• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 05-06-2026 Prezident İlham Əliyev: Təmiz ətraf mühit və “yaşıl artım” hədəfi beş əsas milli prioritetdən biri kimi müəyyən edilib
  • 05-06-2026 Yalan ittiham edənləri hansı cəza gözləyir?
  • 05-06-2026 Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR
  • 05-06-2026 Elektrik təchizatında qayda pozuntusu - “Azərişıq” cərimələndi
  • 05-06-2026 Əmlak sığortasının yenidən məcburi fazaya keçirilməsi vacibdir-deputat
  • 05-06-2026 Maaşla bağlı MÜHÜM XƏBƏR
  • 05-06-2026 Afaq Bəşirqızı əməliyyat olundu
  • 05-06-2026 Azərbaycanda cərimə balları 20-dən 50-yə QALDIRILIR?
  • 05-06-2026 Göyçayda əməliyyat - Həbs edilənlər var
  • 05-06-2026 Prezident İlham Əliyev Azərbaycanın minifutbol millisini Avropa çempionluğu münasibətilə təbrik edib - FOTO
  • 05-06-2026 İpoteka verilmir, qiymətlər isə artır: Bakıda köhnə binaların sirri
  • 05-06-2026 Milli Məclisin növbədənkənar sessiyanın ilk iclası başladı
  • 05-06-2026 Eşqin Tağıyev Avropa çempionatının ən yaxşı oyunçusu seçilib
  • 05-06-2026 Zelenski Putinə açıq məktub ünvanladı
  • 05-06-2026 “Liverpul” yeni baş məşqçisini açıqladı
  • 05-06-2026 Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub
  • 05-06-2026 Aygün Bəylərin bacısı - "Ailəmlə küsülüyəm"
  • 04-06-2026 Natiq Əliyevin müəmmalı iş qrafiki: Bir gündə həm Naxçıvanda, həm Bakıda?
  • 04-06-2026 Azərbaycanda neftçini süründürən SOCAR əcnəbiyə ƏN ÇOX MAAŞI VERİR - BU DA FAKT...
  • 04-06-2026 ABŞ Tayvanla bağlı Çinlə heç bir məsləhətləşmə aparmır - Rubio

XƏBƏRLƏR

    Eşqin Tağıyev Avropa çempionatının ən yaxşı oyunçusu seçilib
    “Liverpul” yeni baş məşqçisini açıqladı
    Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub
    Mourinyo ulduz futbolçunu “Real”a gətirmək istəyir
    Azərbaycan millisi finalda - Avropa çempionatı
    İspaniya çempionatında ən gözəl qolun müəllifi oldu
    "Turan Tovuz" Konfrans Liqasından KƏNARLAŞDIRILDI: CAS-a şikayət ediləcək
    "Fənərbağça"ya ulduz axını: 2 məşhur futbolçu gəlir
    Dünyanın ən dəyərli klubları bilindi
    Cüdoçumuz Avropada qızıl medal qazandı
29-06-2024, 09:13

Torpaq Məcəlləsinə dəyişiklik ekspert və sahibkarları qane etmir

Torpaq Məcəlləsinə dəyişiklik ekspert və sahibkarları qane etmir


Mütəxəssislər deyir ki, bu, iri torpaq sahiblərinin mənafeyinə hesablanıb

Azərbaycan Milli Məclisi Torpaq Məcəlləsinə dəyişiklik edilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib. İctimaiyyətin geniş müzakirəsinə səbəb olan dəyişiklik kənd təsərrüfatı təyinatlı torpaqlarda tikintinin aparılması, emal müəssisəsinin yaradılması prosesini asanlaşdırmaq məqsədi daşıyır. Belə ki, uzun illər boyudur kənd təsərrüfatı təyinatlı torpaqların sahibi və ya icarədarı olan sahibkarlar həmin ərazidə emal müəssisələri və ya istehsalı dəstəkləyən digər tikintiləri aparmaq üçün böyük çətinliklərlə üzləşirlər. Mövcud Torpaq Məcəlləsi və digər qanunlar kənd təsərrüfatı təyinatlı torpaqlarda tikintilərin aparılmasını qadağan edir, torpağın təyinatının dəyişdirilməsi isə çox uzun və çoxmərhələli prosedur tələb edir.

Torpaq Məcəlləsinə bu çətinlikləri aradan qaldıracaq dəyişiklikləri ehtiva edən sənəddə qeyd olunur ki, ölkədə kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadənin səmərəliliyini yüksəltmək üçün kənd təsərrüfatı yerlərinin məqsədli təyinatının dəyişdirilməsinin çevik mexanizminin yaradılması, eləcə də kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililərin inşasının (quraşdırılmasının) tənzimlənməsi nəzərdə tutulur. Bildirilir ki, sənəd ölkə prezidentinin “Aqrar sahədə istehsalın və emal sənayesinin inkişafına dair bir sıra tədbirlər haqqında” 15 iyul 2021-ci il tarixli fərmanı çərçivəsində hazırlanıb.

Təklif edilən dəyişikliyə əsasən torpaq sahələrinin mülkiyyətçiləri (onların razılığı ilə istifadəçiləri və icarəçiləri) yay və qış otlaqları, örüş və biçənək sahələri istisna edilməklə, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədilə kənd təsərrüfatı yerlərinin məqsədli təyinatını dəyişdirmək imkanı əldə edəcəklər. Həmçinin onların müraciəti əsasında bu barədə məlumatların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması təmin ediləcək. Kənd təsərrüfatı təyinatlı torpaqların kateqoriyası daxilində (kateqoriyası gözlənilməklə) onların məqsədli təyinatının dəyişdirilməsi istehsalçıların mülkiyyətlərində (istifadəsində) olan kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadəsinin səmərəliliyini yüksəldəcək, bu sahədə daha çevik mexanizmin yaradılması təmin ediləcək, həmçinin reyestrdə qeydiyyatın aparılması ilə aidiyyəti orqanların əkinlər (əkin altında olan torpaqların təyinatı) barədə məlumatlılıq səviyyəsi yüksəldiləcək.

Layihədə qeyd olunur ki, hazırda kənd təsərrüfatı yerlərindən birindən digərinə dəyişiklik etmək mürəkkəb bir mexanizmə tabe olduğundan mülkiyyətçilərin təsərrüfat fəaliyyətində tətbiqi çətinllik yaradır. Təklif olunan tənzimləmə torpaq istifadəçiləri üçün bu mexanizmi daha dəqiq tənzimləyir, torpaq balansının dürüst məlumatlara sahib olmasını təmin etmək üçün isə bu barədə məlumatların daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsi şərtini müəyyən edir.

Bundan başqa, Torpaq Məcəlləsinin 13-cü maddəsində ümumi şəkildə müəyyən olunur ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Bu isə torpaqdan istifadəyə nəzarət çərçivəsində, o cümlədən istehsal və emal təyinatlı tikililərin aparılması, müvəqqəti tikililərin həyata keçirilməsi baxımından çətinliklər yaradır. Belə ki, tikintilərin aparılmasının qayda və şərtləri baxımından tənzimləmə mexanizmi olmadığından bu normanın icrasında problemlər yaranırdı.

Kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililərin aparılması ehtiyaclardan irəli gəlir və bu kənd təsərrüfatının inkişafı baxımından vacibdir. Bu məqsədlə kənd təsərrüfatı təyinatlı torpaqlarda məlumatlandırma icraatı çərçivəsində müvəqqəti tikililərin inşa edilməsi həyata keçirilə biləcək. Həmçinin kənd təsərrüfatı təyinatlı torpaqlarda əsaslı tikililərin və qurğuların, habelə işçilərin (personalın) müvəqqəti yaşaması üçün yaşayış təyinatlı tikililərin inşa edilməsi və quraşdırılması Məcəllənin 13-1-ci maddəsinə uyğun təmin ediləcək.

Bununla da kənd təsərrüfatı təyinatlı torpaqlarda məqsədli təyinat dəyişdirilmədən əsaslı tikililərin və qurğuların, habelə işçilərin (personalın) müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı tikililərin inşa edilməsi və quraşdırılması həyata keçirilə biləcək və bu proses Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tənzimlənəcək.

Kənd təsərrüfatı təyinatlı torpaqların xüsusi əhəmiyyətini, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsindəki rolunu nəzərə alaraq əsaslı tikintilərin aparılmasının müvafiq tələb və mexanizmi yaradılır. Belə ki, bu tikililər sahəsi 5 hektardan az olmayan və vahid sərhəd daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin (yay və qış otlaqları, ümumi istifadədə örüş sahələri istisna olmaqla) 1 faizindən artıq olmayan hissəsində inşa edilə və quraşdırıla bilər. Tikililərin inşa edilməsi və quraşdırılması torpaq sahəsinin mülkiyyətçisinin (onun yazılı razılığı ilə istifadəçinin və ya icarəçinin) müraciəti əsasında Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq həyata keçiriləcək. Bu məqsədlər üçün torpaq sahəsinin kateqoriyasının və məqsədli təyinatının dəyişdirilməsi tələb olunmur.

İstixanalar və suvarma infrastrukturlarının inşası və quraşdırılması zamanı qeyd olunan torpaq sahələrinin minimum həddinə və tikinti əmsalının maksimum ölçülərinə dair məhdudiyyətlər tətbiq edilmir. Belə ki, suvarma infrastrukturu daha kiçik sahələrdə də quraşdırıla bilər.

Layihədə vurğulanır ki, bütövlükdə qanun layihəsi kənd təsərrüfatı istehsalçılarının və emalçılarının müvafiq maliyyə resurslarına asan çıxışının təmin edilməsinə, infrastrukturun və aqrar biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində işlərin sürətləndirilməsinə, kənd təsərrüfatının iqtisadiyyatın mühüm sahələrindən birinə çevrilməsinə, kənd təsərrüfatının davamlı inkişafına, dövlət xidmətlərinin optimallaşdırılmasına və səmərəli idarəetmə sisteminin qurulmasına, aqrar sahədə keyfiyyət dəyişikliyinə və emal sənayesinin inkişafına, kənd yerlərində əhalinin məşğulluq imkanlarının artırılmasına şərait yaradacaq.

Kənd təsərrüfatı təyinatlı torpaq sahəsində layihələndirilən tikinti obyektinin tikinti layihəsində həmin obyektin inşası üçün müəyyən olunan faiz nisbəti nəzərə alınmaqla torpaq sahəsinin tələb olunan hissəsinin sərhədləri ayrıca göstəriləcək. Kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin tikinti əmsalına cəlb edilməsi və tikinti əmsalı tətbiq edilən torpaq sahəsi barədə məlumatlar daşınmaz əmlakın dövlət reyestrində və dövlət torpaq kadastrında saxlanılan məlumatlara əlavə edilməsi üçün tikintiyə və istismara icazə verən orqan (qurum) tərəfindən daşınmaz əmlakın dövlət reyestrinə ötürüləcək.

İnşasına yol verilən tikinti obyektlərinin kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədləri üçün istifadəsi halları istisna olmaqla, torpaq sahəsinin kateqoriyası dəyişdirilmədən digər məqsədlər üçün istifadəsinə və istismar təyinatının dəyişdirilməsinə yol verilməyəcək.


Rövşən Ağayev

Bir çox sahibkarlar və mütəxəssislər kənd təsərrüfatı təyinatlı torpaqlarda tikinti aparılması prosesinin asanlaşdırılmasını nəzərdə tutan dəyişikliyin iri sahibkarların mənafeyinə xidmət etdiyini, orta və xırda sahibkarların ondan bəhrələnə bilməyəcəyini bildirirlər. İqtisadçı-ekspert Rövşən Ağayevin sözlərinə görə, Azərbaycanda kənd ərazilərində sənaye təyinatlı torpaqlar olmadığı üçün bölgələrdə sahibkarlıq təşəbbüsü olan insanların hətta öz istehsal elədikləri məhsulları emal edən kiçik ölçülü (məsələn 150-200 kv/metr) ərazisi olan istehsal binaları tikmək imkanı yoxdur: “Uzun illər idi müstəqil ekspertlər təklif edirdi ki, pay torpağı olanlara öz torpqlarının kiçik bir hissəsində (məsələn, torpaq sahəsinin 2-3 faizindən çox olmayaraq) emal məqsədli tikinti aparmağa icazə verilsin. Hökumət bu addımı atdı, amma yalnız 5 hektardan çox torpağı olanlar bu inkandan yararlana biləcəklər - torpaq sahəsinin 1 faizlik hissəsində sənaye təyinatlı tikinti aparmaq mümkün olacaq. Yəni 50 000 kv/metrlik hissənin 500 kv/metrində emal müəssisəsi tikmək olacaq. Amma bir reallıq var ki, Azərbaycanda torpaq sahiblərinin ən azı 75-80 faizi 2-3 hektar və daha az torpağı olanlardır. Bu o deməkdir ki, hökumətin son qərarından iri mülkiyyətçilər bəhrələnəcək. Onsuz da iqtisadiyyatı tamamilə monopol və iri sahibkarlığın cəngində olan ölkədə açılan hər yeni imkan da onlarım maraqlarına xidmət edir”.

Ekspert hesab edir ki, 5 ha-dan az torpağı olan sahibkarlara da emal müəssisəsi qurmaq üçün icazə verilməlidir: “Məsələn, 2 ha torpağın 1 faizi 200 kv/metr deməkdir. Niyə burda da 100-150 kv/metr ölçüdə bir emal müəssisəsi tikmək mümkün olmasın? Yaxud 2 qonşu və hərəsinin 2 ha torpağı var, torpaqlarını birləşdirmədən ortaq emal müəssisəsində öz bacarıqlarını sınanaq istəyirlər. Niyə bunlara oxşar imkan tanınmasın? Böyük sayda isnan üçün faydasız qərarlar ona görə verilir ki, heç bir qanunverilcilik təşəbbüsü normal müzakirə olunmur, kənar rəy öyrənilmir. Amma yenə gec deyil, ölkə başçısı bu dəyişikliyi səsləndirdiyim təkliflər nəzərə alnmaqla imzalaya bilər. Əgər gerçəkdən də 75-80 faiz xırda fermerin də bu dəyişiklikdən bəhrə götürməsini istəyirlərsə”...


Mürvət Həsənli

Onu da qeyd edək ki, Azərbaycan quşçuluq təsərrüfatları da Torpaq Məcəlləsinə dəyişiklikdəki 5 ha məhdudiyyətinin aradan qaldırılmasını istəyirlər. Onların peşə birliyi olan Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası bu problemlə bağlı hökumətə müraciət etmişdi. Assosiasiyanın İdarə Heyətinin sədri Mürvət Həsənli bildirir ki, quşçuluq təsərrüfatları öz mülkiyyətlərində olan torpaqlarda yeni və müasir istehsal binaları tikə bilmirlər: “Sovet dövründən tikilən tikililər quşçuluqda istifadə olunan müasir texnologiyaların tətbiqinə imkan vermədiyinə görə müəssisələr onları sökərək yerində, yaxud müasir texnoloji tələblərə uyğun olaraq bir qədər başqa ərazidə yeni binalar tikmək istəyirlər. Çünki sovet dövründən tikilmiş inqubator stansiyaları, yem sexləri, kəsim sexləri və digər binalar yeni dövrün texnologiyasının tətbiqinə imkan vermir.Təsərrüfatlarda yenidənqurma işlərinin aparılması olduqca vacibdir. Lakin biz bunu edə bilmirik, icazə verilmir. Buna görə də biz hökumətə müraciət etmişdik problemin həlli ilə bağlı. Milli Məclisdə qəbul edilən dəyişiklik bizim problemimizi, təəssüf ki, həll etmir. Çünki bizim təsərrüfatların torpağı 5 ha-dan çox deyil. Buna görə də biz hökumətə yenidən müraciət edirik ki, 5 ha məhdudiyyətini ya aradan qaldırsınlar, ya da onu aşağı salsınlar ki, quşçuluq təsərrüfatlarının da problemi həll olunsun”.

“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az