• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 19-10-2026 Yeni Günəşlidə yaşıllıqlar məhv edilib, yerində obyekt tikilir – SAKİNLƏR NARAZIDIR – VİDEO
  • 19-10-2026 “Mercan Köşk” bu səbəbdən final etdi
  • 19-10-2026 Tramp İsrail xalqına müraciət etdi
  • 19-10-2026 Nizami rayonunda 2 gün su olmayacaq
  • 19-10-2026 Çempionlar Liqası matçını buraxacaqlar
  • 19-10-2026 Türkiyədə konsert faciəsi - Ölənlər var
  • 18-10-2026 Azərbaycanda polis rəisinin müavini vəfat edib
  • 18-10-2026 Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
  • 18-10-2026 Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür
  • 18-10-2026 Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir
  • 18-10-2026 Türkiyədən Moskvaya uçan üç təyyarə geri qayıtdı
  • 18-10-2026 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib - (Foto)
  • 18-10-2026 "Qarabağ" - "Neftçi" derbisindən sonra 19 nəfər saxlanıldı
  • 18-10-2026 Tramp: Benzinin qiyməti daha da ucuzlaşacaq
  • 18-10-2026 Makron Fransadakı iğtişaşların iştirakçıları ilə bağlı vəd verdi
  • 18-10-2026 "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
  • 18-10-2026 Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
  • 17-10-2026 Pulumuz dərmana gedir – QORXUNC statistika
  • 17-10-2026 Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
  • 17-10-2026 Arda Güler daha 5 il "Real"da

XƏBƏRLƏR

    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
2-10-2025, 06:19

“Onlar güllə önündə, biz meydanda...” - Qurban Qurbanov

“Onlar güllə önündə, biz meydanda...” - Qurban Qurbanov


"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Kopenhagen" üzərindəki 2:0 hesablı qələbəni şərh edib.

Nyus.Az xəbər verir ki, təcrübəli mütəxəssis bu haqda oyundan sonra keçirilən mətbuat konfransında danışıb:

"Futbolçularımı və azarkeşlərimizi təbrik edirəm. Bu gün sanki meydanda birlikdəydilər, bir-birilərinin arxasındaydılar. Şükür Allaha, belə gözəl qələbə əldə olundu. Qarşımızda "Kopenhagen" olsa da, futbolçularımzı çəkinmədilər, çox ciddi mübarizə apardılar.

Xüsusilə də, ikinci hissədə. Belə böyük turnirlərdə elə an olur ki, ona dözmək lazım gəlir. Bunu ikinci hissədə etdik. Rəqib dəyişikliklərlə daha çox riskə getdi. Bəzi top itkilərimiz oldu. Amma ümumən bu cür mübarizə aparmaq, bizə qarşıdakı böyük oyunlarda çox fayda verəcək.

Məşqçiləri ilə oyundan əvvəl danışdıq. Çox yaxşı iş görürlər. Az da olsa, iş prinsipləri ilə maraqlandıq. O da bizim iş prinsipimizdən danışdı. Pozitiv komanda idi".

- Püşkatmadan əvvəl sizə desəydilər ki, iki oyundan sonra 6 xal qazanacaqsınız, buna inanardınız?

- Bəlkə hamıda bu inam olmaya bilərdi. Amma məndə inam həmişə olub. Keçən il bizim çox yaxşı oyunlarımız oldu. Ancaq cəmi bir qalibiyyət oldu. İnanırdım ki, oyunumuzu qoruyub-saxlaya bilsək, mübarizəni yaxşılaşdırsaq, bu mövsüm daha yaxşı nəticə olacaq. Sonda da çox gözəl və faydalı göstərici var. Həmişə inamla işləyirəm, futbolçularıma da inamla yanaşıram. Onlara da meydanda inamlı olmağı tövsiyə edirəm. Olmasa, bu cür oyun oynamaq olmaz. Kollektiv oyunudur. Birimiz kollektivdən çıxsaq, qorxsaq, uğur əldə etmək olmaz. İnamımız həmişə olub. Amma bəzən deyirlər ki, hər şeyə real baxmaq lazımdır. Düzdür, ancaq meydana inamsız çıxsaq, uduza bilərik. Uduzduğumuz oyunlarımız olub, amma hamı mübarizəmizdən razı qalıb. Bəlkə altı xal gözləməzdim, amma inanırdım.

- Futbol ölkəsi olmayan, kiçik ölkənin təmsilçisi olaraq, ÇL-də liderlər qruplarında olmaq necə hissdir?

- Çox gözəl, çox xoş. Biz Azərbaycanın "Qarabağ"ıyıq. Buna sevinirəm. O yerlərdə olmaq möhtəşəmdir. Cənab Prezident də bizi təbrik edib. Ona da təşəkkür edirəm. Deməli, məsuliyyətimiz daha da artır. Bizə rahat olmaq yoxdur. Daha da inanaraq, güvənərək, çalışıb irəli getməliyik.

- Əvvəllər xüsusilə Türkiyə klublarının oyunlarına zövqlə baxırdıq. İndi əksinə olub. Türk dünyası, Türkiyə mətbuatı öz nəhənglərinə "Qarabağ"ı nümunə göstərir.

- Hamısına təşəkkür edirəm. Uğur olan yerdə, diqqət, inam, xoş sözlər olacaq. Bu bizi yanıltmalı deyil. Çünki uğurun uğursuzluğu da var. Buna da hazır olmalıyıq. Hər bir halda buna ancaq sevinirik ki, belə qardaş, nəhəng Türkiyədə "Qarabağ"a dəstək olurlarsa, bu qədər məlumat verilirsə, bizim üçün böyük dayaq, böyük sevincdir. Oyundan əvvəl də "Qalatasaray"ı təbrik etmişdim. İndi də təbrik edirəm. Həmişə Türkiyə klublarının hər birinə azarkeşlik edirik, onlara uğurlar arzu edirəm.

- 2008-ci ildən başlayaraq, komanda bir neçə dəfə pley-offun astanasında dayandı. Qrup mərhələlərində də növbəti mərhələnin astanasındasız. İkinci ÇL-də əsas mərhələnin bir addımlığındadır. Avrokuboklarda planlarınızın zirvə nöqtəsi hansıdır?

- Biz bu həyatda çox şey istəyə bilərik. Amma mənim üçün vacib olan neçə illərdir ki, komandadayam. Bu komandanın məsuliyyəti haqda danışmışam, "Qarabağ" mənim üçün nə deməkdir. Məşqçi kimi daha ciddi olmağımda, formalaşmağımda bu komanda mənim üçün əsas silah olub. Ola bilərdi ki, başqa klubda olum, uğurlu nəticələrim olsun. Ama ola bilərdi ki, orada bu qədər ciddi ola bilməzdim. Haradasa yorulardım. Amma bu komandada bu ad məni nə yorulmağa qoydu, nə də inamsız, məsuliyyətsiz olmağa.

- Əsas hədəf bu komandanı sağlam qoruyub-saxlamaq idi. Bilirdim ki, uğur gələcək. Bu komandada həmişə futbolçularıma əsgərlər kimi vuruşmağı onlardan tələb etmişəm. Demişəm ki, onlar ölüm, güllə qarşısında olublar. Biz meydanda 90 dəqiqə oynayırıq, daha sonra istirahət edirik. Bu, mənim hədəfim idi. Şükürlər olsun ki, çox nadir hallarda yorğun olduğunda nəsə edə bilməyib. Amma mənim hədəfim bu inamı, mübarizəni qoruyub-saxlamaqdır. Uğur gələcək. Futbol elə oyundur ki, mümkün deyil ki, hər il daha yaxşı, eyni nəticə olsun. Böyük klublar da bu il çempion olurlarsa, gələn il ola bilmirlər. Hamı inkişaf edir, hamı yenilik axtarır. Transferlədə də bəzən az transfer edirk, bəzən futbolçunu çox araşdırırıq. Qarşılığını Allah verəcək.

- Evin Cəfərquliyev oyunun ən yaxşısı seçildi. Azərbaycanlı futbolçunun oyunun ən yaxşı seçilməsi haqda nə düşünürsüz? Avrokuboklarda tənqidlər sayəsində futbolçu bu uğura gətirib çıxardı?

- Əlbəttə ki, buna sevinirəm. İlk olaraq, komandamın oyunçusunun seçilməsi. İkinci də, azərbaycanlının seçilməsi. Buna sevinirəm və böyük dəyər verirəm. Elvin heç də rahat futbolçu deyil. Dəfələrlə olub ki, öz idman formasından çox aşağı səviyyədə olub, sonra qalxıb. Elvində bir az stabillik çatışmır. Ancaq son matçlarda bir az özü də ciddiləşib. Bəlkə mən onunla daha ciddi rəftar edirəm. Ona bel bağlamaq olmaz. Hamımız ehtiyatlı olmalıyıq. İstənilən an öz bacarığından aşağı çıxış edə bilər. Bəlkə ona bir neçə il lazımdır ki, məsuliyyəti dərk etsin, daha ciddi və böyük olsun. Amma bir neçə ili gözləyəsi olsaq, işimiz yaxşı olmaz. Çalışırıq ki, hər şeyi əldə saxlayaq. Elvinin potensialı bu deyil. Daha ciddi olsa, futbol haqda çox fikirləşsə, potensialı bundan daha çoxdur.

- Sirr deyilsə, UEFA-nın oyunun ən yaxşı seçdiyi oyunçular beyninizdə olan seçimlərlə nə dərəcədə üst-üstə düşür?

- Heç birini ayırmaq istəməzdim. Çünki burada hər birinin haqqı var. Biri topla daha yaxşı rəftar etdi, biri yaxşı mübarizə apardı, digəri taktiki yaxşı oynadı. Hər futbolçu üzərinə düşəni artıqlaması ilə etdi. Məndən olsa, futbolçuların hamısını seçərdim.

- Hansı səhvləriniz üzərində işləyəcəksiz?

- Bu gün səhvlərdən danışmaq istəməzdim. Çünki rəqib məcbur edir ki, səhv edəsən. Rəqibin ikinci hissədə itirəcəyi bir şey yox idi, riskə getdi. Belə oyunlarda topa daha çox sahib olmağı istəyirəm. Bunu aradan qaldırmağa çalışırıq. Ancaq rəqibi də nəzərə almaq lazımdır. Oyunu analiz edəndə, normal formada ayrı-ayrılıqda, həm də kollektiv şəkildə futblçulara çatdıracağıq.

- Ola bilər ki, Avropanın böyük klubları sizə təklif göndərər. Təklif olarsa, hansı reaksiyanı verərdiz?

- Azərbaycanın ən yaxşı məşqçisi olmaq məsələsinə tələsməyək. Təkliflər haqda ümumiyyətlə düşünmürəm. Çünki belə hallarda daha da sadə olmağa çalışmalıyıq. Bu komandada stabilliyin çox vacib olduğunu dedim. Ağlımda belə fikir olsa, bu komandada inamı da, uğuru da, sistemi də pozacaq. Özümdən razılıq olardı ki, Avropadan mənə təklif olmalıdır, filan. Bu haqda düşünmürəm. Hələ Azərbaycandayıq, yaxşı olar.

- Bu komandanın potensialını daha yaxşı bilərsiniz. "Qarabağ"ı yanvardan sonra da ÇL-də görə biləcəyik?

- Yanvardan sonra mütləq görəcəyik. Çünki oyunlarımız var (gülür). Keçən il səhv etmirəmsə, "Dinamo" (Zaqreb) 11 xal topladı, amma 24-lüyə düşmədi. Bəlkə 8 xal bəs etdi, bəlkə 9 xal. Bizdən asılı olmayan nüanslar var. Biz hər şeyə hazır olmalıyıq. Get-gedə rəqiblərimiz daha məsuliyyətli olacaq. Bu günə kimi "Benfika"dan sonra bizə qarşı 70-80 faiz ciddi yanaşmağı düşündülərsə, bu gün 100 faizdən çox olacaq. Bu da bizə mane olacaq. Bizi heç də rahat, düşündüyümüz oyunlar gözləmir. Daha möhkəm olmağın böyük faydası olacaq. Biləcəyik ki, qarşımızdakı rəqib bizə 100 faiz hazırlaşacaq. Daha çox işləməliyik, daha cəsarətli olmalıyıq.

- 2017-ci ildə "Kopenhagen"lə görüşdə vurulan qol və bu gün birinci qol. Dejavü yaşadız?

- Mən dejavü yaşamadım. Ağlıma gəlmədi. Amma bir az oxşar qol idi. Təki belə oxşarlıqlar olsun.

- Dünən "Benfika" "Çelsi"yə uduzdu və Joze Mourinyo dedi ki, problem "Çelsi"yə uduzmaq yox, "Qarabağ"a uduzmaqdır. Ona cavab vermək istəyərdiz?

- Yox. Mourinyoya nə sual, nə də cavab verə bilərəm. Çünki o Mourinyodur, dahi məşqçilərdən biridir.

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az