[center][/center]
Avropa Birliyi (AB) Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirin 90 faizini Kiyevin hərbi ehtiyacları üçün istifadə etməyə razılaşıb.
Nyus.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts Latviyaya səfəri zamanı keçirdiyi mətbuat konfransında bəyan edib.
"Bu, əhəmiyyətli bir məbləğdir və ildə bir neçə milyard avro təşkil edir", - kansler bildirib.
Qeyd edək ki, Ukraynada münaqişə başlayandan sonra AB və G7 ölkələri Rusiyanın təxminən 300 milyard avro dəyərində valyuta ehtiyatlarının demək olar ki, yarısını dondurub.
Nyus.Az