• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-09-2026 Dövlət xəstəxanasında yarımştat qeydiyyatda olan "AyMed" rəhbərinin "özbaşınalıqları"
  • 16-09-2026 Tıxaca görə dərsə gecikən ADNSU tələbələrinə güzəşt olacaq?
  • 16-09-2026 Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - VİDEO
  • 16-09-2026 HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
  • 16-09-2026 Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - VİDEO
  • 15-09-2026 Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
  • 15-09-2026 Yardımlıda korrupsiya əməliyyatı: İcra Hakimiyyətinin vəzifəli şəxsləri həbs edildi
  • 15-09-2026 Bakıda 165 ailə Kəmaləddin Heydərovdan kömək gözləyir... - Cənab nazir, FHN-də söz verildi, amma...
  • 15-09-2026 Prezident İlham Əliyev: Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidir
  • 15-09-2026 Prezident İlham Əliyev: Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin
  • 15-09-2026 Prezident İlham Əliyev: Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edib
  • 15-09-2026 Azərbaycan 8 ay ərzində Ermənistana 17,6 milyon dollar dəyərində məhsul ixrac edib
  • 15-09-2026 Anar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardı
  • 15-09-2026 Vəzifəsindən azad edilən icra başçısı kimdir? - Dosye
  • 15-09-2026 Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
  • 15-09-2026 Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib
  • 15-09-2026 Fərid Eyvazovun “Alliance Clinic”ində 146 manatlıq çek qalmaqalı
  • 15-09-2026 Yasamal icra başçısı nə düşünür? - Piyada səkisi darmadağındır - VİDEO
  • 15-09-2026 Eldar Əzizovun “Bakı Şəhər İşığı” müəssisəsinə rəis təyin etdiyi adaşı milyonları haralara xərcləyir
  • 15-09-2026 Tramp “atəşkəs oldu” dedi, Moskva xəbərsiz çıxdı – Böyük müəmma

XƏBƏRLƏR

    “Fənərbaxça” turu 1 xalla başa vurub
    "Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
    “Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
    Arda Turanın 7,5 milyon dollarını "yeyən" qadın yenidən məhkəmədə - 102 il...
    Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
    "Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
    Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - VİDEO
    Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
    ÇL-də bütün zamanların ən yaxşı heyətini açıqladılar
    Türkiyənin qadın voleybol millisi Avropa çempionu olub
13-05-2023, 16:27

Bakıda 86 yaşlı anasına qarşı dələduzluq edən şəxs məsuliyyətdən kənarda qaldı

Bakıda 86 yaşlı anasına qarşı dələduzluq edən şəxs məsuliyyətdən kənarda qaldı



Redaksiyamıza Səlimova Fehruz Kərim qızı müraciət edərək bildirmişdirki, Bakı şəhərində qızı tərəfindən onun adına alınan evi aldatma, dələduzluq yolu ilə oğlu Səlimov Rövşən İsa oğlu və tanımadığı şəxslər Quliyev Emin Maarif oğlu və digərlərinin vasitəsi ilə əlindən alınması ilə bağlı hüquq mühafizə orqanlarına etmiş olduğu şikayətlər nəticəsiz qalmış, şikayətlərinə baxan olmamışdır. Şikayətçinin sözlərinə əsasən hüquq mühafizə orqanları obyektiv araşdırma aparmır, tərəf saxlayırlar və bunun nəticəsidir ki, hal-hazırda onlar evsiz qalmışlar. Şikayətçi bildirir ki, təqsirkar şəxslərin cinayət əməllərinə hüquqi qiymət verilməsi ilə bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə, Baş Prokurorluğa etmiş olduqları şikayətlərə baxılmır.

Belə ki, qızı anasının Səlimova Fehruz Kərim qızının adına Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsənbəy Ağayev küçəsi ev 8, mənzil 1 ünvanında yerəşən mənzili almış və rəsmiləşdirmişdir. Qızı Azərbaycan Respublikasından kənarda yaşadığından evdən ancaq Bakıya gəldiyi zaman, təxminən ildə bir dəfə istifadə etmiş və digər hallarda evin açarları anası gildə olmuş, lakin bununla belə evdə heç kim yaşamamışdır. Səlimova Fehruz Kərim qızı özü də Qaradağ rayonunda yaşadığı üçün ev boş olmuşdur. Qızı koronavirus pandemiyası ilə bağlı bir müddət Bakıya gələ bilməmiş, sonuncu dəfə Bakıya gəldikdə məlum olmuşdur ki, evində başqa şəxslər yaşayır, Araşdırma zamanı bəlli olmuşdur ki, ev banka olan borca görə ipotekaya qoyulmuş və nəticədə hərraca çıxarılaraq başqası tərəfindən satın alınmışdır. Daha sonra bəlli olmuşdur ki, oğlu Səlimov Rövşən İsa oğlu 86 yaşlı görmə, eşitmə qüsurlu olan anasını aldadaraq notariusa apararaq orada sonradan adının etibarnamə olduğunu bildiyi sənədə imza çəkdirmiş və həmin etibarnamə əsasında da faktiki olaraq qızının, rəsmi olaraq özünün adında olan mənzili banka girov qoyaraq tanımadıqları şəxsin - Quliyev Emin Maarif oğlunun adına 120 000 ABŞ dolları məbləğində kredit götürmüşlər və sonra da qərəzli olaraq ödəniş etməməklə evin özgəninkiləşdirilməsinə şərait yaratmışlar. Notarius yaşlı şəxslərə münasibətdə verilən etibarnamənin mahiyyətini izah etməsi, risklərini bildirməsi, hüquq və vəzifələrinin izah edilməsi gərəkdiyi təqdirdə bunları etməməklə 27 saylı Dövlət Notariat Kontorunun notariusu Qurbanov Eldar Həsən oğlu qardaşım Səlimov Rövşən İsa oğlu ilə əlbir olaraq anasını aldadıb yaşlı, savadsız olmasından faydalanmaqla evin ipotekaya qoyulması, bağışlanması, alqı-satqısı barədə etibarnamə əldə etmişlər. Daha sonra oğlu həmin etibarnaməni istifadə edərək tanımadıqları şəxsin – daha sonra adının Quliyev Emin Maarif oğlu olduğunu öyrəndikləri şəxsin adına “Unibank” ASC-dən 120 000 ABŞ dolları məbləğində kredit götürmüş və bu barədə onlara heç bir məlumat verməmiş, onlardan hər zaman bunu gizlətmiş, sonra da heç bir ödəniş edilmədiyi üçün ev hərraca çıxarılmış və çox ucuz qiymətə bank tərəfindən qəbul edilmiş, daha sonra da başqa şəxsə satılmışdır. Bu prosedurların heç birindən nə qızının nədəki Səlimova Fehruz Kərim qızınınxəbəri olmamışdır.

Səlimov Rövşən İsa oğlu bütün proseslərdən onları kənarda tutmaqla yanaşı anasının adından saxta ərizələr tərtib etməklə, imzalamaqla müvafiq məhkəmələrə, idarələrə göndərmişdir. Halbuki, həmin ərizələrdə olan imza Səlimova Fehruz Kərim qızına aid deyildir, oğlu tərəfindən imzalanmışdır.

Səlimov Rövşən İsa oğlunun və onun ərtafındakı qabaqcadan əlbir olan şəxslərin təqsiri üzündən qızıma aid olan mənim adıma rəsmiləşmiş evdə olan bahalı, külli miqdarda dəyəri olan əşyalar özbaşına evdən çıxarmış, hal hazırda o əşyaların bir qismi yoxdur, digərləri də yararsız vəziyyətdədir.

Səlimova Fehruz Kərim qızı bildirir ki,bu faklarla bağlı bir ilə yaxındır ki, bütün hüquq mühafizə orqanlarına şikayət etmələrinə baxmayaraq şikayət araşdırılmamış, təqsirli şəxslər barəsində cinayət işi açılmamışdır.

Belə ki, bununla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə, Azərbaycan Respublikası Baş Prokurorluğuna, Sabunçu Rayon Polis İdarəsinə etmiş olduqları şikayətlər heç bir nəticə verməmişdir. Hərracın ləğvi ilə bağlı qaldırdıqları mülki iş Nərimanov rayon Məhkəməsində hakim Nərgiz Tağıyevanın icraatındadır və baxılmaqda davam edir.Sonda Səlimova Fehruz Kərim qızı ona və qızına
qarşı cinayət törətmiş şəxslərin cinayət məsulliyətinə cəlb edilmələrinə,mübahisənin mülki hissəsində işə Azərbaycan Respublikasının Məhkəmələrinə güvənərək ədalətli qətnamə qəbul ediləcəyinə ümid edir.

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az