• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 21-10-2026 Xətai rayonunda "Energetiklər Günü" münasibətilə tədbir keçirildi - VİDEO
  • 21-10-2026 Banklara kibertəhlükələr barədə məlumat verilib - VİDEO
  • 21-10-2026 Uitkoff Putinə Tramp və Zelenski ilə birbaşa danışıqlar təklif edəcək
  • 21-10-2026 Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
  • 21-10-2026 Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
  • 21-10-2026 Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
  • 21-10-2026 UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
  • 21-10-2026 Azərişıq Suraxanı rayonunda kütləvi narazılıq yaradır – VİDEO
  • 21-10-2026 Azərbaycanda balıq bahalaşdı - Qiymət
  • 21-10-2026 Məktəbin ərazisi tikanli məftillərlə çəpərlənib - VIDEO
  • 20-10-2026 İntensiv yağış yağacaq, qara keçəcək - Proqnoz
  • 20-10-2026 Bu şəxslər üçün iş icazəsinin alınması tələb olunmayacaq
  • 20-10-2026 Nizami rayon prokuroru vəzifəsindən azad edildi
  • 20-10-2026 Trampa pul xərclədi, qarşılığını Ermənistanda alır– Nəhəng sərvətə yiyələnir
  • 20-10-2026 Fransa qarışdı, “Qalatasaray” ora getmək istəmir – UEFA-dan gözlənilməz qərar
  • 20-10-2026 Bulvarda hər gün "qara kassa"ya 1000 manat yığılırmış – Keçmiş sədrin məhkəməsi
  • 20-10-2026 Kim Çen Inın öldüyü xəbəri yayılıb
  • 20-10-2026 “Çox nahaq yerə özün üçün yaşayırsan” - Nadir Qafarzadə
  • 20-10-2026 Dünyanın ən çox qazanan 10 futbolçusu
  • 20-10-2026 Mehmet Ali Erbil hönkür-hönkür ağladı - "Bunu uşaqlığıma bağışlayın"

XƏBƏRLƏR

    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
22-01-2024, 08:24

Xankəndi və Laçına turlar təşkil olunacaq?

Xankəndi və Laçına turlar təşkil olunacaq?



Ötən ilin sonlarında şəxsi avtomobillərlə işğaldan azad olunan ərazilərə səfərlərə icazə verilib. Ümumiyyətlə, bundan öncə də, ictimai nəqliyyatla “Qarabağ Zəfər Marşrutları” konsepsiyası ilə “Yolumuz Ağdama”, “Füzuli və Xocavəndə”, “Yolumuz Şuşaya” adlı səfərlər təşkil olunub və maraqla qarşılanıb. 2023-cü il dekabr ayının sonundan isə bu siyahıya Suqovuşan da əlavə edilib. Hazırda insanları maraqlandıran əsas məqam Xankəndi və Laçına turların təşkilidir. Maraqlıdır, “Yolumuz Laçına”, “Yolumuz Xankəndiyə” nə vaxt reallaşacaq? Elə bir tur təşkil edilə bilərmi ki, o tura Şuşa, Laçın, Xankəndi daxil edilsin?
Bu il Xankəndiyə tur olacaq?
Millət vəkili Vüqar Bayramov “Kaspi” qəzetinə açıqlamasında bildirib ki, bu ildən Xankəndi və Laçına səfərlər təşkil olunacaq: “Mərhələli şəkildə işğaldan azad olunmuş bütün yaşayış məntəqələrində məskunlaşma həyata keçiriləcək, səfərlər təşkil olunacaq. Laçında artıq məskunlaşma başlayıb. Xankəndidə isə 2024-cü ildə qayıdışa start verilməsi nəzərdə tutulub. Bu il xüsusilə də antiterror tədbirləri nəticəsində işğaldan azad olunan ərazilərə həm insanlarımızın qayıtmasını, həm də turların təşkil olunmasını müşahidə edəcəyik”.
Millət vəkili vurğulayıb ki, Qarabağın, eləcə də Şərqi Zəngəzurun böyük turizm potensialı var: “Məqsəd həmin potensialdan daha geniş istifadə etməkdir. Bu gün bu potensialdan tam şəkildə yararlana bilməməyimizin səbəbi müəyyən ərazilərdə minaların olması və bəzi yerlərin işğalçılar tərəfindən tamamilə dağıdılmasıdır. Minadan təmizlənmə prosesi davam etdikcə, daha çox məskunlaşmalar, turlar müşahidə edilir. Sözsüz ki, buna uyğun olaraq infrastrukturun formalaşdırılması və inkişaf etdirilməsi də vacibdir. Qiymətləndirmələr göstərir ki, Qarabağ həm daxili, həm də gəlmə turizmə xüsusi töhfə verə biləcək bölgəmizdir. Yay, qış, tarixi, mədəni, sağlamlıq turizmi imkanları kifayət qədər genişdir. Yenidən qurulan və bərpa edilən Qarabağ həm də Azərbaycanda turizmin inkişafında lokomotivə çevriləcək”.
Qarabağa təşkil olunan turlara böyük axın var
Turizm şirkəti rəhbəri Tərlan Quliyev deyir ki, ikinci Qarabağ müharibəsindən sonra işğaldan azad etdiyimiz torpaqlarda yeni turizm infrastrukturlarının yaradılması, Şuşa, Ağdam, Suqovuşan kimi istiqamətlərdə real turların həyata keçirilməsi insanların böyük marağına səbəb olub: “Pandemiya dönəmində daxili turizmin inkişafında böyük sıçrayış oldu. Xüsusilə, Azərbaycanın turizm bölgələrinə təşkil olunan marşrutlarla yanaşı, Qarabağ bölgəsinə olan səfərlərə tələbat çoxdur. Həm şəxsi avtomobillər, həm ictimai nəqliyyatla təşkil olunan turlara böyük axın var. Füzuli hava limanının tikilməsi, düşünürəm ki, növbəti hava limanının Xankəndidə fəaliyyət göstərməsi xarici turistlərin də gəlməsinə təkan verəcək. Lakin bunun üçün zaman lazımdır. Biz hazırda Qarabağa səfərlər zamanı müəyyən edilmiş marşrutlar üzrə hərəkət edirik. Bildiyimiz kimi, orada hələ kifayət qədər minadan təmizlənməyən ərazilər, təhlükələr, tələlər var. Ona görə də zamanla təhlükəsizlik tədbirləri ən yüksək həddə çatdıqca, istədiyimiz kimi səfərlər təşkil edə biləcəyik. Dövlət Turizm Agentliyinin də bununla bağlı planları var”.Laçın və Xankəndiyə səfər etmək istəyənlər çoxdur
Tur rəhbəri deyir ki, hazırda Laçın və Xankəndinə səfər etmək istəyən insanlar çoxdur: “Orada bir çox turizm iaşə obyektlərinin qurulması, infrastrukturun yaradılması ilə bağlı suallar gəlir. Qarabağ bölgəsi dağlıq zonadır və qış turizmi üçün əlverişli imkanları var. Hazırda qış turizmi mövsümü olduğu üçün bu istiqamətlərə səfər etmək insanların marağındadır. Yeni istiqamətlərin açılması, orada da qış turizm kompleksinin yaradılmasına biz də ümid edirik, bu da zaman məsələsidir”.
Dünya səviyyəsində turizm destinasiyası
Turizm mütəxəssisi vurğulayır ki, Qarabağda dağ, xizək, haykinq, sağlamlıq turizmini inkişaf etdirmək mümkündür: “Bilirsiniz ki, bu bölgə mineral sularla zəngindir. Qarabağ öz təbiətinə, tarixinə görə dünya səviyyəsində turizm destinasiyasına çevrilə bilər. Çünki Qarabağ problemi 30 ildir dünya ictimaiyyətinin gözünün önündə idi. Bu gün Azərbaycan dövlətinin yaratdığı infrastruktur, oranın gözəlləşməsi, insanlara yaxşı həyat şəraitinin yaradılması, digər tərəfdən də turizm destinasiyasına çevrilməsi ölkəmizin dünya turizm bazarında mövqeyini gücləndirəcək, oraya daha çox turistin axın etməsinə gətirib çıxaracaq. Bu, bir növ tarixi turizmi xatırladır. İnsanlar maraqlı keçmişi olan regionlara səyahət etməyi sevirlər. Biz o kütləni cəlb edə bilərik”.
Mövzu ilə bağlı Dövlət Turizm Agentliyinə göndərdiyimiz sorğuya “Hələ bu barədə məlumat yoxdur, məlumat olanda ictimaiyyətə açıqlanacaq”, - deyə cavab verildi.
Kaspi qəzeti - Aygün Əziz

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az