Gəncədə 2 nəfər dəm qazından zəhərlənmə əlaməti ilə xəstəxanaya yerləşdirilib.
Nyus.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.
Şəhər sakinləri, 1988-ci il təvəllüdlü Sərxan Cəfərov və 1990-cı il təvəllüdlü Jalə Abdullayeva yaşadıqları evdə dəm qazından zəhərləniblər. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.
Onlara lazımi tibbi yardım göstərilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Nyus.Az