• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 15-09-2026 Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
  • 15-09-2026 Yardımlıda korrupsiya əməliyyatı: İcra Hakimiyyətinin vəzifəli şəxsləri həbs edildi
  • 15-09-2026 Bakıda 165 ailə Kəmaləddin Heydərovdan kömək gözləyir... - Cənab nazir, FHN-də söz verildi, amma...
  • 15-09-2026 Prezident İlham Əliyev: Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidir
  • 15-09-2026 Prezident İlham Əliyev: Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin
  • 15-09-2026 Prezident İlham Əliyev: Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edib
  • 15-09-2026 Azərbaycan 8 ay ərzində Ermənistana 17,6 milyon dollar dəyərində məhsul ixrac edib
  • 15-09-2026 Anar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardı
  • 15-09-2026 Vəzifəsindən azad edilən icra başçısı kimdir? - Dosye
  • 15-09-2026 Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
  • 15-09-2026 Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib
  • 15-09-2026 Fərid Eyvazovun “Alliance Clinic”ində 146 manatlıq çek qalmaqalı
  • 15-09-2026 Yasamal icra başçısı nə düşünür? - Piyada səkisi darmadağındır - VİDEO
  • 15-09-2026 Eldar Əzizovun “Bakı Şəhər İşığı” müəssisəsinə rəis təyin etdiyi adaşı milyonları haralara xərcləyir
  • 15-09-2026 Tramp “atəşkəs oldu” dedi, Moskva xəbərsiz çıxdı – Böyük müəmma
  • 15-09-2026 İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
  • 15-09-2026 “Həmin gün sonuncu dəfə ictimai nəqliyyata mindim” - Faiq Ağayev
  • 15-09-2026 Ukrayna və Rusiya enerji obyektlərinə zərbələr endirməməyə razılaşıb - Tramp
  • 15-09-2026 Proqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi
  • 15-09-2026 “Fənərbaxça” turu 1 xalla başa vurub

XƏBƏRLƏR

    “Fənərbaxça” turu 1 xalla başa vurub
    "Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
    “Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
    Arda Turanın 7,5 milyon dollarını "yeyən" qadın yenidən məhkəmədə - 102 il...
    Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
    "Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
    Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - VİDEO
    Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
    ÇL-də bütün zamanların ən yaxşı heyətini açıqladılar
    Türkiyənin qadın voleybol millisi Avropa çempionu olub
14-03-2024, 08:17

TƏCİLİ! Köhnə avtomobili olanlara bəd xəbər - LƏĞV EDİLİR

[center]TƏCİLİ! Köhnə avtomobili olanlara bəd xəbər - LƏĞV EDİLİR[/center]


Köhnə avtomobillər və sovet maşınları yığışdırmalıdır.

Nyus.Az publika.az-a istinadən bildirir ki, bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında millət vəkili Elmira Axundova çıxış edib.

Millət vəkili avtomobil qəzalarının və bu qəzalar zamanı dünyasını dəyişənlərin sayının artmasına diqqət çəkib. Bildirib ki, bu halların əsas səbəblərindən biri məhz istifadəyə yararsız avtomobillərdir.

Bu təklif uzun illərdir müzakirə olunsa da, hələ ki, real nəticə hiss edilmir. Təklif maraqlı olsa da, diqqət çəkən məqamlardan biri də bu avtomobillərin sonrakı aqibətidir. Yəni qanun bu avtomobillərin istifadəsini qadağan edə bilər. Bəs belə avtomobil sahibləri nə etməlidir? Bu avtomobillərin qalıqları harada və necə istifadə edilə bilər?

Reallıq budur ki, həm paytaxt, həm də bölgələrdə bu cür avtomobillərin sayı kifayət qədərdir.



Statistik məlumatlara görə, respublikada 1 milyon 360 mindən çox avtomobil var, onlardan təxminən 760 mini Bakı şəhəri ərazisində qeydiyyatdadır. Avtomobil parkına gəlincə isə 1980-ci ilə qədər buraxılışı olan 103 minə yaxın nəqliyyat vasitəsi qeydiyyatdadır. 1981-90-cı ilə qədər buraxılışı olan avtomobillərin sayı 125 minə yaxın, 91-2000-ci illər arasında istehsal olunan avtomobillərin sayı 310 min, 2000-2010-cu illərdə istehsal olunanların sayı 420 minə yaxın, qalanı isə 2011-ci ildən bu yana istehsal olunanlardır.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov əslində qanunda bu məsələnin tələb edildiyini, lakin buna əməl edilmədiyini deyib:

"Bəzi insanlar köhnə, istifadəyə yararsız avtomobillərin istifadəsinə bəraət qazandırırlar. "Maşınım var və bunu sürməliyəm" prinsipi ilə yanaşırlar. Avtomobili idarə etmək üçün standart tələblər var. "Yol Hərəkəti əsasında Qanun"da göstərilən tələblərə uyğun olmayan avtomobili idarə etmək olmaz. Dünyada qəbul olunmuş standarta əsasən avtomobil istismara yararsızdırsa, o istifadə edilməməlidir. Bizdə bu yanaşma yoxdur, lakin bu mədəniyyəti gətirmək lazımdır. Bu gün ölüm və xəsarətlə nəticələnən qəzaların əksəriyyəti texniki standarta uyğun olmayan avtomobillər səbəbindən baş verir. "Yol hərəkəti haqqın"da qanun 1 saylı əlavəsində avtomobilin beynəlxalq standarta uyğun olması tələb edilir. Standarta uyğun olmayan avtomobil sürülməməlidir. Lakin bu tələblərə əməl edilmir. Həmin avtomobil qanuna görə texniki baxışdan keçməməlidir. Texniki baxışdan keçməyən avtomobili sürənlər isə polis saxladığı halda 50 manat cərimə nəzərdə tutulub".



Bu gün ölkənin avtomobil parkının 40-50 faizinin köhnə sovet maşınlarının təşkil etdiyini vurğulayan Ə.Hüseynov onların hamısının istismara yararsız olmadığını bildirib.



Onun sözlərinə görə, Rusiya və Sovet istehsalı avtomobillərin 20-30 faizi tam yararsızdır:



"Bunların əksəriyyəti rayonlardadır, Bakıda da belə avtomobillər var. Orta hesabla ölkənin avtomobil parkının 20-25 faizi tam yararsızdır. Rayonlarda bu avtomobilləri kənd içində istifadə edirlər. Taksi fəaliyyəti göstərənlər də var".



Ekspertin sözlərinə görə, problemdən çıxış yolu bununla bağlı dövlət proqramının qəbul edilməsidir:



"Bu məsələdə inzibati nəzarət mühüm rol oynayır. Bu gün avtomobillər texniki baxışdan keçir. İstismara yararsız avtomobil sahibinə onu utilizasiya etmək tövsiyə edilməlidir. Dünya ölkələrində müəyyən qrup əhaliyə güzəştlər etdilər, inkişaf etmiş ölkələrdə köhnə avtomobilləri təhvil vermək üçün əhaliyə əlavə pul da verirdilər. Bizdə maarifləndirmə ilə yanaşı, bu istiqamətdə proqramlar hazırlanmalıdır. İnsanlar köhnə metal yığınından əl çəkməyə təşviq edilməlidir. Bu avtomobillərin ləğvi üçün utilizasiya ilə məşğul olan zavod olmalıdır. Bu çox sadə prosesdir. Avtomobil zəruri detallara ayrılıb, təkrar emala göndərilir. Bu müəssisələri ya dövlət yaratmalı, ya da özəl quruma belə bir müəssisə yaratmaq üçün dəstək verilməlidir. Naxçıvan Muxtar Respublikasında bu nümunə var. Orada bir dənə də köhnə avtomobil tapa bilməzsiniz".

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (DYPİ) İctimai əlaqələr bölməsinin rəisi polis polkovniki Vaqif Əsədov yol nəqliyyat hadisələrinin sayında köhnə, texniki cəhətdən nasaz avtomobillərin payının çox olmadığını deyib:

"Yol nəqliyyat hadisələrinin səbəbini təhlil edəndə onların arasında texniki cəhətdən nasaz avtomobillərin olduğunu görürük. Lakin yol nəqliyyat hadisələri istifadə edilən nəqliyyat vasitəsinin növü, markasından deyil, sürücünün necə idarə etməsindən asılıdır. Bakı şəhərində baş verən hadisələrin 41 faizi sürət həddinin aşılması, 58 faizi piyadaların vurulması, sonrakı yerləri yol ayrıclarını keçmə, əks istiqamətli yola daxil olmadır. Texniki cəhətdən nasaz avtomobillərin qəzaların sayında payı 1 faizi keçmir. Respublika üzrə son 5 ildə baş verən qəzaların sayı 2 dəfə aşağı düşüb. Ötən ilin 10 ayı ərzində ölkə üzrə 1846 yol qəza baş verib, 741 nəfər ölüb, 1905 nəfər xəsarət alıb. Bu ilin anoloji dövründə 1677 hadisə baş verib, 618 ölüm, 1721 nəfər xəsarət alıb. Demək 169 hadisə azalıb, 103 ölüm, 184 xəsarət halı az olub".

V.Əsədov bölgələrdə, eləcə də Bakıda köhnə avtomobillərin qalmasını istisna etmədiyini deyib:

"Son günlər cərimə meydançalarındakı yararsız avtomobillərin çıxdaş edilməsi ilə bağlı sahiblərinə xəbərdarlıq edilib. Hazırda köhnə avtomobili olanlara bu xəbərdarlığa əməl etməyi tövsiyə edirəm. Bunun üçün sadəcə avtomobil sənədləri ilə birlikdə diaqnostika mərkəzinə təqdim edilir. Ərizə ilə müraciət əsasında avtomobil çıxdaş edilir. Qalıqları "metalloma" təhvil verilir və dəmirin çəkisinə görə vətəndaş pul alır. Anaq bu cür avtomobillərin payı çox deyil".

Qeyd edək ki, qonşu Rusiya 2011-ci ildən köhnə avtomobillərin utilizasiyası üzrə dövlət proqramı çərçivəsində sertifikat verilməsini başa çatdırıb. Vətəndaşlar 10 ildən artıq yaşı olan köhnə avtomobillərini təhvil verməklə yerli zavodlarda istehsal olunmuş yeni avtomobil almaq üçün 50 min rublluq güzəşt nəzərdə tutan sertifikat əldə ediblər.

Nyus.Az



Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az