
Bakının Yasamal rayonu, Abbas Mirzə Şərifzadə, 16 ünvanında uzun müddətdir fəaliyyət göstərən obyektləri söküblər.
Nyus.Az oxu.az-a istinadən xəbər verir ki, 30 ildən çoxdur burada çalışan sahibkarların sözlərinə görə, onlara heç bir xəbərdarlıq olunmadan söküntü işlərinə başlayıblar və malları dağıntılar altında qalıb.
Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Vüsal Hüseynovun sözlərinə görə, həmin ərazi yataqxananın ərazisidir. Gələcəkdə təmir olunaraq istifadəyə veriləcək. Obyekt sahiblərinə isə aylardır xəbərdarlıq olunub və bəziləri məhkəməyə verilib.
Nyus.Az

























