
Bu gün Nizami rayonunun bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Nyus.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Nizami rayonu, Mehdi Abbasov küçəsi 13 ünvanında aparılacaq təmir-bərpa işləri ilə əlaqədar 29.07.2024-cü il saat 10:00-dan etibarən işlər bitənədək qaz təchizatı dayandırılacaq.
Bu müddətdə rayonun Mehdi Abbasov, Özbəkistan, Kamil Balakişiyev, Əli Vəliyev və Rizvan Teymurov küçəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Nyus.Az

























