməməyə razılaşıb - Tramp
  • 15-09-2026 Proqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi
  • 15-09-2026 “Fənərbaxça” turu 1 xalla başa vurub

XƏBƏRLƏR

    “Fənərbaxça” turu 1 xalla başa vurub
    "Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
    “Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
    Arda Turanın 7,5 milyon dollarını "yeyən" qadın yenidən məhkəmədə - 102 il...
    Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
    "Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
    Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - VİDEO
    Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
    ÇL-də bütün zamanların ən yaxşı heyətini açıqladılar
    Türkiyənin qadın voleybol millisi Avropa çempionu olub
4-09-2024, 08:58

Bakının “manatlıq” dərdi - Camaat yollarda qalıb

Bakının “manatlıq” dərdi - Camaat yollarda qalıb


Bakının "20 Yanvar" metrostansiyasının ətrafında manatlıq taksilərin yığışdırılması bir sıra problemlər yaradıb.

Nyus.Az musavat.com-a istinadən xəbər verir ki, ərazidən Sumqayıt istiqamətinə gedən sürücüləri indi sərnişinlər gündüz çıraqla axtarırlar. Çünki Bakı və Sumqayıt şəhərləri arasında sərnişindaşımanın əsas hissəsini bu taksilər təşkil edir. Əsas səbəb isə odur ki, dövlət sərnişinlərin əksəriyyətini ictimai nəqliyyatla təmin edə bilmir. İctimai nəqliyyatın hər yerdə əlçatan olmaması səbəbindən sərnişinlər şəxsi avtomobillərlə, mikroavtobuslarla daşınır.

"Manatlıq" taksilər təkcə Sumqayıt deyil, Ceyranbatan, Masazır, Sulutəpə, Xırdalan istiqamətində də sərnişindaşıma həyata keçirirlər. Bu gün onların fəaliyyətinə qadağa qoyulması vətəndaşların küçələrdə qalmasına səbəb olub.

Yaranan vəziyyətdən həm sərnişinlər, həm də taksi sürücüləri narazıdır. Onlar bildirir ki, son vaxtlar ən ucuz 1 manat 50 qəpiyə taksi tapırlar. Əksər vaxtlar isə 2 manata gəlmək məcburiyyətində qalırlar:

"Sumqayıta taksi tapmaq çox çətindir. Tapdıqlarımız da 2 manata olur. Axı niyə bir manata olmasın? 2 manat büdcəmizə uyğun gəlmir. Hər cür ziyandayıq".

Digər sərnişin isə deyir ki, yeni avtobus zolaqlarının yaranması işlərini lap çətinləşdirib. Taksilər cərimə yazmasın deyə zolaqla gedə bilmirlər və bir yoldan istifadə edirlər:

"Yeni zolaqlar tıxacı lap artırıb. Ünvana 2 saata güclə çatırıq. Küçələrdə qalmışıq. Taksilər yoxdur. Tapdığımız da 2 manatdan ucuz aparmır".

Xanım sərnişin də yaranmış vəziyyətdən narazıdır:

"Haradan alım 2 manatı? Sumqayıta bu qiymətə gedərlər? Sumqayıtda işləyirəm, Bakıda qalıram. Hər gün işə gecikirəm. Avtobus xətti çəkiblər, maşınlar dayana bilmir. Sumqayıta getmək üçün Avtovağzala getmək lazımdır. Ora getməyin özü belə zülmdür. Məcburam ki, bir neçə maşın dəyişim".

Taksi və qazel sürücüləri də narazıdırlar. Bildirirlər ki, onlara dayanmaq üçün yer ayrılmayıb.

Sürücülərdən biri deyir: "Avtobus zolağını çəkdilər. İndi həm sürücülər, həm də vətəndaşların işi çətinləşib. Hamı maşını icarəyə götürüb. Qarşımızı kəsib işləməyə qoymurlar. Bankımızı, kreditimizi ödəyə bilmirik.

Məktəb açılanda bu yolla ümumiyyətlə, getmək olmayacaq. Biz başa düşürük, dövlət səviyyəsində edilir. Ancaq əhalini də fikirləşmək lazımdır. Hara gəldi ağ "şpakilofka" çəkib, camaatın canına düşürlər.

Mən cərimə, yoxsa kredit ödəyim? Kasıbı da düşünmək lazımdır.

Camaat da, biz də əziyyət çəkirik. Bir yer ayırmırlar ki, gedib orada işləyək. Dayandığımız yerdən qovurlar. 1 manatdan sürücü aparırıq, ona da imkan vermirlər.

Harada durursan cərimədir. Əziyyətlə çörək qazanırıq. Sərnişinlər də bizi tapa bilmirlər. Binaların altında küncə-bucağa sığışıb sərnişin daşıyırıq.
Avtobus zolaqları yaratdılar, heç bir dəyişiklik olmadı. Əksinə, pis təsir etdi".

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyir ki, əsas problem Sumqayıta gedən taksilərlə bağlıdır:

"Normal marşrut yoxdur. 20 Yanvar ərazisini təmizlədilər. Həmin ərazidə fəaliyyət göstərən taksilər isə həyətlərdə dayanmağa başlayıblar, həyətləri zəbt ediblər. Bu isə düzgün deyil. Əgər tələbat ödənmirsə, nəyə görə aidiyyəti qurumlar lazımi şəraiti yaratmırlar? Fikrimcə, normal şəraiti olan taksi parkı yaratmaq olar. İnsanlar Avtovağzala tərəf getmək istəmirlər. Mən təklif edirəm ki, Avtovağzal stansiyasını inkişaf etdirsinlər. Əhali arasında təbliğat aparılmalıdır. Bununla yanaşı, 20 Yanvar dairəsini tam təmizləmək mümkün deyil. Ora böyük şəbəkədir. Ən azı 10-15 avtomobilin dayanması üçün normal park yeri yaradılmalıdır. Say məhdudiyyəti tətbiq etməklə bunu həyata keçirmək olar. Bağlamaq, təmizləmək çıxış deyil. Vəziyyəti tənzimləmək, çıxış yolu tapmaq lazımdır".

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az