• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 15-09-2026 Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
  • 15-09-2026 Yardımlıda korrupsiya əməliyyatı: İcra Hakimiyyətinin vəzifəli şəxsləri həbs edildi
  • 15-09-2026 Bakıda 165 ailə Kəmaləddin Heydərovdan kömək gözləyir... - Cənab nazir, FHN-də söz verildi, amma...
  • 15-09-2026 Prezident İlham Əliyev: Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidir
  • 15-09-2026 Prezident İlham Əliyev: Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin
  • 15-09-2026 Prezident İlham Əliyev: Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edib
  • 15-09-2026 Azərbaycan 8 ay ərzində Ermənistana 17,6 milyon dollar dəyərində məhsul ixrac edib
  • 15-09-2026 Anar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardı
  • 15-09-2026 Vəzifəsindən azad edilən icra başçısı kimdir? - Dosye
  • 15-09-2026 Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
  • 15-09-2026 Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib
  • 15-09-2026 Fərid Eyvazovun “Alliance Clinic”ində 146 manatlıq çek qalmaqalı
  • 15-09-2026 Yasamal icra başçısı nə düşünür? - Piyada səkisi darmadağındır - VİDEO
  • 15-09-2026 Eldar Əzizovun “Bakı Şəhər İşığı” müəssisəsinə rəis təyin etdiyi adaşı milyonları haralara xərcləyir
  • 15-09-2026 Tramp “atəşkəs oldu” dedi, Moskva xəbərsiz çıxdı – Böyük müəmma
  • 15-09-2026 İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
  • 15-09-2026 “Həmin gün sonuncu dəfə ictimai nəqliyyata mindim” - Faiq Ağayev
  • 15-09-2026 Ukrayna və Rusiya enerji obyektlərinə zərbələr endirməməyə razılaşıb - Tramp
  • 15-09-2026 Proqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi
  • 15-09-2026 “Fənərbaxça” turu 1 xalla başa vurub

XƏBƏRLƏR

    “Fənərbaxça” turu 1 xalla başa vurub
    "Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
    “Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
    Arda Turanın 7,5 milyon dollarını "yeyən" qadın yenidən məhkəmədə - 102 il...
    Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
    "Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
    Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - VİDEO
    Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
    ÇL-də bütün zamanların ən yaxşı heyətini açıqladılar
    Türkiyənin qadın voleybol millisi Avropa çempionu olub
28-08-2024, 08:28

Əfsanəvi dirilik suyu Naxçıvanda bu dağda gizlənir

Əfsanəvi dirilik suyu Naxçıvanda bu dağda gizlənir


Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda hündürlüyü 2412 metr olan əzəmətli bir dağ var. El arasında buna İlandağ, İnandağ və ya Haçadağ deyirlər. Həmişə dumanlı və təpəsindən buludların asıldığı kimi göründüyü üçün qədim döyüşçünün nəhəng dəbilqəsini xatırladır.

Nyus.Az xəbər verir ki, bu barədə tarixçi-alim Zaur Əliyev qeyd edib.

Məlumdur ki, hazırda Ermənistanda yerləşən Matandaran İrəvan Əlyazmalar və Sənədlərin Qorunma və Tədrisi Mərkəzində Azərbaycan və yaxın coğrafiyadan oğurlanan nadir sənədlər saxlanılır. Burada qədim İncilin nüsxələri də var. Tədqiqatçı Aram T.Qanalanyan 1969-cu ildə Ermənistan Elmlər Akademiyasının nəşriyyatı tərəfindən nəşr edilmiş "Erməni əfsanələri" (erməni dilində) kitabını bu qədim əlyazmalar əsasında işləyib.

Kitabda o, qədim İncilə əsaslanaraq, belə bir fikir yazır: "Tufan zamanı Nuhun gəmisi gecə bu dağa toxundu. Zərbə o qədər güclü idi ki, dağ ikiyə bölündü. Nuhun gəmisi dəyəndən sonra ilan və canavarlar burada məskunlaşdı. Ona görə də dağ İlandağ adlanır".

İlandağ barədə Şumerlərə aid olduğu ehtimal edilən əlyazmalarda da qeydlər var. Oğuz türkləri dövründə İlandağ qədim müşahidə məntəqəsi kimi istifadə edilib. Yaxınlaşan təhlükə haqqında burada yandırılmış ocaq vasitəsiylə Əlincə qalasına, oradan isə Çalxanqala və Şapurqalaya məlumat verilirmiş.

Burada tapılan Urartu dövrünə aid e.ə. 820-810-cu illərə aid qədim mixi yazılardan aydın olur ki, ərazidə qədim dövrlərdən yaşayış olub. Dağın tarixi barədə yüzlərlə istinad və fakt var. Əsas məsələ qədimdən bizə bu günə qədər gəlib çatan mifik bir əfsanədir. Qədimdə insanlar inanırdılar ki, dağın əks tərəfində, ilanların çoxluq təşkil etdiyi yerdə balaca bir şəfaverici göl var: "Nuh peyğəmbər burda lövbər salanda Tanrı şəfaverici gölü yaratdı ki, onun ailəsi sudan içib uzunömürlü və sağlam olsun".

Bəzi qaynaqlarda buna "Dirilik suyu" da deyirlər. "Bu gölü qəlbi təmiz, niyyəti saf olan adamlar görə və su içə bilər ancaq", - əfsanələrdə yazılır.

Naxçıvanın XVIII əsrə aid bir folklor nümunəsində deyilir:

"Bir oğlan bu gölü axtarırdı. Getdi bir bulaq tapdı. Gördü bu bulağın başında bir qoca oturub.

Dedi:

- Qoca, bu nə sudur belə?

Qoca dedi:

- Bu, dirilik suyudur.

Oğlan istədi əyilə, dirilik suyundan içə, qoca qoymadı, dedi:

- Bala, içmə. Mən içib dadını görmüşəm; yaşım keçib, bütün bədənim çürüyüb əldən gedib, ancaq ölə bilmirəm. Ölüm də bir gözəl şeymiş, bala. Bu sudan içib, mənim günümə düşmə".

İnanc və miflərə inansaq, bu şəxs Xızır peyğəmbər olub. Naxçıvanda ən çox sevilən bayramlardan biri də Xıdır Nəbi bayramıdır və Xızır peyğəmbərlə bağlı çoxsaylı fikirlər mövcuddur. Xıdır və ya Xızır qədim türk mifoloji təsəvvüründə ölüb-dirilən, zülmət dünyasından əbədi həyat bəxş edən dirilik suyunu tapıb içən və ölməzlik qazanan bir obrazı simvolizə edir. Türk mifik qaynaqlarında Xızır Yer, Su, Umay kimi bir vəli (övliya), yaxud hami ruh statusuna malik varlıq kimi səciyyələndirilir. İslamda Xızır dirilik suyunu içdiyinə görə peyğəmbər statusu qazanmışdır. 1647- ci ildə Azərbaycana gələn türk səyyahı Övliya Çələbi Xıdır-Zində pirini ziyarət etdikdən sonra "həmin türbədə yatan Xızırın bədəninin təzəliyinin hələ də qorunduğunu" qeyd etmişdir.
Qədim yunan əsatirlərində yazılır ki, Makedoniyalı İsgəndər Daranı məğlub edəndən sonra bərk xəstələnir. Yerli kahinlər ona Xızır içən sudan içməyi tövsiyyə edirlər və onun adamları İlandağa (onlar "Elamdağ" yazırlar) sudan gətirib ona verirlər və o sağalır.

"Koroğlu" dastanında dirilik suyu ilə əlaqədar süjet xətti var.

İlandağın zirvəsinə 3 və ya 4 cığırla qalxmaq mümkündür. Yalnız ilanlarla dolu olan ərazidən keçib bu gölü görmək olar - əgər niyyətin safdırsa. Çünki dağ öz sirrini hər kəsə aça bilməz. Bütün xəstəliklərin dərmanı olan gölün suyu eyni zamanda uzunömürlü həyat da bəxş edir insana. Bu sirri isə Dağ hələ də gizlədir. Qədim əfsanələrdə olan Dirlik suyunu qucaqlayıb insanlardan qorumaqda davam edir İlandağ.

Nyus.Az



Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az