• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 15-09-2026 Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
  • 15-09-2026 Yardımlıda korrupsiya əməliyyatı: İcra Hakimiyyətinin vəzifəli şəxsləri həbs edildi
  • 15-09-2026 Bakıda 165 ailə Kəmaləddin Heydərovdan kömək gözləyir... - Cənab nazir, FHN-də söz verildi, amma...
  • 15-09-2026 Prezident İlham Əliyev: Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidir
  • 15-09-2026 Prezident İlham Əliyev: Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin
  • 15-09-2026 Prezident İlham Əliyev: Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edib
  • 15-09-2026 Azərbaycan 8 ay ərzində Ermənistana 17,6 milyon dollar dəyərində məhsul ixrac edib
  • 15-09-2026 Anar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardı
  • 15-09-2026 Vəzifəsindən azad edilən icra başçısı kimdir? - Dosye
  • 15-09-2026 Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
  • 15-09-2026 Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib
  • 15-09-2026 Fərid Eyvazovun “Alliance Clinic”ində 146 manatlıq çek qalmaqalı
  • 15-09-2026 Yasamal icra başçısı nə düşünür? - Piyada səkisi darmadağındır - VİDEO
  • 15-09-2026 Eldar Əzizovun “Bakı Şəhər İşığı” müəssisəsinə rəis təyin etdiyi adaşı milyonları haralara xərcləyir
  • 15-09-2026 Tramp “atəşkəs oldu” dedi, Moskva xəbərsiz çıxdı – Böyük müəmma
  • 15-09-2026 İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
  • 15-09-2026 “Həmin gün sonuncu dəfə ictimai nəqliyyata mindim” - Faiq Ağayev
  • 15-09-2026 Ukrayna və Rusiya enerji obyektlərinə zərbələr endirməməyə razılaşıb - Tramp
  • 15-09-2026 Proqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi
  • 15-09-2026 “Fənərbaxça” turu 1 xalla başa vurub

XƏBƏRLƏR

    “Fənərbaxça” turu 1 xalla başa vurub
    "Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
    “Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
    Arda Turanın 7,5 milyon dollarını "yeyən" qadın yenidən məhkəmədə - 102 il...
    Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
    "Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
    Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - VİDEO
    Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
    ÇL-də bütün zamanların ən yaxşı heyətini açıqladılar
    Türkiyənin qadın voleybol millisi Avropa çempionu olub
31-07-2024, 09:14

Prokuror Tərtər hadisələrinə görə verilmiş cəzaların ağırlaşdırılmasını tələb edir - TƏFƏRRÜAT

Prokuror Tərtər hadisələrinə görə verilmiş cəzaların ağırlaşdırılmasını tələb edir - TƏFƏRRÜAT


Tərtərdə yüzlərlə əsgər və zabitə işgəncə verilməsi, nəticədə onlardan bir neçəsinin ölümündə ittiham edilərək, haqqında hökm çıxarılanlardan 4 nəfərin şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılır. Bunlar Tərtərdəki hərbi hissələrdən birinin komandiri olmuş Vüsal Ələsgərov, qərargah rəisi Rəşid Niftəliyev və orada müddətdən artıq xidmət edən hərbi qulluqçular Ramil Qarayev və Rüstəm Ələsgərovdur.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Rüstəm Ələsgərov 9 il 6 ay, digərləri isə 5 il 6 ay azadlıqdan məhrum edilib.

Bakı Apelyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyilə keçirilən məhkəmə prosesində həm təqsirləndirilən şəxslər, həm də zərərçəkənlər, onların vəkilləri bir çox yüksək vəzifəli şəxsin dindirilməsi barədə vəsatət qaldırıblar. Dindirilməsi tələb olunan şəxslər müdafiə naziri Zakir Həsənov, indiki və keçmiş Baş Qərargah rəisləri Kərim Vəliyev və Nəcməddin Sadıkov, 2017-ci ildə korpus komandiri olmuş general-leytenant Hikmət Həsənov, hərbi prokuror Xanlar Vəliyev, müavini Şəfahət İmranov, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) sabiq rəisi Mədət Quliyev, keçmiş Baş prokuror Zakir Qaralov və digərləri idi.

Məhkəmə vəsatəti təmin etməyərək, adları çəkilən şəxslərin heç birini çağırıb dindirməyə razılıq verməyib.

Təqsirləndirilənlər və zərərçəkmişlərlə yanaşı, prokurorluq da hökmdən narazı qalıb. Dövlət ittihamçısı verilən cəzaların ağırlaşdırılması üçün apelyasiya protesti verib.

Məhkəmədə prokuror protesti müdafiə edərək, cəzaların ağırlaşdırılmasını istəyib.

Daha sonra çıxış edən zərərçəkmişlərdən Rəşid Məmmədov bildirib ki, işgəncəyə məruz qalarkən gözləri bağlı vəziyyətdə olub. Ona görə də işgəncədə iştirak edənləri tanımır. Onun sözlərinə görə məruz qaldığı işgəncələr, heç bir cinayət törətmədiyi halda, həbs olunması psixoloji durumuna kəskin şəkildə mənfi təsir göstərib. Zərərçəkmiş deyir ki, sonradan bəraət almasına baxmayaraq, bir çox problem həllini tapmayıb.

Digər zərərçəkmiş Boris Cəfərov bildirib ki, xidmətdə olduğu dövrdə nəinki cinayət, hətta kiçik intizamsızlığa da yol verməyib. Buna baxmayaraq, onu vətən xaini şübhəsiylə saxlayıb, işgəncə veriblər:

“Mən hələ də o suala cavab tapa bilməmişəm ki, məni niyə vətənə xəyanətdə şübhəli bilindim? Bir manat rüşvət almamışam, bir saat işə gecikməmişəm, nizam-intizam qaydalarına həmişə əməl eləmişəm”.

Tərtərdə işgəncə nəticəsində həyatını itirmiş Süleyman Kazımovun qardaşı, zərərçəkmişin hüquqi varisi qismində məhkəmədə iştirak edən Əhəd Kazımov xüsusən general Hikmət Həsənovun, hətta şahid qismində də olsa, dindirilməməsinə etiraz edib:

“Bu işdə danışanların hamısı Hikmət Həsənovun adını çəkir. Bu adam həbs olunmalıdır. Lakin heç olmasa, çağırıb şahid kimi də dindirmirsiniz. Elə bil ki, avtobus gedir, sürücü həddindən artıq pis idarə edir. Ona deyirlər ki, belə sürmə, nəticəsi pis olacaq. O, deyilənlərə baxmır, elə sürür. Nəticədə qəza törədir, nə qədər adam ölür. O avtobusda hamını çağırıb dindirirlər, bircə avtobusun sürücüsündən başqa. Bugünkü vəziyyət ona oxşayır”.

Əhəd Kazımov əlavə edib ki, işgəncələrdə iştirakı olan, qardaşının ölümündə iştirak etmiş hər kəsin ağır cəza almasını istəyir.

Əhəd Kazımovun vəkili Sahil Abışov da Hikmət Həsənovun məhkəmədə dindirilməməsinə etiraz edib:

“Bu məsələlər araşdırılmayacaqsa, o zaman bu məhkəmə nəyə lazımdır?”

Daha sonra təqsirləndirilən şəxslərin özləri çıxış edərək, bəraət istəyiblər.

Təqsirləndirilən Rəşid Niftəliyev bildirib ki, Hikmət Həsənovun köməkçisi Fuad Ağayev hərbi hissəyə siyahı göndərib. Siyahıda adları olan hərbçilərin əvvəldən hazırlanmış köhnə qərargah binasına göndərilməsi tələb olunub. Onun sözlərinə görə, korpusdan gəlmiş əmri icra edərək, siyahıda adları olan şəxsləri göndərib:

“Heç bir işgəncədə iştirakım olmayıb”.

Rəşid Niftəliyev vurğulayıb ki, işgəncələrdə iştirak edənlər bu gün də yüksək vəzifələrdə çalışırlar. O, işgəncələrin yaşandığı hərbi hissənin komandiri Teymur Məmmədovun, Firdovsi Bəyovun adlarını çəkib.

Digər təqsirləndirilən Rüstəm Ələsgərov da təqsirsiz olduğunu bildirib və bəraət istəyib.

“Məhkəmə ittiham aktını köçürüb, hökm çıxarıb. Mənim kiməsə işgəncə verdiyimi deyən bir nəfər yoxdur, amma 9 il 6 ay iş almışam. Məni binanın mühafizəsinə göndəriblər, mən də gəlmişəm. Çöldə olmuşam. Adamın adamı olmayanda hər şeyi onun boynuna qoyarlar?”

O əlavə edib ki, özü şəkər xəstəliyindən əziyyət çəkir, azyaşlı qızı isə ağır autizm xəstəsidir.

Təqsirləndirilən Ramil Qarayev də təqsirsiz olduğunu, hərbi hissənin nəzarət-buraxılış məntəqəsində olub, heç kimə işgəncə vermədiyini bildirib.

Keçmiş hərbi hissə komandiri Vüsal Ələsgərov əmr icra etdiklərini bildirib. Onun sözlərinə görə, müdafiə naziri, Baş Qərargah rəisi, korpus komandiri səviyyəsində əmr verilmiş əmrləri icra etməmək mümkün deyildi:

“Müdafiə Nazirliyinin, prokurorluğun rəhbərliyi oradaydı, onların qarşısında mən neyləməliydim?”

Məhkəmə prosesi avqustun 5-də davam edəcək.

Tərtərdəki işgəncələrlə əlaqədar həbsdə olanlardan daha 4 nəfərə iyunda hökm oxunub. Tərtərdəki N saylı hərbi hissədə Xüsusi Təyinatlı Bölüyün xüsusi təyinatlı qrupunun komandiri olmuş leytenant Ruslan Mikayılov 6 il 10 ay, onunla birlikdə mühakimə olunan gizirlərdən Cabir Qəhrəmanov 6 il 8 ay, Elçin Əliyev 5 il 8 ay, Sənan Maşıyev isə 4 il 10 ay azadlıqdan məhrum edilib. Onlar da hökmdən narazıdır və apelyasiya şikayəti veriblər.

5 nəfərlik daha bir qrupun məhkəməsi isə davam edir. Bu qrupda Fuad Ağayev, Qurban Cümşüdov, Cavid Ağadadaşov, Ramil Əhmədov və Fuad Axundov mühakimə olunur.

Fuad Ağayev, Qurban Cümşüdov və Cavid Ağadadaşov bundan əvvəl də Tərtərdəki işgəncələrə görə bir dəfə cəzalandırılıb. Fuad Ağayev 10 il, digər ikisi isə 6 il azadlıqdan məhrum edilib. Lakin Baş Prokurorluqda 2021-ci ilin dekabrında Tərtər işi üzrə icraat təzələnəndən sonra onlarla bağlı yenidən iş başlayıb və əlavə ittihamlar irəli sürülüb.

Bu 5 təqsirləndirilən şəxs arasında ən çox adı hallanan Fuad Ağayev idi. Bu da təsadüf deyil. Çünki Fuad Ağayev həmin hadisələrə rəhbərlik etməkdə ittiham olunan general-mayor, o dövrdə I Ordu korpusunun komandiri Hikmət Həsənovun köməkçisi olub. Fuad Ağayevin özü də Tərtər hadisələri baş verərkən korpusun hüquqşünası və Hikmət Həsənovun köməkçisi vəzifəsində çalışıb.

Tərtər işgəncələrinə görə həbsdə olan şəxslərə qarşı Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma), 126.3 (qəsdən bədənə ağır xəsarət yetirmə, ehtiyatsızlıqdan ölümə səbəb olduqda), 145 (qanunsuz azadlıqdan məhrum etmə), 293 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341 (vəzifə səlahiyyətlərini aşma) və s. maddələrilə ittiham irəli sürülüb.

Dia-az.İnfo

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az