• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 05-06-2026 Prezident İlham Əliyev: Təmiz ətraf mühit və “yaşıl artım” hədəfi beş əsas milli prioritetdən biri kimi müəyyən edilib
  • 05-06-2026 Yalan ittiham edənləri hansı cəza gözləyir?
  • 05-06-2026 Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR
  • 05-06-2026 Elektrik təchizatında qayda pozuntusu - “Azərişıq” cərimələndi
  • 05-06-2026 Əmlak sığortasının yenidən məcburi fazaya keçirilməsi vacibdir-deputat
  • 05-06-2026 Maaşla bağlı MÜHÜM XƏBƏR
  • 05-06-2026 Afaq Bəşirqızı əməliyyat olundu
  • 05-06-2026 Azərbaycanda cərimə balları 20-dən 50-yə QALDIRILIR?
  • 05-06-2026 Göyçayda əməliyyat - Həbs edilənlər var
  • 05-06-2026 Prezident İlham Əliyev Azərbaycanın minifutbol millisini Avropa çempionluğu münasibətilə təbrik edib - FOTO
  • 05-06-2026 İpoteka verilmir, qiymətlər isə artır: Bakıda köhnə binaların sirri
  • 05-06-2026 Milli Məclisin növbədənkənar sessiyanın ilk iclası başladı
  • 05-06-2026 Eşqin Tağıyev Avropa çempionatının ən yaxşı oyunçusu seçilib
  • 05-06-2026 Zelenski Putinə açıq məktub ünvanladı
  • 05-06-2026 “Liverpul” yeni baş məşqçisini açıqladı
  • 05-06-2026 Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub
  • 05-06-2026 Aygün Bəylərin bacısı - "Ailəmlə küsülüyəm"
  • 04-06-2026 Natiq Əliyevin müəmmalı iş qrafiki: Bir gündə həm Naxçıvanda, həm Bakıda?
  • 04-06-2026 Azərbaycanda neftçini süründürən SOCAR əcnəbiyə ƏN ÇOX MAAŞI VERİR - BU DA FAKT...
  • 04-06-2026 ABŞ Tayvanla bağlı Çinlə heç bir məsləhətləşmə aparmır - Rubio

XƏBƏRLƏR

    Eşqin Tağıyev Avropa çempionatının ən yaxşı oyunçusu seçilib
    “Liverpul” yeni baş məşqçisini açıqladı
    Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub
    Mourinyo ulduz futbolçunu “Real”a gətirmək istəyir
    Azərbaycan millisi finalda - Avropa çempionatı
    İspaniya çempionatında ən gözəl qolun müəllifi oldu
    "Turan Tovuz" Konfrans Liqasından KƏNARLAŞDIRILDI: CAS-a şikayət ediləcək
    "Fənərbağça"ya ulduz axını: 2 məşhur futbolçu gəlir
    Dünyanın ən dəyərli klubları bilindi
    Cüdoçumuz Avropada qızıl medal qazandı
10-04-2024, 08:50

Tütün haqqında yeni qanunkimləri varlandıracaq?

Tütün haqqında yeni qanunkimləri varlandıracaq?


Siqaret istehsalında yerli xammalın payı artacaq

Azərbaycanda “Tütün və tütün məmulatı haqqında” Qanuna dəyişiklik olunur. Milli Məclisə təqdim olunan layihəyə əsasən tütün məmulatlarının istehsalının və idxalının həyata keçirilməsi fəaliyyətinə görə icazə sistemi tətbiq edilir. Qanun layihəsində qeyd olunur ki, bu istehsal və idxal sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri qeydiyyata alınacaq və reyestrinin aparılması həyata keçiriləcək.

Layihədə nəzərdə tutulan tütün məmulatlarının istehsalı müəssisəsinin qeydiyyatı üçün 34 milyon manatlıq investisiya qoyuluşu tələbi ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub. Bir çox mütəxəssislər bunun yeni istehsal müəssisəsinin yaradılmasının qarşısını almaq, mövcud əsas istehsalçılar üçün inhisarçı şərait yaratmaq məqsədi daşıdığını bildirirlər.

Təklifin əsaslandırmasında isə qeyd edilir ki, bu mexanizm cəmiyyətin maraqlarının, o cümlədən əhalinin sağlamlığının təmin olunmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlib. Belə ki, ölkə ərazisində istehsal olunan bir sıra tütün məmulatlarının sanitar-gigiyena normalarına uyğun gəlməməsi və bazarda mənşəyi məlum olmayan, aşağı keyfiyyətli malların satışının əhalinin sağlamlığı üçün təhlükə mənbəyinə çevrilməsi ilə yanaşı vergidən yayınma hallarının da geniş vüsət almasına səbəb olur.

Tütün məmulatlarının istehsalı spesifik avadanlıq əsasında həyata keçirildiyindən və bu avadanlıqlara əsaslanan istehsal xəttinin qurulması böyük investisiya qoyuluşu tələb edir. Qeyd olunan avadanlıqlar əsasında 1 istehsal xəttinin quraşdırılması üçün 10 milyon ABŞ dolları məbləğində vəsait tələb olunur. Müəssisənin normal fəaliyyəti üçün bu avadanlıqlardan ibarət 2 istehsal xəttinin olması vacibdir. Göstərilən məbləğ yalnız texnoloji avadanlıqların qiymətini özündə əhatə etməklə yanaşı müəssisənin formalaşdırılması ilə əlaqədar digər xərcləri əhatə etmir.

Qeyd edilənləri nəzərə alaraq, siqaret istehsalı sahəsində fəaliyyət göstərmək istəyən subyektlərin dövlət qeydiyyatına alınması zamanı avadanlıqlara dair 34 milyon manat minimum investisiya məbləğinin müəyyən edilməsinə zərurət vardır. Beynəlxalq standartların tələblərinə uyğun məhsul istehsalına təminat verən şəraitin formalaşdırılması məqsədi daşıyır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti də tütün məmulatının istehsalı üçün investisiyanın məbləği ilə bağlı qoyulmuş şərtə aydınlıq gətirib. Qurumun rəis müavini Samirə Musayeva Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında deyib ki, tütün məmulatlarının istehsalı üçün tələb olunan avadanlıqların bazar qiyməti nəzərə alınıb: “Yerli tütün məmulatlarının istehsalı yerli bazarın tələblərinə cavab verməli, idxal isə tənzimlənməlidir. Ona görə də ölkə ərazisində bir il fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyata alınması tələbi qoyulub. Yerli tütünçülüyün inkişafı bu layihə ilə hədəflənir”.

Bundan başqa, vergi rəsmisi qeyd edib ki, tütün məmulatlarının tərkibində 2024-cü ildən başlayaraq 2030-cu ilədək yerli xammalın həcminin artırılması hədəflənir: “Tütün xammalının yeni növlərinin becərilməsi və həcminin artması üçün 2024-cü ildə istehsal olunan tütün məmulatlarının tərkibində 96 qram yerli xammal, 2027-2029-cu ildə 100 qram, 2030-cu və daha sonrakı illərdə 120 qram yerli xammal olması tələbi qoyulur. Bu da yerli bazarın qorunması ilə bağlı məqsədlərə xidmət etmiş olacaq”.

Sənədə əsasən, sahibkarlıq subyektlərinin tütün məmulatının idxalı və istehsalını həyata keçirməsi üçün qeydiyyatı və qeydiyyatının yenidən rəsmiləşdirilməsi ilə bağlı icraat “Lisenziyalar və icazələr haqqında” Qanuna uyğun olaraq həyata keçiriləcək.

Tütün məmulatının idxalı və istehsalını həyata keçirən sahibkarlıq subyektləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həmin subyektlərin müraciəti əsasında qeydiyyata alınır.

Tütün məmulatının istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin qeydiyyata alınması üçün 34 milyon manatlıq investisiya qoyuluşundan əlavə, vergi borcunun olmaması, tütün məmulatının istehsalı üçün istifadə olunacaq ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamənin, standart nümunənin və ya ölçmə vasitəsinin tipinin təsdiqi barədə sertifikatın, habelə cihaz, alət, ölçmə vasitələri və sınaq avadanlıqlarının “Texniki tənzimləmə haqqında” Qanuna uyğun olaraq uyğunluğun qiymətləndirilməsinə dair sənədlərin olması; keyfiyyət və təhlükəsizlik sınaqlarının aparılması üçün müvafiq sahədə akkreditasiya olunmuş sınaq laboratoriyası ilə (istehsalçının müvafiq sahədə akkreditasiya olunmuş sınaq laboratoriyası olmadığı təqdirdə) müqavilənin olması, həmçinin tütün məmulatının istehsalında yerli tütün xammalından (orta damarcığı qismən və ya tamamilə çıxarılmış tütündən) istifadə həcmlərinə dair müəyyən olunan tələblərə riayət etməsi tələbi də qoyulur.

Tütün məmulatının idxalını həyata keçirən sahibkarlıq subyektlərinin qeydiyyata alınması üçünsə azı 1 il olmaqla tütün məmulatının istehsalı fəaliyyətinin həyata keçirilməsi kimi maraqlı tələb də qoyulur. Bu isə idxalçıların çevrəsinin kəskin məhdudlaşdırılması, idxalın da yerli inhisarçı istehsalçıların əlində cəmləşməsi və onların bazarda qiymətləri diqtə etməsinə şərait yaradacaq bir tələbdir.

Rəsmi mənbələr ölkədə 7 tütün məmulatı istehsalçısının olduğunu deyir. Bunlardan son məhsul - siqaret istehsalı iki böyük müəssisənin əlində cəmləşib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə Azərbaycanda 6,3 min ton yaş tütün, 1850 ton sənaye emalından keçmiş tütün, 16 milyard 10,2 milyon ədəd siqaret və siqarlar istehsal olunub.

Ötən il Azərbaycandan 5 milyon 459,65 min dollarlıq 2498,12 ton tütün xammalı, orta damarcığı çıxarılmayan tütün, 1 milyon 187,56 min dollarlıq 363,36 ton orta damarcığı qismən və ya tamamilə çıxarılmış tütün, 14 milyon 285,12 min dollarlıq 1 milyard 134,5 milyon ədəd tərkibində tütün olan siqaretlər ixrac olunub. Bu məhsulların idxalı isə müvafiq olaraq 429,3 min dollar dəyərində 157,25 ton, 4 milyon 383,49 min dollar dəyərində 740,59 ton, 7 milyon 98 min dollar dəyərində 365,21 milyon ədəd təşkil edib.

Bundan əlavə, ölkəyə 87 milyon 296,69 min dollar dəyərində 4973,14 ton emal olunmuş, tərkibində tütün əvəzediciləri olan və ya olmayan çəkməli digər tütün, 7 milyon 360,71 min dollar dəyərində 1214,77 ton homogenləşdirilmiş və ya "bərpa" edilmiş tütün, 5 milyon 664,69 min dollar dəyərində 1 172 775 ədəd birdəfəlik elektron siqaret və qəlyanlar üçün tərkibində nikotin olan məhsullar idxal olub. Sonuncudan 215,23 min dollar dəyərində 19010 ədəd ixrac da qeydə alınıb.

Beləliklə, rəsmi statistikadan aydın görünür ki, ölkədə istehsal və idxal olunan siqaret sayı birlikdə 16 milyard 376 milyon ədəd təşkil edib. Yerli istehsaldan ixrac olunan, həmçinin 2024-cü ilə keçən 590 milyon siqaret sayını çıxdıqda, ötən il ölkə üzrə siqaret istehlakının təxminən 14,6 milyard ədəd təşkil etdiyini söyləyə bilərik.

Azərbaycan 2006-cı ildə Ümumdünya Səhiyyə Təşkilatının Tütündən istifadəyə Nəzarət üzrə Çərçivə Konvensiyasına qoşulub. Bu konvensiya tütündən istifadənin azaldılması üçün tədbirlər proqramı təklif edir. 2017-ci il dekabrın 1-də ölkədə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanun qəbul edilib. Bu qanunla tütündən istifadə bir çox ictimai yerlərdə qadağan edilib və qanunun pozulmasına görə məsuliyyət müəyyən edilib. Azərbaycanın tütündən istifadə sahəsində həyata keçirdiyi tədbirlər bir çox beynəlxalq çağırışlara və tələblərə cavab verir. Lakin onların real effektinin olduğunu söyləmək mümkün deyil. Belə ki, Dövlət Statistika Komitəsinin ev təsərrüfatlarının büdcə müayinəsindən aydın olur ki, 2022-ci ildə yaşı15-dən yuxarı olan əhalinin 15 faizi tütün məmulatlarından istifadə edib. Bu zaman 15 yaşdan yuxarı kişilərin 30,8 faizi, qadınların isə 0,3 faizi tütün məmulatlarından istifadə edib. Siqaretdən ən çox istifadə edənlər 44-65 yaş arası kişilərdir. Onların 44,5 faizi bu zərərli vərdişə alüdədir.

Rəsmi statistikaya əsasən, 2021-ci ildə Azərbaycanda siqaret istehlakı 15,2 milyard ədəd təşkil edib. 2022-ci ildə Azərbaycanda 13.3 milyard ədəd siqaret istehsal olunub. İdxal-ixrac həcmini, həmçinin 2023-cü ilə keçən 600 milyon ədəd qalığı nəzərə aldıqda ölkədə illik istehlakın 12,3 milyard ədəd təşkil etdiyi görünür. Bu isə o deməkdir ki, 2023-cü ildə siqaret istehlakı 2022-ci illə müqayisədə 2 milyard ədəddən çox artıb. Əlbəttə, burada qeydiyyatdan yayındırılmaqla reallaşan idxalın da payı var. Çünki bütün ölkə boyu qeydiyyatsız siqaret satışında ciddi azalma müşahidə olunmur.

Dövlət Vergi Xidmətinin Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsinin rəisi Azər Suleymanovun verdiyi məlumata görə, ötənilki istehsal həcmi ölkə üzrə ümümi istehlakı demək olar ki, tam təmin edib: “İstehlak edilmiş siqaretlərin 98 faizini Azərbaycanda fəaliyyət göstərən 7 müəssisə istehsal edib. Cəmi 2 faiz siqaret ölkəyə idxal edilib”.

Vergi rəsmisi həmçinin qeyd edib ki, bu il Azərbaycandan təkcə Gürcüstana 3 milyard ədəd siqaret ixrac edilməsi planlaşdırılır.

Dünya SAKİT,
“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az