• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 06-06-2026 Eyni vaxtda iki telefon işlətmək zərərlidir – yeni araşdırma
  • 06-06-2026 Mətanətdən Vüqar Muradova ağır sözlər
  • 06-06-2026 Səki kimindir: vətəndaşın, yoxsa Hacı Rasimin? Sabunçu İcra Hakimiyyəti bu vəziyyətə niyə göz yumur ?
  • 05-06-2026 Prezident İlham Əliyev: Təmiz ətraf mühit və “yaşıl artım” hədəfi beş əsas milli prioritetdən biri kimi müəyyən edilib
  • 05-06-2026 Yalan ittiham edənləri hansı cəza gözləyir?
  • 05-06-2026 Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR
  • 05-06-2026 Elektrik təchizatında qayda pozuntusu - “Azərişıq” cərimələndi
  • 05-06-2026 Əmlak sığortasının yenidən məcburi fazaya keçirilməsi vacibdir-deputat
  • 05-06-2026 Maaşla bağlı MÜHÜM XƏBƏR
  • 05-06-2026 Afaq Bəşirqızı əməliyyat olundu
  • 05-06-2026 Azərbaycanda cərimə balları 20-dən 50-yə QALDIRILIR?
  • 05-06-2026 Göyçayda əməliyyat - Həbs edilənlər var
  • 05-06-2026 Prezident İlham Əliyev Azərbaycanın minifutbol millisini Avropa çempionluğu münasibətilə təbrik edib - FOTO
  • 05-06-2026 İpoteka verilmir, qiymətlər isə artır: Bakıda köhnə binaların sirri
  • 05-06-2026 Milli Məclisin növbədənkənar sessiyanın ilk iclası başladı
  • 05-06-2026 Eşqin Tağıyev Avropa çempionatının ən yaxşı oyunçusu seçilib
  • 05-06-2026 Zelenski Putinə açıq məktub ünvanladı
  • 05-06-2026 “Liverpul” yeni baş məşqçisini açıqladı
  • 05-06-2026 Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub
  • 05-06-2026 Aygün Bəylərin bacısı - "Ailəmlə küsülüyəm"

XƏBƏRLƏR

    Eyni vaxtda iki telefon işlətmək zərərlidir – yeni araşdırma
    Eşqin Tağıyev Avropa çempionatının ən yaxşı oyunçusu seçilib
    “Liverpul” yeni baş məşqçisini açıqladı
    Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub
    Mourinyo ulduz futbolçunu “Real”a gətirmək istəyir
    Azərbaycan millisi finalda - Avropa çempionatı
    İspaniya çempionatında ən gözəl qolun müəllifi oldu
    "Turan Tovuz" Konfrans Liqasından KƏNARLAŞDIRILDI: CAS-a şikayət ediləcək
    "Fənərbağça"ya ulduz axını: 2 məşhur futbolçu gəlir
    Dünyanın ən dəyərli klubları bilindi
3-11-2023, 09:53

Zəhərə dönən dönər biznesinin himayədarları - İLGİNC FAKTLAR

Zəhərə dönən dönər biznesinin himayədarları - İLGİNC FAKTLAR


Zaman-zaman dönərxanalarla bağlı əhalinin şikayətləri olsa da, çox vaxt buna məhəl qoyulmur. Məsələ yalnız o zaman gündəmə gəlir ki, bununla bağlı konkret fakt olsun. Elə oktyabrın 24-də Bakının Binə qəsəbəsində 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərin 23 şagirdinin dönərdən zəhərlənməsi faktı da bunun əyani sübutudur.

Yada salaq ki, hadisə baş verən zaman məktəb rəhbərliyi tərəfindən aidiyyəti dövlət qurumlarına və məktəbdə halı pisləşən şagirdlərin valideynlərinə də məlumat verildi. Şagirdlər dərsə gələrkən və məktəbdən evə gedərkən Binə qəsəbəsi ərazisində fəaliyyət göstərən iaşə xidməti məkanlarından birindən dönər alıb yediklərini bildiriblər.

Düzdür, zəhərlənmə faktı aşkarlanan dönərxananın fəaliyyəti dayandırıldı. Amma bundan sonra yenidən eyni hadisənin baş verməyəcəyinə kim zəmanət verə bilər?!

“Hər gün minlərlə, on minlərlə aşağı gəlirli Azərbaycan vətəndaşının qidalandığı dönər məhsulu sağlamlığımız baxımından önəmli yerdə dayanır. Çünki hər gün acanda ondan qidalanırıq. Bəs hansı ətdən, hansı şəraitdə və hansı standartlarla hazırlanır bu əcəl dönərləri?? Hə, bax bu məsələ bütün əmmaların açar mövzusudur. Min dəfə təəssüf olsun ki, bu sualın cavabı yoxdur. Heç kim bilmir nədən hazırlanır. Yalançı sertifikatları asıblar o dönərxanalardan fəxri fərman kimi. Amma hər kəsə məlumdur ki, o sertifikatların hamısı yalançı və fırıldaq formallıqdan başqa heç nəyə yaramır. Çünki dönərxanada bəh-bəhlə yediyin həmin dönər ətinin mənşəyini, sağlamlıq dərəcəsini axtarıb tapmaq qaranlıq tuneldə iynə axtarmaq kimi bir şeydir.... Böyük, gənc, uşaq - bütün yaş kateqoriyalarında gündəlik istifadə olunan dönər ticarəti təəssüf ki, nəzarətsiz əzrayıl kimi cəmiyyəti dolaşır. Necə olur ki, bu dönər ticarətinə ciddi nəzarət mexanizmi yaradılmayıb? Axı gündəlik on minlərlə insanın istifadə etdiyi bu qida ticarəti üzərində nədən nəzarət yoxdur? Qida ekspertləri açıq şəkildə mətbuatda bəyan edirlər ki, ən təhlükəli, yararsız, ölmüş heyvan ətlərinin izi dönərxanalara gəlib çıxır. Bu "leş biznesi" sonda hamımızın sonuna çıxacaq, biz onun sonuna çıxa bilməsək də..." Bunu isə Bakı-xeber.com yazıb.

Dəfələrlə qida ekspertləri dönərxanalarla bağlı SOS siqnalı çalıblar. Məhz leş ətlərlə insanların günbəgün zəhərləndiyini də qeyd edib, buna əncam çəkilməsini tələb ediblər.

Nyus.Az-ın xəbərinə görə, istehlakçıların hüquqlarının müdafiəçisi Eyyub Hüseynov da “Yeni Müsavat”a dedi ki, dönərxanalar cəmiyyətin bəlasına çevrilib: “Azərbaycanda 15 mindən çox dönərxana var. İllərdir biz bu məsələni təqib edirik. Mən AQTA-da iki il şura üzvü kimi dəfələrlə bu məsələni qaldırdım ki, biz dönərxanalarda monitorinqlər aparaq, müəyyən işlər görək. Lazım olsa, hamımız dəstək verək, nümunəvi dönərxanalar yaradaq, təbliğ edək ki, ora doğru yönəlsinlər. Ölkədə quş qripi tüğyan etdiyi zaman quş dönərinin satışı qadağan olundu. Hələ də o qadağa götürülməyib. Lakin biz görürük ki, hər yerdə toyuq dönərləri satılır. Ona görə toyuq dönərləri qadağan olunub ki, ümumiyyətlə, toyuq əti çox tez çirklənən məhsuldur və buradan çox ciddi zəhərlənmələr baş verə bilər. Lakin illər öncə Azərbaycanda yalnız iki müəssisəyə icazə verildi ki, həm toyuq, həm də mal ətindən dönər hazırlasın, lazımi səviyyədə standartlara cavab versin və dönərxanalara xüsusi rejimdə çatdırılsın. Bu müəssisələrdə çox bahalı dondurucular var. Dönərlər 40 dərəcə dondurulur, orada olan heyvan xəstəlikləri və digər təhlükəli bakteriyalar hamısı məhv olur, ondan sonra xüsusi qablaşdırılmış şəkildə "soyuq zəncir"lə avtomobillərə çatdırılır. Lakin bizim araşdırmamız göstərir ki, heç 0.5 faiz dönərxanalar oradan dönər almır. Yaxud bir dəfə alırlar, onun kağızını divardan asırlar, guya ki onlar daim oradan dönər alır. Heç kəs sübut edə bilməz ki, o asılan kağız o bişən dönərə aiddir, ya yox. Təsadüfi deyil ki, ölkənin hər yerində murdar ətləri, ölmüş, xəstə heyvan ətlərini, at-eşşək ətinin şəhərə daşınması da vaxtaşırı təqib olunur. Bu sahədə ən uğurlu işi DİN Baş Mütəşəkkil Cinayətlərə Qarşı Mübarizə İdarəsi görür. Onlar ekspertizalar, həbslər həyata keçirir. Lakin təəssüflər olsun ki, bu iş sona yetmir. Çünki tələb var. Fikrimcə, bu tələb dönərxanalarda yaranır".

Ekspert əlavə edir ki, dönərxanalar bu cür təhlükəli ətlərin reallaşdırma mənbəyidir. Dönərlər bişirilən zaman çölü qızarır, içərisinə isə yeni istilik keçir: "Ona istilik keçdikcə ətdə olan plazma, yəni su ilə qanın qarışığı tökülür siniyə, dönərçi qızardılmış əti o plazmada qarışdırır, heyvanın nə qədər xəstəliyi varsa, antibiotiklər, dərmanlar varsa hamısı tökülür o siniyə, qarışdırılıb istehlakçıya verilir. Burada kiçik yaşlı uşaqların həyatı təhlükədə qalır. Dönərxanalar əslində insanların tədricən zəhərlənmə mənbələridir. Bir çox ölkələrdə dönərlər istehsal olunur. Mərkəzi Avropa ölkələrində, İsveçrədə dönər yemişəm. Burada dönər oturaq yeməkdir, yeməyin bütün inqrediyentlərini görürsən. Lakin bizdə dönərxanalar elə bir şəraitdə bişirilir ki, istehlakçılar o tərəfdə nə baş verdiyini görə bilmir. Dönərxanalar üçün standartlar mövcuddur. İllər öncə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bununla bağlı standart hazırlayıb. Onlara qarşı gigiyenik və digər tələblər qoyulub. Lakin görək bu gigiyenik tələblərə əməl olunurmu? Dönərxanalarda işləyənlər həqiqi tibbi müayinədən keçirilirmi? Soyuq bir mühit varmı? Ətlərin mənbəyi məsələsi daim şübhə altındadır. Necə olur ki, ayranla dönər 1 manat 50 qəpiyə olsun?! İstehlakçılar dönər alan zaman mütləq ətin mənbə sənədlərini tələb etmə hüququna malikdirlər. Satıcıdan onun tibbi müayinədən keçib-keçməməsini soruşmaq, baxmaq hüququna malikdirlər. Hazırda kütləvi zəhərlənmələr baş verib. Zəhərlənmiş insanlara kompensasiyaların verilməsi də gündəmdə olmalıdır".

Nyus.Az-ın xəbərinə görə, Qida Təhlükəsizliyi Agentliyindən “Yeni Müsavat”a bildirilib ki, qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirlər davam etdirilir: “2023-cü ilin 9 ayı ərzində 12 çiy dönər istehsalı və 90 dönər hazırlanan ictimai iaşə müəssisəsində yoxlama aparılıb. Yoxlamalar zamanı 11 çiy dönər istehsalı və 82 dönər hazırlanan ictimai iaşə müəssisəsində nöqsan aşkarlanıb. Çiy dönər istehsalı müəssisələrindən 3-ü ilə bağlı istehsalın və məhsul satışının qadağan edilməsi, 3-ü ilə əlaqədar satışın dayandırılması barədə məhdudlaşdırıcı qərar verilib. Həmçinin həmin müəssisələrin 11 vəzifəli şəxsi barəsində inzibati tənbeh tədbiri görülüb. Dönər hazırlanan ictimai iaşə müəssisəsindən isə 3-ü ilə bağlı işlərin görülməsi, xidmətlərin göstərilməsinin dayandırılması, 27-si ilə əlaqədar məhsul satışının dayandırılması və qadağan olunması, 26-sı ilə bağlı iş personalının işdən kənarlaşdırılması barədə məhdudlaşdırıcı qərar verilib. Həmçinin həmin müəssisələrin 82 vəzifəli şəxsi barəsində inzibati tənbeh tədbiri görülüb. 8 müəssisədə uyğunsuzluq aşkar olunmadığı üçün yoxlamanın nəticəsi qənaətbəxş hesab edilib”.

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az