• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 15-09-2026 Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
  • 15-09-2026 Yardımlıda korrupsiya əməliyyatı: İcra Hakimiyyətinin vəzifəli şəxsləri həbs edildi
  • 15-09-2026 Bakıda 165 ailə Kəmaləddin Heydərovdan kömək gözləyir... - Cənab nazir, FHN-də söz verildi, amma...
  • 15-09-2026 Prezident İlham Əliyev: Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidir
  • 15-09-2026 Prezident İlham Əliyev: Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin
  • 15-09-2026 Prezident İlham Əliyev: Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edib
  • 15-09-2026 Azərbaycan 8 ay ərzində Ermənistana 17,6 milyon dollar dəyərində məhsul ixrac edib
  • 15-09-2026 Anar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardı
  • 15-09-2026 Vəzifəsindən azad edilən icra başçısı kimdir? - Dosye
  • 15-09-2026 Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
  • 15-09-2026 Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib
  • 15-09-2026 Fərid Eyvazovun “Alliance Clinic”ində 146 manatlıq çek qalmaqalı
  • 15-09-2026 Yasamal icra başçısı nə düşünür? - Piyada səkisi darmadağındır - VİDEO
  • 15-09-2026 Eldar Əzizovun “Bakı Şəhər İşığı” müəssisəsinə rəis təyin etdiyi adaşı milyonları haralara xərcləyir
  • 15-09-2026 Tramp “atəşkəs oldu” dedi, Moskva xəbərsiz çıxdı – Böyük müəmma
  • 15-09-2026 İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
  • 15-09-2026 “Həmin gün sonuncu dəfə ictimai nəqliyyata mindim” - Faiq Ağayev
  • 15-09-2026 Ukrayna və Rusiya enerji obyektlərinə zərbələr endirməməyə razılaşıb - Tramp
  • 15-09-2026 Proqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi
  • 15-09-2026 “Fənərbaxça” turu 1 xalla başa vurub

XƏBƏRLƏR

    “Fənərbaxça” turu 1 xalla başa vurub
    "Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
    “Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
    Arda Turanın 7,5 milyon dollarını "yeyən" qadın yenidən məhkəmədə - 102 il...
    Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
    "Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
    Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - VİDEO
    Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
    ÇL-də bütün zamanların ən yaxşı heyətini açıqladılar
    Türkiyənin qadın voleybol millisi Avropa çempionu olub
29-04-2024, 14:00

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:TENDER BELƏ KEÇİRİLİR!

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:TENDER BELƏ KEÇİRİLİR!


Yenixeber.org: 10 gün əvvəl-Aprelin 19-da Azər­baycan Respublikası Hesablama Palatasının 2023-cü ildəki fəaliyyəti haqqında Milli Məclisdə hesabatı təqdim edildi. Palatanın sədri Vüqar Gülməmmədov palatanın 2023-cü ildəki fəaliyyəti haqqında hesabat məruzəsində bildirdi ki, Audit və analitik fəaliyyət üzrə döv­lət maliyyəsinin idarə edilməsində ümu­mi nöqsan məbləği 1971,9 milyon ma­nat müəyyən edilmişdir.

Bütün auditlər üzrə aş­karlanmış hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal edil­məsi ilə əlaqədar müvafiq materiallar hüquq-mühafizə orqanlarına göndəril­mişdir.

Dövlət büdcəsinin formalaşdırılması və xərc­lənməsi üzərində maliyyə nəzarətinin səmərəliliyini təmin etməyə yönəlmiş hesabatda xüsusi ilə diqqəti çəkən fakt dövlət satınalmaları ilə bağlı oldu: 31 uyğunluq audutundən 27-də dövlət satınalmalarında ciddi nöqsanlar aşkar edilib.

Deputat Vahid Əhmədov Hesablama Palatsının 2023-cü ildə və ondan əvvəlki hesabatlarında ən çox ciddi nöqsan sahəsinin satınalmalar və tender fəaliyyəti olduğunu bildirdi: "Satınalmalarla əlaqədar nə qədər mübarizə aparsaq da, qanunda dəyişikliklər etsək də faktiki olaraq satınalmalarda ciddi problemlər mövcuddur. İkinci ən ciddi məsələ mühasibat uçotu və hesabatlılıqdır. "Mühasibat uçotu haqqında" qanun qəbul etmişik. Hesabatda, yoxlamalarda da görünür ki, "Mühasibat uçotu haqqında" qanun müəssisələr və təşkilatlar tərəfindən düzgün yerinə yetirilmir.".

Ardınca isə ekspertlər də dövlət satınalmalarında ciddi nöqsanların olduğunu bildirdilər. İqtisadçı-ekspert Allahverdi Aydın isə Dövlət satınalmalarına nəzarət edən qurumun – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qanunazidd fəaliyyətinə, qurumda çalışan əməkdaşların yeni Qanundan xəbərlərsiz olduqlarına diqqət çəkdi. (Ətraflı bu linkdə: https://yenixeber.org/arasdirma/166883-%E2%80%9Ctenderl%C9%99r%C9%99-n%C9%99zar%C9%99t-ed%C9%99n-qurumun-qanunundan-x%C9%99b%C9%99ri-yoxdur%E2%80%9D-%E2%80%93.html
***

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 04.04.2024-cü il tarixdə müvafiq tenderlə "TEKSTIL TƏMINAT MH" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə 664.954,9 manatlıq müqavilə bağlayıb. Müqaviləyə görə "TEKSTIL TƏMINAT MH" MMC Dövlət Xidmətini Hərbi geyim forması və ləvazimatlarla təmin etməlidir.



Xatırladaq ki, bu tərəflər arasında ilk belə əməkdaşlıq deyil… Ötən il də eyni predmetlər üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə "TEKSTIL TƏMINAT MH" MMC-nin əməkdaşlığı olub...

Biz “Yenixeber.org” olaraq tərəflər arasında bağlanan sonuncu müqavilə ilə bağlı bir sıra məqamlara aydınlıq gətirmək məqsədi ilə bu ayın 4-də Dövlət Xidmətinin rəisi cənab polkovnik Mürsəl İbrahimova onlayn sorğu ünvanladıq. Təəssüf ki, bu günə qədər sorğumuza cavab ala bilmədik. Bizimlə telefon danışığında qurum rəsmisi tenderin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin deyil, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin keçirdiyini və suallarımızı da ikinci ünvana ünvanlamalı olduğumuzu bildirdi(?)




Hörmətli qurum rəsmisinə və bu mövzuda məlumatı az olanlara xatırladaq ki, Azərbaycan Respublikası “Dövlət Satınalmaları Haqqında Qaununu”n 20.1-ci maddəsində göstərilir ki, Satınalma komissiyasının tərkibi bu qnunun 21.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla tək sayda (azı 5 (beş) nəfər) olmaqla, satınalan təşkilatın nümayəndələrindən formalaşdırılır. Satınalma komissiyasının sədrini və üzvlərini satınalan təşkilatın rəhbəri təsdiq edir. Satınalan təşkilatın rəhbəri satınalma komissiyasının sədri ola bilməz.

Təchizatçının Lisenziya və ya icazəsi ilə də bağlı Qanunun 23.3.2-ci maddəsində göstərilir ki, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tələb olunduqda, müvafiq sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması...

Eləcə də digər maddələrdə Təchizatçı ilə bağlı bir sıra tələblər sadalanır: satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının və təcrübəsinin olması, satınalma müqaviləsinin icrası üçün maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması, texniki imkanlarının və maddi-texniki bazasının olması, müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olması...

O ki, qaldı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə, bu qurum dövlət vəsaitləri hesabına malların, işlərin və xidmətlərin satın alınması sahəsində dövlət siyasətini həyata keçirir. Başqa sözlə dövlət satınalmalarında nəzarət funksiyasına shibdir... Müsabiqəyə səlahiyyəti çərçivəsində nəzarət edir və hansısa qanun pozuntusu olduğu halda müvafiq addımlar atır.

***

Digər ilginc bir faktor isə "TEKSTIL TƏMINAT MH" MMC ilə bağlıdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yüksək məbləğdə dövlətin pulunu etibar etdiyi bu şirkətin internet üzərindən heç bir əlaqə vasitəsinə rast olmaq mümkün olmadı(?) Hansı ki, bu sayaq şirkətlərin fəaliyyətlərindən bəhs olunan saytlarının, əlaqə vasitələrinin, telefon nömrələrinin olması vacibdir. Ən azı ona gərə ki, belə məqamlarda hansısa şübhələrə yol açılmasın... Dəqiqləşdirilməmiş hansısa məlumat ictimailəşməsin.

Digər media orqanlarında yer alan məlumatlara görə, "TEKSTIL TƏMINAT MH" MMC 13 fevral 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 5 AZN-dir. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Əhməd Rəsəbli küçəsi 2, ev 49, mənzil 55-də yerləşir. Şirkətin qanuni təmsilçisi Quliyev Pünhan Raib oğludur.

"Tekstil Təminat MH” MMC dövlət qeydiyyatına alınanda qanuni təmsilçisi Məmmədov Müdabir Həmdulla oğlu olub. 2021-ci ilin aprelində şirkətin qanuni təmsilçisi dəyişib. Müdabir Məmmədov oğlu Cavanşir Məmmədovla əvəzlənib. 2022-ci ilin noyabrında isə Cavanşir Məmmədovu Cəfərli Həsən Yelmar oğlu əvəzləyib.

2023-cü ilin martında şirkətin qanuni təmsilçisi növbəti dəfə dəyişib. Bu dəfə reyestr məlumatlarına Pünhan Quliyevin adı qeyd edilib.

Məlumata görə, Müdabir Məmmədovun başqa şirkəti də var. Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında onun adı həm də "Modernstyle” MMC-nin qanuni təmsilçisi kimi qeyd edilib. Maraqlıdır ki, bu şirkətin də nizamnamə kapitalı 5 AZN-dir. Şirkətin hüquqi ünvanı isə Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev128/34, mənzil 2-də yerləşir.

Digər şəxslər barəsində isə açıq mənbələrdə heç bir məlumat yoxdur.(Yenixeber.org)



Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az