• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 15-09-2026 Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
  • 15-09-2026 Yardımlıda korrupsiya əməliyyatı: İcra Hakimiyyətinin vəzifəli şəxsləri həbs edildi
  • 15-09-2026 Bakıda 165 ailə Kəmaləddin Heydərovdan kömək gözləyir... - Cənab nazir, FHN-də söz verildi, amma...
  • 15-09-2026 Prezident İlham Əliyev: Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidir
  • 15-09-2026 Prezident İlham Əliyev: Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin
  • 15-09-2026 Prezident İlham Əliyev: Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edib
  • 15-09-2026 Azərbaycan 8 ay ərzində Ermənistana 17,6 milyon dollar dəyərində məhsul ixrac edib
  • 15-09-2026 Anar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardı
  • 15-09-2026 Vəzifəsindən azad edilən icra başçısı kimdir? - Dosye
  • 15-09-2026 Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
  • 15-09-2026 Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib
  • 15-09-2026 Fərid Eyvazovun “Alliance Clinic”ində 146 manatlıq çek qalmaqalı
  • 15-09-2026 Yasamal icra başçısı nə düşünür? - Piyada səkisi darmadağındır - VİDEO
  • 15-09-2026 Eldar Əzizovun “Bakı Şəhər İşığı” müəssisəsinə rəis təyin etdiyi adaşı milyonları haralara xərcləyir
  • 15-09-2026 Tramp “atəşkəs oldu” dedi, Moskva xəbərsiz çıxdı – Böyük müəmma
  • 15-09-2026 İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
  • 15-09-2026 “Həmin gün sonuncu dəfə ictimai nəqliyyata mindim” - Faiq Ağayev
  • 15-09-2026 Ukrayna və Rusiya enerji obyektlərinə zərbələr endirməməyə razılaşıb - Tramp
  • 15-09-2026 Proqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi
  • 15-09-2026 “Fənərbaxça” turu 1 xalla başa vurub

XƏBƏRLƏR

    “Fənərbaxça” turu 1 xalla başa vurub
    "Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
    “Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
    Arda Turanın 7,5 milyon dollarını "yeyən" qadın yenidən məhkəmədə - 102 il...
    Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
    "Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
    Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - VİDEO
    Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
    ÇL-də bütün zamanların ən yaxşı heyətini açıqladılar
    Türkiyənin qadın voleybol millisi Avropa çempionu olub
12-01-2024, 08:07

Kamandar Eyvazlı Zəlimxan Yaqubun müdafiəsinə qalxdı: “Əgər kişiliyin çatırdısa...”

Kamandar Eyvazlı Zəlimxan Yaqubun müdafiəsinə qalxdı: “Əgər kişiliyin çatırdısa...”



Söhbətin təşəbbüskarı elə özü oldu. Ürəyini boşaltmaq, düşüncələrini ictimailəşdirmək üçün “Yeni Müsavat”a danışmaq istədi. Görüşdük, dedi ki, xalq şairi Zəlimxan Yaqubun vəfatı ona çox ağır təsir edib. Özünün səhhətində ciddi problemlər olsa da, şairin addım-addım ölümə yaxınlaşdığını bilsə də, yenə bu itki ilə barışa bilmir.

Lakin dedi ki, ona pis təsir edən təkcə şair dostunun ölümü deyil, həm də Zəlimxan Yaqubun dünyasını dəyişməsindən sonra onun haqqında sərt tənqidlərin səslənməsi, yazılmasıdır. Yazıçılar Birliyinin üzvü, şair Kamandar Eyvazlının “Baxış bucağı”nı təqdim edirik:

- Mənim sizə müraciət etməyimin əsas səbəbi Zəlimxan Yaqubun haqqında deyilən artıq-əskik, Zəlimxan şəxsiyyətinə yaraşmayan, söz-söhbətlərdir. Mən 10 ildən artıqdır Yazıçılar Birliyinin üzvüyəm, şair kimi prezident təqaüdü almışam. Yəni Zəlimxan qələminə, Zəlimxan şəxsiyyətinə çox böyük hörmətim var. Düzdür, yozula bilər ki, eloğlusudur, bu cür danışır. Ancaq nə dəxli var ki? Zəlimxan çox böyük hörmətə layiq şəxsiyyət və qüdrətli qələm sahibi olub. Zəlimxanın sağlığında onun qarşısına qaçıb əlindən ikiəlli tutan insanlar, Zəlimxandan nələrisə xahiş edən insanlar artıq Zəlimxan dünyasını cismən dəyişəndən sonra başlayıblar xoşagəlməz sözlər danışmağa. Deyirlər ki, Zəlimxan Yaqub saray şairi idi... Bunlar hamısı yaramaz söhbətlərdir. Əgər kişiliyin, qeyrətin çatırdı, bunu vaxtında Zəlimxanın üzünə deyərdin.

- Kimlərdir onlar?

- Ad çəkmək istəmirəm. Həmin adamların 2-3-ünü şəxsən tanıyıram. Hansı ki, onlar Zəlimxandan dəfələrlə nəsə xahiş ediblər. Hamıya məlumdur ki, Zəlimxan yetimlərin, kasıbların, işsizlərin sahibi olub, neçə-neçə insanlara kömək edib, qollarından tutub, çalışıb yaxşı yaşasınlar. Ələlxüsus qələm sahiblərinə. Həmişə kömək edib. Bu gün Zəlimxan olmayan dövrdə bəziləri artıq-əskik danışır. Amma unutmasınlar ki, Zəlimxanın mənim kimi minlərlə oxucusu və dostu var. Nə qədər yazsalar, biz onların cavabını verəcəyik. Zəlimxanın dəfnində, məzarı başında mən o izdihamı, sadə insanları ki, gördüm...

Mən orda Zəlimxana görə yox, həmin o insanlara görə ağladım. Bəlkə də ora geniş olsaydı, daha çox insan toplaşacaqdı. Mən ilk dəfə orda Zəlimxanın kişi dostlarını, aşıqları, sənətkarları dizlərinə döyüb ağlayan gördüm. Hamı bir-birinə “sazımızın başı sağ olsun” deyirdi. Bu idi məhəbbət, bu idi hörmət. Bu gün niyə Zəlimxanın yaradıcılığını, hansı ağsaqqallar haqqında yazdığını təhlil etmirlər? Onu əsas tuturlar ki, “Bir ömrün dastanı”, “Əbədiyyət dastanı” əsərlərini yazıb. Zəlimxanın bir şəxsiyyət kimi, ağsaqqal kimi Heydər Əliyevə hörməti, diqqəti olub. Heydər Əliyev Atatürkdən sonra türk dünyasının ikinci ağsaqqalıdır. Bu, onun şəxsi işidir. Götürsünlər Zəlimxanın ədəbi dilini təhlil eləsinlər, görək o, bir şair kimi bu əsərdə hansı nöqsana yol verib, hansı axsamaları var? Tapa bilməzlər bunları.

- Kamandar bəy, bəlkə də Zəlimxan Yaqub siyasətdə olmasaydı heç bu qədər fərqli fikirlər də ortaya çıxmazdı, hədəfə gəlməzdi və nəticədə poeziyası arxa plana keçməzdi. Razılaşırsınızmı?

- Bu fikirlərdə də əsas yoxdur. Nəyə görə? Zəlimxan siyasətdə oldu, insanlara kömək durdu, yardımçı oldu. Zəlimxan deputat olanda istənilən zaman istənilən yerdə görüşmək, sözünü demək mümkün idi. Özüm şahidiyəm, bir gün evindəydim, ona zəng gəldi, ucarlı bir dedi ki, sizə dərdimi demək istəyirəm. Zəlimxan hətta maşın göndərdi, onu evinə gətirtdi. Məlum oldu ki, qadın Əfv Komissiyasının üzvü kimi ondan xahiş etməyə gəlib. Belə olan təqdirdə Zəlimxanın siyasətdə olmasında pis nə var idi?

- Belə bir deyim hər zaman aktual olub ki, dünyasını dəyişən adam haqqında ya yaxşılığına danış, ya da ümumiyyətlə, danışma. Əgər artıq Azərbaycan cəmiyyətində vəfat etmiş adamın əleyhinə danışılırsa, bəlkə bu, həm də aqressiyanın məntiqi nəticəsidir. Razılaşırsınızmı?

- Bu, birbaşa millət kimi bizim nöqsanımızdır, bizim qanımızda, canımızdadır. Amma Zəlimxana yaraşmayan söhbətlərdir. Zəlimxan səhvləri barədə ondan soruşanda özü də deyib ki, insanam, yaşamışam, həyatda hansısa səhvlərim olub. Amma ümumilikdə götürəndə Zəlimxan gözəl bir şəxsiyyət, böyük və istedadlı şairdir. Əgər cəmiyyətdə aqressiya varsa, niyə bu, Zəlimxana qarşı yönəlməlidir? Peyğəmbərimiz haqqında yazdığı əsər var, niyə bu gün təhlil olunmur? Məhəmməd Əmin Rəsulzadə, Hüseyn Saraclı haqqında yazdığı əsərlər var, niyə bunlardan danışılmır? Zəlimxan Yaqub onu ilk dəfə, çox kəskin tənqid edən böyük alimimiz və tənqidçimiz Qulu Xəlilov haqqında həmişə müsbət fikirlər deyib. Zəlimxan bir dəfə də olsun Qulu müəllim haqqında mənfi rəy söyləmədi, hətta özünün inkişafında Qulu Xəlilov qələminin, tənqidinin çox böyük rol oynadığını dedi. Zəlimxanın böyüklüyü budur.

Nəyə görə Zəlimxan Abbas Zamanov, Xudu Məmmədov, Camal Mustafayev kimi ağsaqqallar haqqında yazıb, bundan danışan yoxdur. Amma bir əsərini götürüb deyirlər ki, “saray şairidir”. Saray şairi ona deyərlər ki, siyasətdən yazsın, mədhiyyələr yazsın, yaxud iqtidarda olan insanların işindən yazsın. Bu, şəxsiyyətdən yazıb. Bu, onun şəxsiyyətə hörmətidir. Mən sizə hörmət edirəmsə, şəxsiyyət kimi qiymətləndiriirəmsə, nöqsanımdırmı? Bu da Zəlimxanın şəxsiyyətə hörmətiydi. İnanın ki, çox əsəbiyəm. Bunu sağlığında desəydilər, mən heç dillənməzdim. Deyərdilər, Zəlimxan ya cavablarını verərdi, ya da heç dillənməzdi. Zəlimxan Yaqub belə şeylərə diqqət yetirən insan deyildi. Bilirdi ki, bütövlükdə onun əməlləri müsbətdir, cəmiyyətin xeyrinə yönəlib. Ancaq bu gün Zəlimxanın həyatda olmayan vaxtında onun haqqında mənfi sözlər deyilir. Zəlimxan yoxdursa, onun mənim kimi dostları var, qoymarıq ki, bir kəlmə də artıq-əskik sözlər deyilsin.

- Zəlimxan Yaqubla görüşlərinizdə şeirlərinizi oxuyurdunuzmu?

- Təbii ki. Biz ancaq yaradıcılıqdan danışırdıq. Oxuyurdum yazılarımı, müsbət fikirlərini də deyirdi.



- Son dəfə nə zaman görüşmüşdünüz?

- Təqribən 1 ay əvvəl. Mənim tez-tez Borçalıya getməyimi bəyənərdi, xüsusi qeyd edərdi. Biz eyni kənddənik - Kəpənəkçidən, həm də qohumluğumuz var. Həmişə deyirdi ki, sənə hörmətim həm də ona görə çoxdur ki, elə-obaya bağlı adamsan, tez-tez gedirsən. Vəfatından bir gün əvvəl ev telefonuna zəng etmişdim. Çalışırdım ki, çox narahat etməyim. Çünki vəziyyətini bilirdim. Yoldaşı dəstəyi qaldırdı, dedi yaxşıdır, yatır. Mən onun haqqında bir poema yazmışam, təəsüf ki, sağlığında çap etdirə bilmədim - “Borçalıdan qopan haray” adında. Yoldaşından xahiş etdim ki, Zəlimxan oyananda deyin, poemanı bu günlərdə çap etdirəcəyəm. Səhər də eşitdim ki, dünyasını dəyişib.

***
Kamandar Eyvazlı sözarası bir xatirəsini də danışdı:

“5 il əvvəlin söhbətidir. Mən maşınla Az.TV-dən gəlirdim, gördüm ki, Zəlimxan bəy də üzüaşağı düşür. Saxladım maşını, düşüb dedim ki, əyləşin, sizi aparım. Dedi yox, istəyirəm bir az ayaqlarım açılsın. Təkidlərimdən sonra maşına əyləşdi. Bir az aşağı gəlmişdik, Teleteatrı keçəndə gördük ki, yolun qırağında bir kişi dayanıb, əlində də köynəksiz saz. Zəlimxan bəy dedi soruş gör kişi sazı satırmı? Neçəyə verir? Soruşdum, kişi dedi hə, satıram, 100 manata. Zəlimxan bəy 100 manat verdi, dedi sazı al, qoy maşına. Yəni o, hiss elədi ki, aşığın pula ehtiyacı olduğu üçün sazı satır. Zəlimxanın böyüklüyü, dahiliyi, nəhəngliyi bu idi. Zəlimxan kimlərə kömək etməyib?”

“Elə bilirəm dekabr gəlib məni də aparacaq”


- Kamandar bəy, Zəlimxan Yaqubdan sonra Aşıqlar Birliyinin sədrliyinə namizəd varmı? Özü kimisə məsləhət görmüşdümü?

- Hələlik sədrlik boşdur. Yox, özü bu barədə heç nə deməmişdi. Zəlimxandan sonra gərək elə bir insan ora getsin ki, Zəlimxandan da bir addım irəlidə ola bilsin. Mən orda Zəlimxandan aşağı səviyyəli adam görmək istəmərəm. Konkret ad çəkmək mənimçün çətindir. Başqa aşıqların, şairlərin xətrinə dəymək istəmirəm, amma Zəlimxan başqa adam idi. O, sazı necə dərindən bilən bir insan idi? İlahi o, hardan almışdı bu gücü, qüvvəni?! Bu adam demək olar ki, yatmırdı.

- Zəlimxan Yaqubun ustadı kim olmuşdu?

- Zəlimxanın ustadı elə özü olub. Yaxşı yadıma saldınız. Zəlimxan köklü nəsildən olan, ağsaqqal, ağbirçək görmüş bir insandır. Hacımurad kişi deyilən dayısı olub ki, mən deyərdim Zəlimxan bəlkə də bütün mayasını ondan götürüb. Bu nəsildə el ağsaqqalları var idi, dəryaydılar. Atası ali təhsilli müəllim idi. Onlar folkloru, keçmişi bilən insanlar idi. Evdə həmişə aşıq yığıncaqları olardı. Zəlimxan Hüseyn Saraclı, Aşıq Kamandar məclislərinə çıxan, onlarla oturub-duran adam idi... Bu Vətən torpağı sevinir ki, Zəlimxan kimi insanlar onun qucağındadır.

- Zəlimxan Yaqub dünyasını dəyişdikdən sonra həmsöhbətiniz kimlər olur?

- Mənim günüm elə Milli Kitabxanada və Yazıçılar Birliyində keçir. Başqa gedəcək yerim yoxdur.

- “Azəriqaz”dan illərdir uzaqlaşmısınız. Heç köhnə iş yerinizdən xəbər tuta bilirsinizmi?

- Mən işləyən vaxt orda çox stabil sistem var idi. Təminat yaxşı idi, münasibətlər yüksək səviyyədə idi. Peşəkarlar çalışırdı. Amma indi tez-tez qaz təsərrüfatında xoşagəlməz hallar eşidirəm. Mütəxəssislərin ordan uzaqlaşdırılması, qaz təsərrüfatını bilən adamların ordan uzaqlaşdırılması və tez-tez bu sistemdə dəyişikliklərin baş verməsi anlaşılmayan bir şeydir. Məni narahat edən odur ki, uzun illər işləyən insanlar artıq ordan uzaqlaşdırılır. Qeyri-peşəkarların sayı daha çoxdur, təəssüf ki.

- O vaxtdan işsizsiniz...

- Yaradıcılıqla, ailənin qayğıları ilə məşğulam. Prezident təqaüdü alırdım, artıq başa çatdı.

- Kamandar bəy, hansı anlarda sazı köksünüzə basıb simləri dinləndiririnizmi?

- Çoxdandır əlimə saz almıram.

- Niyə?

- Mənim çox dəhşətli taleyim olub. Bacım hələ ailə qurmadan dünyasını dəyişdi, ondan sonra sazı köynəyinə keçirib asdım yerinə. O vaxtdan əlimə almıram... Hardasa 6-7 ildir. O zamandan elə bil içimdə nəsə qırıldı. Elə o vaxtdan da ardıcıl faciələr, problemlər itkilər başladı. Mənim bu barədə bir şeirim də var. Həmin ilin dekabr ayında ardıcıl üç əzizimi itirdim. Hər ilin dekabrı gələndə elə bilirəm hansısa faciələrlə üzləşəcəyəm. Şeirimdə də yazmışdım ki, “dekabr gələndə qoruyun məni”. Qohumlarıma müraciət etmişəm orda. Elə bil gözləyirəm ki, dekabr gəlib məni də aparacaq...

- Bir ara səhhətinizdə problemlər yaranmışdı, ötüb keçdimi?

- “Azəriqaz”da işlədiyim vaxt bir dəfə ürək əməliyyatı keçirdim. Sonra ikinci dəfə təkrar olundu. Bir müddət əvvəl isə baş-beyin problemi yarandı. Xəbərim olmadan insult keçiribmişəm. Üstəlik də baş-beyində kəskin qan dövranı problemi var. Neyrocərrahiyyə Mərkəzində lazerlə əməliyyat olundum, açıq əməliyyata isə açığı, ürək eləmədim. Belə deyək, hər günüm iynə-dərmanla keçir.

- Allah köməyiniz olsun!

- Sağ ol, qadan alım...

(Söhbətin sonunda Kamandar Eyvazlı Zəlimxan Yaquba ithaf etdiyi şeiri də təqdim etdi)

Ağırdı, bu yükü çəkə bilmirəm,

Salıbdı bizləri dərdə, Zəlimxan.

Baxıram, hər yanda onu görürəm

Göydə Zəlimxandı, yerdə Zəlimxan.

Yaşadı, qəlbində bir işıq oldu,

Şeirnən, sənətnən yar-aşıq oldu,

Soyuq məzara da yaraşıq oldu,

Yatdığı torpaqda, yerdə Zəlimxan.

Kamandar unutmaz hələ səsini,

Alovlu eşqini, od nəfəsini.

Görəydim Allahın möcüzəsini

Gələydi dünyaya bir də Zəlimxan.

Elşad PAŞASOY
FOTO: “YM”


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az