• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 08-06-2026 Baş prokurorun növbəti vətəndaş qəbulu keçiriləcək
  • 08-06-2026 Sosial şəbəkələrlə bağlı yeni QƏRAR: 50 min manatlıq cərimə GƏLİR
  • 08-06-2026 Riskli əməliyyatdan sonra Afaq Bəşirqızından sevindirici xəbər
  • 08-06-2026 Azərbaycanda nəqliyyat pulsuz ola bilər?
  • 08-06-2026 TƏCİLİ: İsraildən İrana daha bir AĞIR ZƏRBƏ: Bu obyektlər VURULDU
  • 08-06-2026 İllər sonra DANIŞDI: “Artıq liftə qadınla minmirəm”
  • 08-06-2026 Neft rekorda doğru - Qiymət görün neçə dolları keçdi
  • 08-06-2026 Dünənki imtahanın cavabları nə vaxt açıqlanacaq?
  • 08-06-2026 Van Persi qovuldu
  • 08-06-2026 Yola maşınla çıxanlara VACİB XƏBƏR - 7 əsas küçədə…
  • 08-06-2026 Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb
  • 08-06-2026 Bu şəxslərin beyni daha gec YAŞLANIR
  • 08-06-2026 "Həyat əclafdır, amma buna dəyər": Şakira Pikenin xəyanətindən DANIŞDI
  • 08-06-2026 İsrail İran ərazisindən buraxılan raketləri zərərsizləşdirib
  • 06-06-2026 Prezident İlham Əliyev İsveç Kralını təbrik edib
  • 06-06-2026 Bakıda söküləcək ərazilər məlum OLDU
  • 06-06-2026 Müharibə bitsə, ruslar Ukraynaya sərbəst girə biləcək?
  • 06-06-2026 Qazın qiyməti UCUZLAŞDI
  • 06-06-2026 Eyni vaxtda iki telefon işlətmək zərərlidir – yeni araşdırma
  • 06-06-2026 Mətanətdən Vüqar Muradova ağır sözlər

XƏBƏRLƏR

    Van Persi qovuldu
    Bu şəxslərin beyni daha gec YAŞLANIR
    Eyni vaxtda iki telefon işlətmək zərərlidir – yeni araşdırma
    Eşqin Tağıyev Avropa çempionatının ən yaxşı oyunçusu seçilib
    “Liverpul” yeni baş məşqçisini açıqladı
    Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub
    Mourinyo ulduz futbolçunu “Real”a gətirmək istəyir
    Azərbaycan millisi finalda - Avropa çempionatı
    İspaniya çempionatında ən gözəl qolun müəllifi oldu
    "Turan Tovuz" Konfrans Liqasından KƏNARLAŞDIRILDI: CAS-a şikayət ediləcək
19-12-2023, 08:19

Diş həkimindən reanimasiyaya - stomatoloq səhvi, yoxsa?

Diş həkimindən reanimasiyaya - stomatoloq səhvi, yoxsa?


Azərbaycanda bloger Asya Aslanova ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Bu barədə jurnalist, bloger Ramal İsayev sosial şəbəkədə məlumat verib. Onun sözlərinə görə, dişini müalicə etdirən blogerin bədəninə infeksiya düşüb və sürətlə yayılıb: “Diş həkimi müalicə zamanı yerli keyitmə əvəzinə, ümumi narkozdan istifadə edib. Dişində problem vardı. Bu zaman da dişindəki infeksiya narkoz borusu vasitəsilə bütün bədəninə yayılıb. Hazırda reanimasiyadadır, vəziyyəti çox ağırdır”.

Xəstəxanadan bildirilib ki, blogerin durumu yaxşılaşsa da həyatına hələ ki təhlükə qalır. İlkin məlumatlara görə, səbəb streptokok mənşəli bakteriyanın bədənə yayılmasıdır. Pasiyent ağıl dişini çəkdirib, o da badamcıq nahiyəsinə yaxın olub, narkoz altında olduğu üçün bu bakteriya sürətlə qana keçib, özünü bildirib.

Qeyd edək ki, bloger Asya Aslanovanın son vəziyyəti də açıqlanıb. Blogerin vəziyyəti pisləşib və o, süni tənəffüs aparatına qoşulub. Bu barədə bloger Ramal İsayev məlumat verib: “Hazırda xəstəxanadayam. Dünəndən bəri Asyanın vəziyyəti yenidən ağırlaşıb. Aparata qoşublar”.

Bəs baş verənlərdə diş həkiminin səhvi varmı? Pasiyentlər stomatoloqa gedərkən nəyə diqqət etməlidirlər?

Ölkədəki stomatoloji kabinetlərin hamısının lisenziyası varmı?

Qeyd edək ki, son dövrlərdə stomatoloji klinikalardan şikayətlər çoxalmaqdadır. Ekspertlərin dediyinə görə, Ümumdünya Səhiyyə Təşkilatının hesabatında bildirilib ki, VİÇ və “Hepatit C” xəstəliklərinin yayılmasına təsir göstərən faktorlar arasında ilk yerlərdə stomatoloji xidmətlər də göstərilir. Azərbaycanda həkim və ya biznesmen olan istənilən şəxsin müvafiq lisenziya alıb, stomatoloji mərkəz aça bilməsi mümkündür. O da qeyd edilir ki, hazırda ölkəmizdə göstərilən stomatoloji xidmətlər beynəlxalq standartlara cavab vermir. Hətta bir neçə il əvvəl Azərbaycanda stomatoloji xidmətlərin fəaliyyətinin nizamlanması haqqında qanunun qəbul ediləcəyi də müzakirə edilirdi.

Tibb elmləri üzrə fəlsəfə doktoru, stomatoloq-cərrah Vidadi Quliyev mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı: “Əgər xəstənin ağzında iltihablı diş varsa, oradan iltihab qana keçər. Biz bəzi hallarda diş çəkirik, qanla bərabər iltihab gəlir. İrin heç vaxt oradan qana keçmir. Üçüncüsü də, o həkim, elə o blogerlərin təriflədiyi, reklam etdiyi bir həkimdir. Mən o həkimi şəxsən tanımıram, amma hər gün onu reklam edirlər. İndi blogerin özünə bir şey olan kimi düşürlər həkimin üstünə ki, günah həkimdədir. Burada narkozdan da söhbət gedə bilər. Çox adam gəlir ki, əməliyyatdan qorxuram, narkozla edin. Narkozla əməliyyat üçün müayinə etmək lazımdır, demək olar ki, bütün orqanları yoxlamaq lazımdır. Mən o qədər narkozla olan xəstələri təxirə salmışam, yalnız yoxlandıqdan sonra gəlmələrini demişəm. Orada qana infeksiya keçməsi ilə bağlı olan fikir tamamilə absurddur. Elə bir şey ola bilməz. Amma narkoz verən briqadanı da tanımıram. Ola bilər ki, narkozdan hər hansı şəxsdə bu hal baş verə bilər. O xəstə yoxlanmalıdır ki, ona narkoz verilə bilər, yoxsa yox. Bunu da həkim yox, narkoz həkimi soruşmalıdır”.

Həkim ağıl dişinin belə fəsadlar verib-verməməsinə də fikir bildirdi: “Aşağı ağıl dişlərinin çəkilməsi, o biri dişlərə nisbətən bir az çətindir. Retension dişləri çıxarmaq daha da çətindir. Amma onun çətin və ya asan çıxarılmasının buna heç bir aidiyyəti yoxdur. Elə diş var ki, bir dəqiqəyə, eləsi də var bir saata çıxır. Yəni fikir yürütmək olmaz ki, ağıl dişidir deyə belə olub. Ümumiyyətlə, iltihablı dişdirsə, oradan qana infeksiya keçməsi fikrini savadlı həkim deyə bilməz”.

Həkim “Stomatoloq pasiyent qəbul edərkən, ilk müayinədə nələri soruşmalıdır” sualına belə cavab verib: “İndi dəbdir, hamı qan durulducu dərman atır. Bunu soruşuruq, atırmı ya yox. Ümumiyyətlə, anamnez toplanmalıdır”.



Adil Qeybulla: “Bəzən pasiyentlərin diş kökündə olan müxtəlif abseslər yayıla bilər, odur ki...”

Tanınmış həkim, professor Adil Qeybulla da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı. O dedi ki, bu məsələ araşdırılmalıdır: “Birincisi, odontogen infeksiyaları istənilən anda mediasinit və digər yayılmış infeksiya yarada bilər. Bəzən pasiyentlərin diş kökündə olan müxtəlif abseslər də yayıla bilər. Xüsusilə divar aralığına, döş qəfəsinə yayıla, ağır nəticələrə səbəb ola bilər. Hər halda, bu araşdırılmalıdır”.

Qeyd edək ki, “Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın təsdiq edilməsi barədə Qərarda diş həkiminin əmək funksiyası haqqında məlumat verilib. Qeyd edilir ki, tutduğu vəzifənin profilinə uyğun olaraq diş, ağız boşluğu və üz-çənə nahiyəsi xəstəliklərinin və zədələnmələrinin diaqnostikası və müalicəsi üzrə işləri aparır. Böyüklər və uşaqlar arasında ağız boşluğunun profilaktikası və sağlamlaşdırılması üzrə işləri yerinə yetirir. Diş həkimi - diş, ağız boşluğu və üz-çənə nahiyəsi xəstəliklərinin və zədələnmələrinin diaqnostikası və müalicəsinin müasir metodlarını; stomatoloji yardımın təşkilinin əsaslarını; stomatologiyada tətbiq olunan müasir aparatları, alət və materialları, xüsusi təhlükəli infeksiya, qazanılmış immunçatışmazlığı sindromuna və ya insanın immunçatışmazlığı virusuna şübhəli xəstə aşkar edildiyi zaman tibb heyətinin iş qaydasını; həyati vacib və təcili hallarda istifadə edilən dərman vasitələrinin siyahısını; həkim resepti olmadan buraxılan dərman vasitələrinin siyahısını; dərman vasitələrinin sertifikatlaşdırılması, keyfiyyəti, səmərəliliyi, təhlükəsizliyi və dövlət qeydiyyatı ilə bağlı tələbləri; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına olan tələbləri; reanimasiya üsullarını; aseptika və antiseptikanın əsaslarını; alətlərin sterilizə olunma qaydalarını; qanaxma, kollaps, anafilaktik şok zamanı ilk yardım metodlarını; müəssisədaxili intizam qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını bilməlidir.

Afaq MİRAYİQ,

“Yeni Müsavat”



Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az