• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 15-09-2026 Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
  • 15-09-2026 Yardımlıda korrupsiya əməliyyatı: İcra Hakimiyyətinin vəzifəli şəxsləri həbs edildi
  • 15-09-2026 Bakıda 165 ailə Kəmaləddin Heydərovdan kömək gözləyir... - Cənab nazir, FHN-də söz verildi, amma...
  • 15-09-2026 Prezident İlham Əliyev: Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidir
  • 15-09-2026 Prezident İlham Əliyev: Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin
  • 15-09-2026 Prezident İlham Əliyev: Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edib
  • 15-09-2026 Azərbaycan 8 ay ərzində Ermənistana 17,6 milyon dollar dəyərində məhsul ixrac edib
  • 15-09-2026 Anar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardı
  • 15-09-2026 Vəzifəsindən azad edilən icra başçısı kimdir? - Dosye
  • 15-09-2026 Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
  • 15-09-2026 Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib
  • 15-09-2026 Fərid Eyvazovun “Alliance Clinic”ində 146 manatlıq çek qalmaqalı
  • 15-09-2026 Yasamal icra başçısı nə düşünür? - Piyada səkisi darmadağındır - VİDEO
  • 15-09-2026 Eldar Əzizovun “Bakı Şəhər İşığı” müəssisəsinə rəis təyin etdiyi adaşı milyonları haralara xərcləyir
  • 15-09-2026 Tramp “atəşkəs oldu” dedi, Moskva xəbərsiz çıxdı – Böyük müəmma
  • 15-09-2026 İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
  • 15-09-2026 “Həmin gün sonuncu dəfə ictimai nəqliyyata mindim” - Faiq Ağayev
  • 15-09-2026 Ukrayna və Rusiya enerji obyektlərinə zərbələr endirməməyə razılaşıb - Tramp
  • 15-09-2026 Proqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi
  • 15-09-2026 “Fənərbaxça” turu 1 xalla başa vurub

XƏBƏRLƏR

    “Fənərbaxça” turu 1 xalla başa vurub
    "Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
    “Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
    Arda Turanın 7,5 milyon dollarını "yeyən" qadın yenidən məhkəmədə - 102 il...
    Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
    "Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
    Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - VİDEO
    Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
    ÇL-də bütün zamanların ən yaxşı heyətini açıqladılar
    Türkiyənin qadın voleybol millisi Avropa çempionu olub
11-06-2024, 08:28

Çirkli çimərliklər bu xəstəliklərin mənbəyidir - SOS!

[center]Çirkli çimərliklər bu xəstəliklərin mənbəyidir - SOS![/center]


Dəniz suyunda bağırsaq törədiciləri - patogen törədicilər olmamalıdır, əgər varsa...



Gigiyena və Epidemiologiya Mərkəzi çimərlik mövsümü ərəfəsində Ekologiya Nazirliyi ilə birlikdə Azərbaycanın Xəzər sahilində suyun monitorinqini aparıb.

Suyun laborator təhlili göstərib ki, Bakının Buzovna, Zağulba, Mərdəkan, Şüvəlan, Novxanı, Goradil, Nardaran, Bilgəh və Pirşağı çimərliklərində suyun fiziki-kimyəvi və baktereoloji göstəriciləri norma daxilindədir.

Abşeronun cənub sahilində - Şıxov, Primorsk, şərq sahilində - Hövsan və Türkan, həmçinin Sumqayıt sahilində, şimalda Yalama, Nabran, İstisu, Seyidli qəsəbələrində və dənizin cənub hissəsində - Lənkəran və Astara çimərliklərində isə göstəricilər dəniz suyunun çirkab sularla intensiv çirkləndiyini göstərib. Bundan başqa, bakterioloji çirklənmə səviyyəsi normaya uyğun deyil. Bu səbəbdən müvəqqəti olaraq qeyd edilən çimərliklərdə çimmək tövsiyə olunmur.

Məlumdur ki, dəniz suyu duzlu olduğu üçün orada bir sıra mikroblar inkişaf edə bilmir. Bununla belə, normalara cavab verməyən çimərliklər insanda hansı xəstəliklərə səbəb ola bilər?

Ekspertlər qeyd edir ki, dəniz suyunun çirklənməsinə səbəb çimərliklərin yaxınlığında yerləşən yaşayış məntəqələrindən dənizə çirkab, təsərrüfat-fekal suların axıdılmasıdır. Üstəlik, çirkab suları birbaşa dənizə axıdılır. Beləliklə, həmin çimərliklərin yararlı olması üçün ilk növbədə o ərazidə dəniz suyu təmiz olmalıdır. Bunun üçün isə orada tullantıların emal edilməsi üçün kifayət qədər təmizləyici qurğular olmalıdır. Ümumiyyətlə, dünyanın hər bir yerində kanalizasiya suları dənizlərə, okeanlara axıdılır. Lakin kanalizasiya suyu axıdılmazdan əvvəl mütləq zərərsizləşdirilir, ikincili, üçüncülü proseslərə məruz qalır, hətta ondan müxtəlif məhsullar istehsal olunur. Lakin ölkəmizdə kanalizasiya sularının nə dərəcədə zərərsizləşdirilib dənizə axıdıldığı məlum deyil. Rəsmi qurumlar dənizin suyunun təmizləyici qurğularla təmizləndiyini bəyan edirlər. Lakin bu yetərli olmur. Bunun üçün də Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi bu yaxınlarda məlumat yayaraq bildirdi ki, dənizin suyunun təmizlənməsi üçün yeni tipli təmizləyici qurğuların tikilməsi nəzərdə tutulur. Qurumdan verlən məlumata görə, ölkə ərazisində kanalizasiya, su xətləri yenidən çəkilir. Yaxın dövrdə dövlət proqramına uyğun olaraq çirkləndiricilərin qarşısı alınacaq.



İnfeksionist Vaqif Həsənov “Yeni Müsavat”a deyib ki, tövsiyə olunmayan yerlərdə dənizə girənlər bir sıra xəstəliklərə, o cümlədən vəba, salmonez, meningit kimi xəstəliklərə yoluxa bilərlər. Onun sözlərinə görə, dəniz suyunun çirklənməsi əsasən sudakı patogen bağırsaq çöplərinin olması ilə baş verir.

Mütəxəssis bu törədicilərin bəzilərinin insan orqanizmində xəstəlik yarada bildiyini açıqlayıb: “Bu törədicilər insan orqanizminə daxil olub, mədə-bağırsaq infeksiyaları yarada, orqanizmdə ağır fəsadlara yol aça bilərlər. Bəzi patogen bağırsaq növləri insan orqanizminə düşsə, mədə-bağırsaq pozğunluğu baş verə, bəziləri bağırsağı zədələyərək ishala səbəb ola bilər. Bu xəstəliklər nəticəsində orqanizm su itirir və bu da orqanizmdə hipobolemik şokla nəticələnir”.

Həkimin sözlərinə görə, yoluxma hadisəsi olarsa, yoluxmuş şəxslər yaşadıqları ərazi üzrə poliklinikalarda çalışan həkim-infeksionistə müraciət etməli və analizlər verməlidirlər: “Belə hallarda həkimə müraciətin gecikdirilməsi həyat və sağlamlığı təhlükə altına ala bilər”.

İnfeksionistin sözlərinə görə, çirkli dəniz suyundakı bağırsaq çöpləri qana da keçə bilər: “Bu zaman işerixiya mənşəli sepsisin əmələ gəlməsinə yol açır. Bu zaman ölüm halı həddən artıq yüksək olur”.

Həkim işerixiya mənşəli törədicilərin meningitlərə səbəb ola bildiyini də diqqətə çatdırıb: “Salmonellaların da müxtəlif növlərinə rast gəlinə bilir. Salmonez xəstəliyi də mədə-bağırsaq pozğunluğu ilə yanaşı, sepsislərlə nəticələnə bilər. Dəniz (çirkli) suyunda qarın yatalağına, qorxulu hesab etdiyimiz vəba xəstəliyinə də rast gəlinə bilər. Digər tərəfdən, bu suda parazitar xəstəliklərin törədiciləri ola bilər. İnsan dənizə gedir ki, günəş şüası qəbul etsin. Bunun müqabilində müxtəlif bakterial, göbələk, ya da parazitar xəstəliklərə tutula bilərlər”. Amma bakterioloji çirklənmiş ərazidə çimən şəxslər həkimin sadaladıqları bakteriyalara yoluxmaya da bilər. Bunun üçün sağlam mədə-bağırsaq sisteminə sahib olmaq lazımdır: “Əgər mədə-bağırsaq sistemi qaydasında deyilsə, turşuluq azdırsa, atrofik qastritləri varsa, mədədə və ya mədə-bağırsaq sistemində vaxtilə əməliyyat edilibsə, xora xəstəliyi və ya disbakteriozu varsa, bu insanların işerixiyalara - yəni bağırsaq çöplərinə yoluxma şansı həddindən artıq çoxdur”.

Həkim deyir ki, çirkli suya girən şəxslərin yoluxmasının meydana çıxmasında bir neçə şərt var: “Yanaşı xəstəliyi olan şəxslərin yoluxma ehtimalı yüksəkdir. Şəxsin qəbul etdiyi törədicinin miqdarı da yoluxmanı müəyyən edir. Az miqdarda törədici qəbul edibsə, mədənin şirəsi hansı ki, tərkibində xlorid turşusu var, onu məhv edəcək. Yox, əgər çox qəbul edibsə, mədə-bağırsağın vəziyyəti yaxşı deyilsə, şəxs xəstələnəcək. Buna inkubasiya dövrü deyilir. Bu inkubasiya dövrü insandan asılı olaraq dəyişir. Yoluxduqdan təxminən 4-5 gün sonra xəstələrdə klinik əlamətlər başlayır. Əsas əlamətlər qarında ağrılar, zəif istiliyin, ishalın olmasıdır. Ürəkbulanma-qusma o qədər olmur, ancaq ola da bilər. İshal isə ağır hallarda gün ərzində 20-30 dəfəyədək müşahidə edilə bilər. Patogen işerixiyalar əsasən kanalizasiya sularının töküldüyü ərazilərdə müşahidə edilir. Bu işerixiyalar da suyun bakterioloji çirklənmə dərəcəsini müəyyənləşdirir. Əslində dəniz suyunda bağırsaq törədiciləri - patogen törədicilər olmamalıdır. Əgər bağırsaq çöpləri aşkar edilirsə, həmin çimərliklərdə çimmək məsləhət görülmür”. //Musavat.com//

Nyus.Az



Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az