• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 15-09-2026 Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
  • 15-09-2026 Yardımlıda korrupsiya əməliyyatı: İcra Hakimiyyətinin vəzifəli şəxsləri həbs edildi
  • 15-09-2026 Bakıda 165 ailə Kəmaləddin Heydərovdan kömək gözləyir... - Cənab nazir, FHN-də söz verildi, amma...
  • 15-09-2026 Prezident İlham Əliyev: Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidir
  • 15-09-2026 Prezident İlham Əliyev: Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin
  • 15-09-2026 Prezident İlham Əliyev: Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edib
  • 15-09-2026 Azərbaycan 8 ay ərzində Ermənistana 17,6 milyon dollar dəyərində məhsul ixrac edib
  • 15-09-2026 Anar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardı
  • 15-09-2026 Vəzifəsindən azad edilən icra başçısı kimdir? - Dosye
  • 15-09-2026 Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
  • 15-09-2026 Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib
  • 15-09-2026 Fərid Eyvazovun “Alliance Clinic”ində 146 manatlıq çek qalmaqalı
  • 15-09-2026 Yasamal icra başçısı nə düşünür? - Piyada səkisi darmadağındır - VİDEO
  • 15-09-2026 Eldar Əzizovun “Bakı Şəhər İşığı” müəssisəsinə rəis təyin etdiyi adaşı milyonları haralara xərcləyir
  • 15-09-2026 Tramp “atəşkəs oldu” dedi, Moskva xəbərsiz çıxdı – Böyük müəmma
  • 15-09-2026 İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
  • 15-09-2026 “Həmin gün sonuncu dəfə ictimai nəqliyyata mindim” - Faiq Ağayev
  • 15-09-2026 Ukrayna və Rusiya enerji obyektlərinə zərbələr endirməməyə razılaşıb - Tramp
  • 15-09-2026 Proqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi
  • 15-09-2026 “Fənərbaxça” turu 1 xalla başa vurub

XƏBƏRLƏR

    “Fənərbaxça” turu 1 xalla başa vurub
    "Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
    “Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
    Arda Turanın 7,5 milyon dollarını "yeyən" qadın yenidən məhkəmədə - 102 il...
    Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
    "Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
    Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - VİDEO
    Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
    ÇL-də bütün zamanların ən yaxşı heyətini açıqladılar
    Türkiyənin qadın voleybol millisi Avropa çempionu olub
17-03-2024, 10:28

Azərbaycanda uşaqları valideynlərindən almaq mümkün olacaq: Bu, hansı hallarda baş verə bilər?

Azərbaycanda uşaqları valideynlərindən almaq mümkün olacaq: Bu, hansı hallarda baş verə bilər?


Uşağı valideynlərindən uzaqlaşdırmaq travmatik bir təcrübədir. Əslində, bu, valideynlik hüququndan məhrum edilməzdən əvvəlki son addımdır. Heç şübhəsiz, valideynlərin övladı böyütmək üçün hüquq, vəzifə və öhdəlikləri var. Ancaq uşağın valideynləri ilə qalması onun hüquqlarını pozursa və sağlamlığına ziddirsə, onda nə etməli?

Dünya ölkələrinin uzun illərdir ki, bu istiqamətdə əhəmiyyətli təcrübəsi var: valideynlər tərəfindən uşağın həyatına və sağlamlığına bilavasitə təhlükə yarandığı hallarda uşaq onlardan yalnız məhkəmənin qərarı ilə deyil, sosial işçilər tərəfindən də götürülə bilər.

Artıq bizim ölkəmizdə də bu təcrübə tətbiq ediləcək. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu günlərdə keçirilən iclasında “Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna edilən dəyişiklik buna əsas verir: uşağın həyatı və ya sağlamlığı üçün birbaşa təhlükə yaranarsa, valideynlərindən alına bilər.

Nyus.Az “Kaspi” qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edir:

Belə bir dəyişikliyin gündəmə gəlməsinin səbəbi nədir?

Vəziyyət bəzi ailələrdə uşaq zorakılığı ilə bağlı mənzərənin o qədər də yaxşı olmadığını göstərir. Təkcə Uşaq Qaynar Xəttinə olunan müraciətlər bunu deməyə əsas verir. Məsələn, əgər əvvəllər xəttə daha çox böyüklər müraciət edirdisə, indi uşaqlar telefon açırlar. Mərkəzin operatoru: “Hər gün Qaynar Xəttə zənglər olur. Bəzən gün ərzində bir neçə zəng daxil olur”, – deyə sorğuya cavab olaraq bildirdi: “Həm paytaxtdan, həm də rayonlardan zənglər edilir. Telefon açanların çoxu qızlardır. Ailədə valideynləri tərəfindən müxtəlif zorakılıqlara məruz qaldıqlarını deyirlər”.

Əslində, uşaqların hüquq və maraqlarının əks olunduğu müddəa bizim qanunvericilikdə var idi. 1998-ci ildə qəbul edilən “Uşaq hüquqları haqqında” qanun, “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında” əsasnamə, icra hakimiyyətlərinin nəzdində himayəçilik və qəyyumluq şöbələri, uşaq hüquqları üzrə QHT-lər uşaq hüquqlarına zidd hərəkətlərlə bağlı müvafiq siqnallar verirdilər. Ancaq bütün dünya ölkələrinin qanunvericiliyində illərdir yer alan qaydalar bizdə bir qədər “humanist”liyə köklənmişdi.

Uşaqlar dövlətin himayəsinə veriləcək

“Azərbaycan BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasını imzalayıb və ondan sonra “Uşaq Hüquqları haqqında” qanun qəbul edilib. Həm konvensiyada, həm də qanunda əsas prinsip ondan ibarətdir ki, uşaq hüquqları ilə valideyn hüquqları arasında ziddiyyət təşviq edilərsə, uşaq hüquqları üstün tutulur”, – deyə Vəkillər Kollegiyasının üzvü Ruslan Vəliyev bildirir: “Bu o deməkdir ki, hər bir dövlət orqanı, o cümlədən məhkəmələr uşaq hüquqlarını üstün tutmalıdırlar. Əgər uşağın hüquqları onların valideynləri tərəfindən pozulursa, təbii ki, dövlət orqanları bununla bağlı hərəkətə keçməlidirlər. Hətta deyərdim ki, bu qaydaların həyata keçirilməsi bir az gecikib. Əminəm ki, uşaq hüquqları bundan sonra daha da üstün formada qorunacaq”. Hüquqşünas qanuna edilən dəyişikliyi son illər ailələrdə məişət zorakılığının daha çox baş verməsi ilə əlaqələndirir: “Zorakılıq siqnalları uşaqların hüquqlarının qorunmalı olduğunu daha ciddi gündəmə gətirir. Hər bir vətəndaşın da borcudur ki, törədilən və törədilə biləcək hüquq pozuntusu ilə bağlı lazımı instansiyalara məlumat versin. Əgər uşaq hüquqlarının qorunması ilə bağlı siqnal daxil olarsa, uşaq mənafelərinin üstün səviyyədə qorunması məqsədilə uşaq həmin ailədən alınacaq və dövlətin himayəsində olan orqanlara təhvil veriləcək”.



R.Vəliyev Ailə Məcəlləsində də oxşar müddəaların yer aldığını bildirir: “Valideynlərin hüquqlarının məhdudlaşdırılması və ya hüquqdan məhrum edilməsi, hətta uşaqların alınması ilə bağlı maddələr var. Bu halda da qanun icazə verir ki, həmin uşaqların dövlətin himayəsinə verilməsi ilə bağlı addım atılsın. Yəni daha da böyük proseduralar keçmədən, məhkəməyə gedib çıxmadan müvafiq orqanlara elə səlahiyyətlər verir ki, ilkin araşdırmalar aparsınlar və məsələ ilə bağlı öz rəylərini versinlər.

Hüquqşünas hesab edir ki, bu dəyişiklik hazırkı mərhələdə problemin inzibati qaydada həllini nəzərdə tutur: “Biz indiyə qədər başqa ölkələrin təcrübəsində görürdük ki, sosial idarələr gəlib uşağı götürürdülər. Bu, bizim üçün təəccüblü olsa da, bütün dünyada tətbiq olunan qaydadır. Bu, ona yönəlib ki, valideynlərin hüquqları uşaq hüququndan üstün tutula bilməz. Bu məsələlərdə dövlət orqanları hər kəsin – valideynlərin, qohumların, qəyyumların və başqalarının hüquqlarını pozacaq. Uşaqların hüquq və maraqlarının qorunması məqsədilə bu addımlar atılacaq. Fikrimcə, bu, ailələr üçün siqnal olmalıdır”.

“Valideynlər bundan sui-istifadə edirlər”

“Ümidli gələcək” təşkilatının rəhbəri Kəmalə Aşumovanın sözlərinə görə, tüfeyli həyat sürən, zərərli vərdişlərə malik valideynlər olan ailələrdə uşaqların mənfi hallarla üzləşmələri, zorakılığa məruz qalmaları, təhsildən yayınmaları və s. ilə bağlı statistika ürəkaçan deyil: “Bu faktlar onu göstərir ki, qanuna dəyişiklik zəruridir. Bəzən təcrübədə erkən nikaha sövq edilmə, ailə üzvü tərəfindən cinsi zorakılığa məruz qalma, narkotik istifadəçisi olan valideynlərin uşaqlarına qayğı göstərməməsi kimi hallarla qarşılaşırıq. Qanunda dəqiq maddə olmadığından polis və ya sosial işçilər və QHT əməkdaşları müdaxilə edəndə yalnız valideynlə söhbət edir, reabilitasiyaya cəhd edir. Amma bu hallar nəticə verməyəndə biz ailədən uşağı götürə bilmirdik. Çünki qanunda bununla bağlı xüsusi maddə yox idi. Valideynlər də bundan sui-istifadə edirlər”. K.Aşumovanın fikrincə, qanunda belə bir dəyişikliyin olması müsbətdir. Eyni zamanda, bunu tətbiq edən dövlət qurumları da vəziyyətdən sui-istifadə etməməlidirlər: “Biz ilk növbədə uşağın rifahı naminə valideynə reabilitasiya üçün şans verməliyik. Əgər o hallarda da valideyndə heç bir müsbət dəyişiklik baş verməzsə və uşağın həyatına təhlükə varsa, onun digər qohumu və ya qəyyumu ola biləcək şəxslərə verilməsi və ya dövlətin himayəsinə verilməsi həyata keçirilməlidir”.

Nyus.Az





Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az