• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 15-09-2026 Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
  • 15-09-2026 Yardımlıda korrupsiya əməliyyatı: İcra Hakimiyyətinin vəzifəli şəxsləri həbs edildi
  • 15-09-2026 Bakıda 165 ailə Kəmaləddin Heydərovdan kömək gözləyir... - Cənab nazir, FHN-də söz verildi, amma...
  • 15-09-2026 Prezident İlham Əliyev: Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidir
  • 15-09-2026 Prezident İlham Əliyev: Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin
  • 15-09-2026 Prezident İlham Əliyev: Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edib
  • 15-09-2026 Azərbaycan 8 ay ərzində Ermənistana 17,6 milyon dollar dəyərində məhsul ixrac edib
  • 15-09-2026 Anar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardı
  • 15-09-2026 Vəzifəsindən azad edilən icra başçısı kimdir? - Dosye
  • 15-09-2026 Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
  • 15-09-2026 Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib
  • 15-09-2026 Fərid Eyvazovun “Alliance Clinic”ində 146 manatlıq çek qalmaqalı
  • 15-09-2026 Yasamal icra başçısı nə düşünür? - Piyada səkisi darmadağındır - VİDEO
  • 15-09-2026 Eldar Əzizovun “Bakı Şəhər İşığı” müəssisəsinə rəis təyin etdiyi adaşı milyonları haralara xərcləyir
  • 15-09-2026 Tramp “atəşkəs oldu” dedi, Moskva xəbərsiz çıxdı – Böyük müəmma
  • 15-09-2026 İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
  • 15-09-2026 “Həmin gün sonuncu dəfə ictimai nəqliyyata mindim” - Faiq Ağayev
  • 15-09-2026 Ukrayna və Rusiya enerji obyektlərinə zərbələr endirməməyə razılaşıb - Tramp
  • 15-09-2026 Proqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi
  • 15-09-2026 “Fənərbaxça” turu 1 xalla başa vurub

XƏBƏRLƏR

    “Fənərbaxça” turu 1 xalla başa vurub
    "Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
    “Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
    Arda Turanın 7,5 milyon dollarını "yeyən" qadın yenidən məhkəmədə - 102 il...
    Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
    "Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
    Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - VİDEO
    Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
    ÇL-də bütün zamanların ən yaxşı heyətini açıqladılar
    Türkiyənin qadın voleybol millisi Avropa çempionu olub
7-05-2024, 07:13

“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirilib

[center]“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirilib[/center]



Qərbi Azərbaycan İcmasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş "Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları" mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Nyus.Az Trend-ə istinadən xəbər verir ki, konfransda əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını fəda etmiş şəhidlərimizin, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Ümummilli Lider Heydər Əliyevin Qərbi Azərbaycanla bağlı bu gün görülən işlərin əsasını qoymasından, öz el-obasından zorla çıxarılan soydaşlarımıza qayğısından və xüsusi diqqətindən danışıb.

Bildirib ki, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyev insan hüquqları məsələsi və sülhsevər missiya olaraq Qərbi Azərbaycana qayıdışı əsas hədəflərdən biri kimi müəyyənləşdirməklə soydaşlarımızın qayıdış hüququnun təmin edilməsi istiqamətində dəstəyini göstərməkdədir.

Konfransda Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Qərbi Azərbaycana aid fikirlərinin yer aldığı videoçarx nümayiş etdirilib.

Sonra Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü və Hüquq Komissiyasının sədri, hüquq elmləri doktoru, professor Zahid Cəfərov "Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları" mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, Qərbi Azərbaycana qayıdış indiki Ermənistan ərazisindən deportasiya olunmuş həmvətənlilərimizin mənəvi və hüquqi haqqıdır.

Diqqətə çatdırılıb ki, Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Qərbi Azərbaycan mövzusunu yenidən gündəmə gətirib və bu hadisəyə hüquqi-siyasi qiymət verib.

"Son 300 illik tarixdə Azərbaycan torpaqları zamanla itirilmişdi. Amma Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bu mənfi tendensiyalar sona çatdı", - deyə Zahid Cəfərov vurğulayıb.

Konfransa onlayn qoşulan Ukrayna Milli Universiteti Odessa Hüquq Akademiyasının professoru, hüquq elmləri doktoru Arif Quliyev bildirib ki, azərbaycanlıların son illərdəki fəaliyyəti dünya ictimaiyyəti tərəfindən geniş şəkildə müzakirə edilir. Azərbaycanın qazandığı uğurlar bütün azərbaycanlılar üçün qürur mənbəyidir. O, beynəlxalq hüququn norma və prinsipləri, insan haqları, dövlətlərin ərazi bütövlüyü barədə fikirlərini bölüşüb.

Daha sonra çıxış edən hüquq elmləri doktoru, professor Kamil Səlimov deyib ki, Azərbaycanın müvafiq qurumları 1987-ci ildə Qərbi azərbaycanlılara qarşı törədilmiş cinayətləri araşdırır.

Konfransda Qərbi Azərbaycana qayıdışla bağlı hüquqi məsələlərin araşdırılması, Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda, Qaçqınların Statusuna dair Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıtmaq hüququnun əsaslarına dair elmi mülahizələr dinlənilib.

Həmçinin indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların fərdi və kollektiv hüquqlarının təmin olunmasını əsas hədəf kimi bəyan etmiş Qayıdış Konsepsiyasının müddəalarının həyata keçirilməsini mümkün edən müasir beynəlxalq hüquqi alətlərdən istifadə yollarından danışılıb.

Tədbirdə QAİ-nin Mərkəzi orqanlarının rəhbərləri, müavinləri, tanınmış hüquqşünaslar və icma üzvləri də "Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları", "Qərbi Azərbaycana qayıdış yeni tarixi mərhələnin böyük başlanğıcı olacaq", "Qayıdış Konsepsiyasının siyasi-hüquqi əhəmiyyəti", "İnsan hüquqlarına hörmət beynəlxalq hüququn əsas normalarındandır..., amma!", "Qərbi Azərbaycan qadınlarının beynəlxalq hüquqda müdafiəsi" və sair mövzularda çıxış ediblər.

Nyus.Az



Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az