
Fransada kütləvi iğtişaşların genişlənməsi və bir sıra şəhərlərdə komendant saatının tətbiqi Türkiyənin “Qalatasaray” klubunu hərəkətə keçirib.
Nyus.Az xəbər verir ki, Türkiyənin A Spor telekanalının məlumatına əsasən, “Qalatasaray” Çempionlar Liqasının üçüncü turunda Fransanın “Lill” klubu ilə keçirəcəyi qarşılaşmanın təxirə salınmasını istəyib. Lakin UEFA bu müraciəti qəbul etməyib. Qarşılaşmanın əvvəlcədən müəyyənləşdirilmiş tarixdə və azarkeşlərin iştirakı ilə keçirilməsi nəzərdə tutulur.
Fransada son günlər baş verən zorakılıqlar, mağazaların talan edilməsi və polislə etirazçılar arasında toqquşmalar təhlükəsizliklə bağlı ciddi narahatlıq yaradıb. Lill və ətraf şəhərlərdə komendant saatı tətbiq edilib.
Fransanın daxili işlər naziri Loran Nunez isə təhlükəsizlik vəziyyətinə baxmayaraq, Çempionlar Liqası qarşılaşmalarının təxirə salınmayacağını bildirib.
“Lill” – “Qalatasaray” qarşılaşması oktyabrın 21-də, Bakı vaxtı ilə saat 20:45-də Pyer Morua stadionunda keçiriləcək. Görüşü sloveniyalı hakim Rade Obrenoviç idarə edəcək. (Musavat.com)
Nyus.Az

























