• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 15-09-2026 Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
  • 15-09-2026 Yardımlıda korrupsiya əməliyyatı: İcra Hakimiyyətinin vəzifəli şəxsləri həbs edildi
  • 15-09-2026 Bakıda 165 ailə Kəmaləddin Heydərovdan kömək gözləyir... - Cənab nazir, FHN-də söz verildi, amma...
  • 15-09-2026 Prezident İlham Əliyev: Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidir
  • 15-09-2026 Prezident İlham Əliyev: Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin
  • 15-09-2026 Prezident İlham Əliyev: Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edib
  • 15-09-2026 Azərbaycan 8 ay ərzində Ermənistana 17,6 milyon dollar dəyərində məhsul ixrac edib
  • 15-09-2026 Anar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardı
  • 15-09-2026 Vəzifəsindən azad edilən icra başçısı kimdir? - Dosye
  • 15-09-2026 Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
  • 15-09-2026 Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib
  • 15-09-2026 Fərid Eyvazovun “Alliance Clinic”ində 146 manatlıq çek qalmaqalı
  • 15-09-2026 Yasamal icra başçısı nə düşünür? - Piyada səkisi darmadağındır - VİDEO
  • 15-09-2026 Eldar Əzizovun “Bakı Şəhər İşığı” müəssisəsinə rəis təyin etdiyi adaşı milyonları haralara xərcləyir
  • 15-09-2026 Tramp “atəşkəs oldu” dedi, Moskva xəbərsiz çıxdı – Böyük müəmma
  • 15-09-2026 İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
  • 15-09-2026 “Həmin gün sonuncu dəfə ictimai nəqliyyata mindim” - Faiq Ağayev
  • 15-09-2026 Ukrayna və Rusiya enerji obyektlərinə zərbələr endirməməyə razılaşıb - Tramp
  • 15-09-2026 Proqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi
  • 15-09-2026 “Fənərbaxça” turu 1 xalla başa vurub

XƏBƏRLƏR

    “Fənərbaxça” turu 1 xalla başa vurub
    "Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
    “Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
    Arda Turanın 7,5 milyon dollarını "yeyən" qadın yenidən məhkəmədə - 102 il...
    Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
    "Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
    Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - VİDEO
    Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
    ÇL-də bütün zamanların ən yaxşı heyətini açıqladılar
    Türkiyənin qadın voleybol millisi Avropa çempionu olub
20-01-2024, 10:04

Bəxtiyar Vahabzadə əslində kimin üzünə tüpürmüşdü? - HƏQİQƏT

Bəxtiyar Vahabzadə əslində kimin üzünə tüpürmüşdü? - HƏQİQƏT


Tanınmış dramaturq Firuz Mustafa mərhum xalq şairi Bəxtiyar Vahabzadə haqqında maraqlı bir xatirə danışıb.

Nyus.Az modern.az-a istinadən xəbər verir ki, Firuz Mustafanın sözlərinə görə, çoxlarının bildiyi kimi, 1990-cı ilin 20 Yanvar hadisələrinə görə Bəxtiyar Vahabzadənin AzTV-nin qarşısında üzünə tüpürdüyü general əslində Bakının o zamanki komendantı Dubinyak olmayıb.

"20 Yanvar hadisələrinə görə Bəxtiyar Vahabzadənin AzTV-nin binası qarşısında üzünə tüpürdüyü general Dubinyak yox, Ovçinnikov idi. Amma bəzi jurnalistlər bir az səhvə yol verirlər. Məsələ burasındadır ki, elə Bəxtiyar müəllim özü də söhbətlərində, habelə, yayımlanan məşhur lentdə Dubinyakın üzünə tüpürdüyünü deyir.

Mən bir dəfə kiçik bir məclisdə bunu Bəxtiyar müəllimin özünə də dedim. O, mən deyəni təsdiq edib bildirdi ki, "nədənsə Ovçinnikovun yox, bu alçaq Dubinyakın adı qalıb yadımda".

Mən zarafatla dedim: "Bəxtiyar müəllim, görünür bu "Dubinyak" adı "Dubinka" sözünə oxşadığına görə daha yaddaqalandır". O, gülərək: "Yəqin ki, elədir"-dedi".

Məşhur teleoperator, polkovnik-leytenant Seyidağa Mövsümlü Bəxtiyar Vahabzadənin rus generalın üzünə tüpürdüyü hadisəni belə xatırlayır:

"Yanvarın 19-da televiziyada növbətçi idim. Bizə demişdilər ki, Azərbaycan KP MK-nın ikinci katibi Viktor Polyaniçko və Etibar Məmmədov xalqa məlumat verəcəklər. Saat 8-ə 5 dəqiqə işləmiş dövlət televiziyasının enerji bloku Moskvadan gəlmiş xüsusi təyinatlı "Alfa" qrupu tərəfindən partladıldı. Sovet-rus əsgərləri televiziyanın giriş-çıxış qapılarını tutmuşdular. Partlayışdan bir qədər sonra əraziyə yanğınsöndürən və təcili tibbi yardım maşınları gəldi. Saat 11 radələrində hökumət nümayəndələri Rasim Daşdəmirov, Rafiq Zeynalov və digərləri televiziyaya gəldilər. Elektriklərimiz dedi ki, ehtiyat enerji bloku var, onu işə salıb efirə çıxmaq olar. Maraqlıdır ki, həmin gün televiziya rəhbərlərindən heç kəs qalmamışdı orada...

Artıq gecə saatlarında bizə məlumat gəldi ki, rus əsgərləri camaatı qırır. Vəziyyət pis idi. Dövlət televiziyasının işıq sexinin rəisi Arif Zamanov dedi ki, radio ilə efirə çıxmaq olar. Operator köməkçisi Azər Muradovla efirə çıxdıq. "Mayak" radiosunun dalğasında xəbər yaydıq ki, Bakıda xalqı qırırlar, vəziyyət ağırdır! Hadisə mənə pis təsir etmişdi, qəhərlənmişdim, danışa bilmirdim...

...Bəziləri elə bilir ki, həmin vaxt Mirzə Xəzər məlumat yayırdı. Amma biz idik. Məlumatı verəndən beş dəqiqə sonra əraziyə xeyli silahlı əsgər gətirdilər. Bizi tutdular. Hamımızı yerə uzandırdılar. Sənədlərimizi yoxladılar. Səhərə yaxın Dubinyak (həmin gün Bakı şəhərinin hərbi komendantı təyin edilib - red.) və Bakıya yeridilən "Alfa" qrupunun rəhbəri general Ovçinnikov televiziyaya gəldilər. Onları müşayiət edən kapitan isə erməni idi. Dedilər ki, radio ilə çıxış etməlidilər. Dedim ki, enerji bloku partlayıb, necə çıxış edəcəksən? Erməni qışqırdı ki, "səsini kəs, siz türklərin hamısını qırmaq lazımdır!". Qalxdılar yuxarı. Həmin gün ilk dəfə Dubinyakın məlumatı oxundu.

Yanvarın 18-dən kameralar olan otaqlar bağlı idi. Televiziyanın proqram direktoru Məmmədəli Zülfüqarov qoymurdu kamera götürməyə. Yalnız ayın 20-də televiziyanın sədr müavini Fuad Tanrıverdiyevin köməkliyi ilə bir kamera ala bildim. Həmin gün xəstəxanaları, küçələri çəkməyə başladım... O zaman kasetlərin çoxunu faciə ilə bağlı film hazırlamaq istəyən kinostudiyanın direktoru Ramiz Fətəliyevə verdim. Komitəyə qayıdanda gördüm ki, millət yığışıb ora. Əksəriyyəti qohum-əqrəbasını axtarırdı. Bir azdan Xalq şairi Bəxtiyar Vahabzadə gəldi ora. O, dedi ki, Ali Sovetin sessiyasını çağırmaq istəyir. Bu zaman general Ovçinnikov və həmin erməni zabiti bizə yaxınlaşdı. Bəxtiyar müəllim soruşdu ki, bu kimdir? Dedim xalqımızın qanını tökənlərdən biridir! Bəxtiyar müəllim qəzəblə Ovçinnikovun üzünə tüpürdü! Rus generalı üzünü silə-silə soruşdu ki, kimdir bu? Rejissor Nazim Abbas dedi ki, Azərbaycanın Xalq şairidir. Ovçinnikov onda dedi ki, "əgər adi bir insan olsaydı, bu dəqiqə burada güllələyərdim!". Həmin gün Bəxtiyar müəllim radioda çıxış etdi.

Bəxtiyar müəllim radio ilə elan etdi ki, yanvarın 21-i axşam Ali Sovetin fövqəladə sessiyası çağırılır, bütün deputatlar gəlib iştirak etsinlər. Yanvarın 21-i mən Xalq artisti Zeynəb Xanlarovanın verdiyi kamera ilə çəkiliş aparıb, Ali Sovetin sessiyasını, şəhidlərin dəfnini çəkdim"...

Nyus.Az




Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az