• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 21-10-2026 Xətai rayonunda "Energetiklər Günü" münasibətilə tədbir keçirildi - VİDEO
  • 21-10-2026 Banklara kibertəhlükələr barədə məlumat verilib - VİDEO
  • 21-10-2026 Uitkoff Putinə Tramp və Zelenski ilə birbaşa danışıqlar təklif edəcək
  • 21-10-2026 Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
  • 21-10-2026 Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
  • 21-10-2026 Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
  • 21-10-2026 UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
  • 21-10-2026 Azərişıq Suraxanı rayonunda kütləvi narazılıq yaradır – VİDEO
  • 21-10-2026 Azərbaycanda balıq bahalaşdı - Qiymət
  • 21-10-2026 Məktəbin ərazisi tikanli məftillərlə çəpərlənib - VIDEO
  • 20-10-2026 İntensiv yağış yağacaq, qara keçəcək - Proqnoz
  • 20-10-2026 Bu şəxslər üçün iş icazəsinin alınması tələb olunmayacaq
  • 20-10-2026 Nizami rayon prokuroru vəzifəsindən azad edildi
  • 20-10-2026 Trampa pul xərclədi, qarşılığını Ermənistanda alır– Nəhəng sərvətə yiyələnir
  • 20-10-2026 Fransa qarışdı, “Qalatasaray” ora getmək istəmir – UEFA-dan gözlənilməz qərar
  • 20-10-2026 Bulvarda hər gün "qara kassa"ya 1000 manat yığılırmış – Keçmiş sədrin məhkəməsi
  • 20-10-2026 Kim Çen Inın öldüyü xəbəri yayılıb
  • 20-10-2026 “Çox nahaq yerə özün üçün yaşayırsan” - Nadir Qafarzadə
  • 20-10-2026 Dünyanın ən çox qazanan 10 futbolçusu
  • 20-10-2026 Mehmet Ali Erbil hönkür-hönkür ağladı - "Bunu uşaqlığıma bağışlayın"

XƏBƏRLƏR

    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
21-11-2023, 16:16

Robot zəngi, xarici nömrələrdən gələn mesajlar: Hakerlər dilimizi səlis bilirlər?

Robot zəngi, xarici nömrələrdən gələn mesajlar: Hakerlər dilimizi səlis bilirlər?


Vətəndaşlar son günlər xarici nömrələrdən “WhatsApp” üzərindən onlara çoxsaylı mesaj və zəng gəldiyinə dair şikayətlər edirlər. Bu şikayətlərin böyük bir hissəsi sosial şəbəkələrdə paylaşılır.

Paylaşımlarda müxtəlif ölkələrə aid nömrələrdən “salam, necəsiniz?” yazılaraq və ya “WhatsApp” üzərindən zəng edilərək kiberhücum cəhdləri olduğu qeyd edilir. Azərbaycan dilində rahat şəkildə danışan şəxslərin kimliyi isə mücərrəd olaraq qalır.

Kiberhücumlar doğrudanmı xaricdən gəlir, yoxsa VPN proqramlarının kiberhücumlarda müəyyən payı var?

İnsanlar bu kimi kiberhücumlarla mübarizədə aidiyyəti qurumların nə kimi tədbir gördüklərini bilmək istəyirlər.

Hər kəsə maraqlıdır ki, bu nömrələr təsadüfən yığılır, yoxsa birbaşa hansısa bazadan götürülərək istifadə olunur? Bu hücumlara qarşı hansı addımlar atılacaq?

Oxu.az-ın sorğusuna cavab olaraq Elektron Təhlükəsizlik Xidmətindən (ETX) bildirilib ki, vətəndaşlara son zamanlar ani mesajlaşma tətbiqləri üzərindən xarici nömrələrdən gələn zənglərin və mesajların sayında artım müşahidə edilir:

“Adətən, bu zəng və mesajlar vasitəsilə vətəndaşlara qarşı kiberdələduzluq fəaliyyəti həyata keçirilir. Belə ki, özlərini hər hansı məşhur şirkətin və ya qurumun adından təqdim edən dələduzlar vətəndaşlara iş təklifi, qısa zamanda asan qazanc vədi verirlər. Buna aldanan vətəndaşlardan növbəti mərhələdə fərdi və bankı kartı məlumatları tələb edilir.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə hallarla qarşılaşdıqda diqqətli olmağı, tanımadıqları və şübhəli mənbələrdən gələn zəng və mesajlara qarşı həssas yanaşmağı, qarşı tərəfə öz bank və digər fərdi məlumatlarını təqdim etməməyi, hər hansı şirkət adından müxtəlif tipli mesajlar aldıqda bu məlumatları birbaşa həmin şirkətlə dəqiqləşdirməyi tövsiyə edir”.

ETX-dən vətəndaşlar arasında onların nömrələrinin operatorlar tərəfindən icazəsiz olaraq fərqli formada hansısa şirkətlərə satıldığına dair iddialara da cavab verilib:

“Nömrələrin satılması iddiası doğru deyil. Belə ki, dələduzlar ölkə kodu ilə istənilən nömrələri ixtiyari şəkildə seçərək mesaj göndərə və ya zəng edə bilərlər”.

Bəs ola bilərmi ki, bu kimi zənglər ölkə daxilindən, lakin VPN proqramları vasitəsilə həyata keçirilsin?Ümumiyyətlə, VPN istifadəsi leqaldır?

ETX-dən verilən məlumatda qeyd edilib ki, bu halların VPN istifadəsi ilə baş verməsi iddiaları da həqiqətə uyğun deyil:

“Ümumiyyətlə isə Elektron Təhlükəsizlik Xidməti olaraq VPN proqramlarının istifadəsini tövsiyə etmirik. Çünki bu halda telefonda və ya elektron cihazda olan məlumatların üçüncü tərəfə ötürülmə riski mövcuddur. Sizin xəbəriniz olmadan hər hansı üçüncü tərəf cihazınızda olan məlumatlara nəzarət edə bilir”.

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az