• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-09-2026 Dövlət xəstəxanasında yarımştat qeydiyyatda olan "AyMed" rəhbərinin "özbaşınalıqları"
  • 16-09-2026 Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - VİDEO
  • 16-09-2026 HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
  • 16-09-2026 Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - VİDEO
  • 15-09-2026 Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
  • 15-09-2026 Yardımlıda korrupsiya əməliyyatı: İcra Hakimiyyətinin vəzifəli şəxsləri həbs edildi
  • 15-09-2026 Bakıda 165 ailə Kəmaləddin Heydərovdan kömək gözləyir... - Cənab nazir, FHN-də söz verildi, amma...
  • 15-09-2026 Prezident İlham Əliyev: Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidir
  • 15-09-2026 Prezident İlham Əliyev: Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin
  • 15-09-2026 Prezident İlham Əliyev: Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edib
  • 15-09-2026 Azərbaycan 8 ay ərzində Ermənistana 17,6 milyon dollar dəyərində məhsul ixrac edib
  • 15-09-2026 Anar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardı
  • 15-09-2026 Vəzifəsindən azad edilən icra başçısı kimdir? - Dosye
  • 15-09-2026 Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
  • 15-09-2026 Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib
  • 15-09-2026 Fərid Eyvazovun “Alliance Clinic”ində 146 manatlıq çek qalmaqalı
  • 15-09-2026 Yasamal icra başçısı nə düşünür? - Piyada səkisi darmadağındır - VİDEO
  • 15-09-2026 Eldar Əzizovun “Bakı Şəhər İşığı” müəssisəsinə rəis təyin etdiyi adaşı milyonları haralara xərcləyir
  • 15-09-2026 Tramp “atəşkəs oldu” dedi, Moskva xəbərsiz çıxdı – Böyük müəmma
  • 15-09-2026 İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib

XƏBƏRLƏR

    “Fənərbaxça” turu 1 xalla başa vurub
    "Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
    “Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
    Arda Turanın 7,5 milyon dollarını "yeyən" qadın yenidən məhkəmədə - 102 il...
    Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
    "Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
    Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - VİDEO
    Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
    ÇL-də bütün zamanların ən yaxşı heyətini açıqladılar
    Türkiyənin qadın voleybol millisi Avropa çempionu olub
2-11-2023, 08:06

Həkim-pediatrdan azyaşlılar arasında yayılan xəstəliklə bağlı MÜHÜM AÇIQLAMA

Həkim-pediatrdan azyaşlılar arasında yayılan xəstəliklə bağlı MÜHÜM AÇIQLAMA


"Tənəffüs sisteminin qapısı burun-boğaz olduğu üçün əsasən burun tutulma, burun axma, boğaz ağrısı, boğazda qaşınma hissi, boğazın qıcıqlanması kimi əlamətlər üstünlük təşkil edir. Eyni zamanda, orqanizmin müdafiə-qoruyucu refleksləri olan, öskürmə və asqırma da ilk əlamətlərdən sayıla bilər".

Nyus.Az oxu.az-a istinadən xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Tərlan Əyyubov nazirliyin rəsmi "Instagram" səhifəsində izləyici suallarını cavablandırarkən qeyd edib.

Onun sözlərinə görə, xəstəliyi yoluxduran virusların xarakterindən asılı olaraq bədən hərarətinin artması müşahidə edilə bilər:

"Məsələn, pikarnoviruslara aid olan rinoviruslara yoluxma zamanı bu viruslar yalnız yerli - burun-boğazın selikli qişasında immun aktivliyi artığından, onlar tərəfindən törədilən yuxarı tənəffüs yolları xəstəliklərində temperaturun qalxması müşahidə edilmir. Əksinə qrip (influenza) virusları tərəfindən törədilən xəstəliklərdə isə müdafiəyə orqanizmin bütün müdafiə sistemi qoşulduğu üçün bədən temperaturunun artması səciyyəvidir".

Tənəffüs yolu xəstəliklərinə yoluxmanın qarşısının alınması üçün uşaqların geyimlərinin necə olması, xəstə uşaqların məktəb və bağçalara buraxılması ilə bağlı normativləri qeyd edən pediatr vurğulayıb ki, geyim havanın temperaturuna uyğun olmalıdır və eyni zamanda uşağa nə soyuq olmalı deyil, nə də ki, çox isti:
Ətraflı

"Qalın geyim uşağın bədəninin termorequlyasiyasının pozulması, həddən artıq tərləmə, nəticədə bədənin soyumasına gətirib çıxarar. Nazik geyim nəticəsində isə yenə də bədənin soyuması baş verəcək. Hər iki halda viruslarla mübarizədə bədənin müqavimətinin azalması və xəstələnmə riskinin artması baş verəcək. Ona görə də, optimal variantın seçilməsi əhəmiyyət kəsb edir.

Bağça, məktəb və digər qapalı müəssisələrə gəldikdə, yuxarı tənəffüs yollarının virus xəstəliklərinə tutulan uşaqların müəssisələrə buraxılmaması kimi tədbirlərin həyata keçirilməsi, əksər hallarda, lazım deyil və bunun heç əhəmiyyəti də yoxdur. Çünki virusa yoluxan insanda xəstəlik əlamətləri həmin an yaranmır. Xəstəlik əlamətlərinin yaranması üçün müəyyən vaxt tələb olunur. Buna tibdə "inkubasion period" deyilir. Bu dövrdə heç bir xəstəlik əlaməti olmur, dövr adətən 4-7 gün çəkir. Başqa sözlə, uşaq virusa yoluxdu, virusun bədəndə artıb çoxalması baş verir, eyni zamanda yoluxan ətrafa virus yayır, ancaq heç bir əlaməti olmur. Müəyyən müddətdən sonra (4-7 gün) virusun sayı orqanizmdə o həddə çatır ki, artıq xəstəlik əlamətləri başlayır. Beləliklə də, əlamət yoxdursa, siz uşağın virus yayıb-yaymadığını bilməyəcəksiniz".

T.Əyyubov bildirib ki, 4-5 yaşadək uşaqların kəskin respirator virus xəstəliklərinə yoluxması il ərzində 10-12 dəfəyə qədər norma sayılır:

"Yəni elə aylar olacaq uşaq xəstələnməyəcək, elə aylar da olacaq uşaq ay ərzində 2-3 dəfə xəstələnəcək. Bundan qorxmaq lazım deyil. Buna görə də, bir həftə - yaşadək uşaqlarla 4 yaşdan böyük uşaqlar və böyüklərin qan parametrlərində (limfosit və neytrofil) fərqlər var".

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az