• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 15-09-2026 Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
  • 15-09-2026 Yardımlıda korrupsiya əməliyyatı: İcra Hakimiyyətinin vəzifəli şəxsləri həbs edildi
  • 15-09-2026 Bakıda 165 ailə Kəmaləddin Heydərovdan kömək gözləyir... - Cənab nazir, FHN-də söz verildi, amma...
  • 15-09-2026 Prezident İlham Əliyev: Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidir
  • 15-09-2026 Prezident İlham Əliyev: Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin
  • 15-09-2026 Prezident İlham Əliyev: Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edib
  • 15-09-2026 Azərbaycan 8 ay ərzində Ermənistana 17,6 milyon dollar dəyərində məhsul ixrac edib
  • 15-09-2026 Anar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardı
  • 15-09-2026 Vəzifəsindən azad edilən icra başçısı kimdir? - Dosye
  • 15-09-2026 Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
  • 15-09-2026 Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib
  • 15-09-2026 Fərid Eyvazovun “Alliance Clinic”ində 146 manatlıq çek qalmaqalı
  • 15-09-2026 Yasamal icra başçısı nə düşünür? - Piyada səkisi darmadağındır - VİDEO
  • 15-09-2026 Eldar Əzizovun “Bakı Şəhər İşığı” müəssisəsinə rəis təyin etdiyi adaşı milyonları haralara xərcləyir
  • 15-09-2026 Tramp “atəşkəs oldu” dedi, Moskva xəbərsiz çıxdı – Böyük müəmma
  • 15-09-2026 İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
  • 15-09-2026 “Həmin gün sonuncu dəfə ictimai nəqliyyata mindim” - Faiq Ağayev
  • 15-09-2026 Ukrayna və Rusiya enerji obyektlərinə zərbələr endirməməyə razılaşıb - Tramp
  • 15-09-2026 Proqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi
  • 15-09-2026 “Fənərbaxça” turu 1 xalla başa vurub

XƏBƏRLƏR

    “Fənərbaxça” turu 1 xalla başa vurub
    "Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
    “Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
    Arda Turanın 7,5 milyon dollarını "yeyən" qadın yenidən məhkəmədə - 102 il...
    Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
    "Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
    Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - VİDEO
    Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
    ÇL-də bütün zamanların ən yaxşı heyətini açıqladılar
    Türkiyənin qadın voleybol millisi Avropa çempionu olub
31-01-2024, 09:07

Laçın məktəbində ilin sonunadək 200 şagird oxuyacaq

Laçın məktəbində ilin sonunadək 200 şagird oxuyacaq



"Böyük qayıdış" proqramı çərçivəsində yurduna qayıdan daha bir məktəb - Laçın rayon 2 nömrəli tam orta məktəbin ötən il avqustun 25-də əsaslı təmirdən sonra açılışı olub və məktəb 60 şagirdlə 2023/2024-cü dərs ilinə başlayıb. Məktəb ikinci yarımilə daha çox şagirdlə, yeni planlarla start verəcək.

Nyus.Az xəbər verir ki, məktəbin direktor müavini Şəbnəm Uğurlu "Azərbaycan müəllimi" qəzetinə açıqlamasında bildirib ki, əhali yurduna qayıtdıqca məktəbə yeni uşaqlar gəlir: "Artıq məktəbimizin 98 şagirdi var. İlin sonuna şagird sayının 200 nəfəri keçəcəyi düşünülür.

Biz bu ehtimalı Laçına köçəcək əhalinin sayına uyğun olaraq irəli sürürük".

Ş.Uğurlu əlavə edib ki, məktəbin şagirdləri həm də Laçına işləməyə gələn ailələrin övladlarıdır: "Şagirdlərimiz həm də məktəbimizdə əmək müqaviləsi ilə çalışmağa başlayan işçilərimizin uşaqlarıdır. Artıq onlar da Laçın sakinləridirlər".

Qeyd edək ki, Laçın şəhər 2 nömrəli tam orta məktəbin binasının layihələndirilməsi və əsaslı təmiri məqsədilə Azərbaycan Prezidenti 2022-ci il sentyabrın 22-də sərəncam imzalayıb. Sərəncama əsasən, ötən ilin dekabrında məktəb binasında bərpa-gücləndirmə və əsaslı təmir işlərinə başlanılıb. Ümumilikdə 510 şagird yerlik məktəbin üçmərtəbəli binasının sahəsi 4550 kvadratmetrdir. Binada 24 yerlik doqquz, 18 yerlik beş və 12 yerlik dörd sinif otağı, 1 informatika, 1 texnologiya kabineti, 3 laboratoriya, 18 yerlik məktəbəhazırlıq otağı və 24 yerlik hərbi hazırlıq kabineti var.

Məktəbdə 98 şagirdin təlim və tərbiyəsi ilə 20 müəllim məşğul olur. Məktəbin pedaqoji kadrlara olan tələbatı həm də Laçına köçən şəxslər hesabına ödənilir.

"Vakansiyamız olanda, bunu Laçına köçən müəllimlər hesabına ödəyirik. Müəllimlərimiz çox həvəslidirlər. Hər biri öz torpaqlarına qayıdan müəllimlərdir. Həyatda üzərlərinə missiya götürmüş və özlərini məqsədlərinə çatmış kimi hiss edirlər"-deyə direktor müavini vurğulayıb.

Odur ki, Laçın məktəbində tədris uğurla təşkil edilib: "Sadəcə tədris prosesində deyil, dərsdən sonra da əlavə dəstəyə ehtiyacı olan şagirdlərimizə müəllimlərimiz kömək edir, istiqamət verirlər. Buraxılış və qəbul imtahanlarına şagirdlərimizi hazırlamaq məqsədi ilə məktəbimizdə mütəmadi sınaq imtahanları təşkil edirik. Nəticələr ürəkaçandır. Şagirdlərimiz həmin imtahanlarda uğurla iştirak edirlər. Ona görə də proqnozumuz buraxılış və qəbul imtahanlarında məktəbimizin uğurlu nəticələri olacağı yönündədir".

Laçın məktəbi həvəslə fənn müsabiqələrinin başlamağını gözləyir: "Elm və Təhsil Nazirliyinin təşkil etdiyi fənn müsabiqələrinə şagirdlərimizi də cəlb edəcəyik və uğur qazanacağımıza inanırıq".

Məktəb ikinci yarımildən yeni layihələrə də start verəcək: "Yeni layihə hazırlamışıq. İşğaldan azad olunan ərazilərimizi şagirdlərimizə tanıtdırmaq məqsədi ilə "Tanıdaq" adlı layihəyə başlayacağıq. Bunun üçün mart ayının uyğun olacağını düşünürük. Qarın əriməsini gözləyirik".

Şuşa şəhər 1 nömrəli tam ota məktəb, Zəngilan rayon Ağalı kənd tam orta məktəbi, Tərtər rayon Talış kənd tam orta məktəbi və Füzuli şəhər Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbləri arasında əməkdaşlığı nəzərdə tutan layihəyə görə məktəblərin şagirdləri bu layihə çərçivəsində öz bilik və bacarıqlarını nümayiş etdirmək imkanı qazanacaqlar: "Şagirdlərimiz bir araya gələrək şeir deyəcək, bilik yarışı nümayiş etdirəcək, kompozisiyalarla çıxış edəcəklər. Layihəni Şuşa şəhər 1 nömrəli tam orta məktəblə başlamağı planlaşdırırıq".

Nyus.Az





Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az