• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 21-10-2026 Xətai rayonunda "Energetiklər Günü" münasibətilə tədbir keçirildi - VİDEO
  • 21-10-2026 Banklara kibertəhlükələr barədə məlumat verilib - VİDEO
  • 21-10-2026 Uitkoff Putinə Tramp və Zelenski ilə birbaşa danışıqlar təklif edəcək
  • 21-10-2026 Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
  • 21-10-2026 Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
  • 21-10-2026 Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
  • 21-10-2026 UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
  • 21-10-2026 Azərişıq Suraxanı rayonunda kütləvi narazılıq yaradır – VİDEO
  • 21-10-2026 Azərbaycanda balıq bahalaşdı - Qiymət
  • 21-10-2026 Məktəbin ərazisi tikanli məftillərlə çəpərlənib - VIDEO
  • 20-10-2026 İntensiv yağış yağacaq, qara keçəcək - Proqnoz
  • 20-10-2026 Bu şəxslər üçün iş icazəsinin alınması tələb olunmayacaq
  • 20-10-2026 Nizami rayon prokuroru vəzifəsindən azad edildi
  • 20-10-2026 Trampa pul xərclədi, qarşılığını Ermənistanda alır– Nəhəng sərvətə yiyələnir
  • 20-10-2026 Fransa qarışdı, “Qalatasaray” ora getmək istəmir – UEFA-dan gözlənilməz qərar
  • 20-10-2026 Bulvarda hər gün "qara kassa"ya 1000 manat yığılırmış – Keçmiş sədrin məhkəməsi
  • 20-10-2026 Kim Çen Inın öldüyü xəbəri yayılıb
  • 20-10-2026 “Çox nahaq yerə özün üçün yaşayırsan” - Nadir Qafarzadə
  • 20-10-2026 Dünyanın ən çox qazanan 10 futbolçusu
  • 20-10-2026 Mehmet Ali Erbil hönkür-hönkür ağladı - "Bunu uşaqlığıma bağışlayın"

XƏBƏRLƏR

    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
12-10-2023, 08:37

Azərbaycan ürəkdən ölənlərə görə dünyada 2-ci yerdədir - nə edək?

Azərbaycan ürəkdən ölənlərə görə dünyada 2-ci yerdədir - nə edək?


Rəşad Mahmudov: “Problemi yaradan ilk səbəb yaşayış tərzidir, digər önəmli səbəblər düzgün qidalanmama və stressdir”

12 il Almaniyada yaşayıb, orada fəaliyyət göstərən doktor Nicat İbrahimov bugünlərdə vətənə qayıdıb. Bundan sonra fəaliyyətini Azərbaycanda - Şirvan şəhərində davam etdirəcək. Onun 20 min avroluq maaşdan imtina edib Vətənə dönməsinə səbəb isə daha maraqlıdır. N.İbrahimov bildirib ki, bu qərarı anidən verib: “1-2 ay əvvəl rastlaşdığım statistika məni təsirləndirdi. Statistikaya əsasən dünyada ürək xəstəliklərindən ölüm sayına görə Azərbaycan ikinci yerdə idi. Biz azərbaycanlı həkim olaraq, qərib ölkələrdə xarici vətəndaşları 100 yaşında belə müalicə edib həyata qaytarırıq, öz vətənimizdə isə gənc yaşlarda ölüm halları artır. Bu pik nöqtə oldu və ertəsi gün Azərbaycana gəlmək üçün ərizə yazıb işdən ayrıldım”.

Dünyada məşhur və ən çox istinad edilən mənbələrdən biri olan “worldlifeexpectancy”nin məlumatına görə, ürək, qan-damar sistemi xəstəliklərindən baş verən ölüm hallarına görə ölkəmiz Tacikistandan sonra ikinci yerdə qərarlaşıb. Ölkəmizin reytinq dərəcəsi 388.4-dir.

Bu da o deməkdir ki, Azərbaycan ürək, qan-damar sistemi xəstəliklərinə görə ən riskli ölkələrdən biridir. Ən riskli ölkələr sırasında Özbəkistan 3-cü, Ukrayna 4-cü yerdədir.

Doğrudanmı Azərbaycanda ürəklə bağlı problem bu dərəcədə fəlakətlidir? Əslində vaxtaşırı ətrafımızda da görürük ki, gənc, orta yaşlı adamlar ürəktutmadan dünyasını dəyişir. Elə jurnalistlər arasında da bir neçə həmkarımızı itirmişik son 1 ildə.

Bəs bizi bu arzuolunmaz statistikada dünyada ikinci edən səbəblər hansılardır?



Rəşad Mahmudov

Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, tibb elmləri doktoru, ürək və damar cərrahı Rəşad Mahmudov “Yeni Müsavat”a bildirdi ki, ürək damarlarındakı darlıqlara bağlı olaraq dünyada ən çox ölüm və əlillik səbəbi olan infarktın yaratmış olduğu problemlər, yaşa bağlı olan ölüm nisbəti dəyərlərinə görə Azərbaycan regiondakı bir çox ölkə ilə yanaşı, yüksək riskli ölkə kimi qəbul edilir. O qeyd etdi ki, bir çox beynəlxalq statistikada ölkəmizin adının ön sırada olması əlbəttə ki, narahatedicidir:

“Problemi yaradan ilk səbəb yaşayış tərzidir. Digər önəmli səbəblər düzgün qidalanmama və stressdir. Bu, cəmiyyətin özündən asılı olan məsələdir. KİV-in rolu, aidiyyəti orqanların effektiv təsiredici mexanizmlərinin istifadəsi çox vacibdir. O cümlədən şəkər və təzyiq də nəzarət altında saxlanmalıdır. Bu xəstəliklər xəstəxanada deyil, ambulator olaraq təqib olunur. Bu xəstəliklərin gedişatına görə icbari tibbi sığortanın imkanları daxilində xüsusilə təzyiq və xroniki xəstəliklərə qarşı vətəndaşların dərman preparatları ilə təmin olunması da gələcəkdə müsbət amil kimi Azərbaycanın beynəlxalq statistikada daha aşağı sıralarda yer almasına şərait yarada bilər. Bugünkü statistika əvvəlki illərin hesablamaları nəticəsində ortaya çıxıb. Qeyd etmək istəyirəm ki, ürək-damar xəstəlikləri ilə mübarizədə Azərbaycanda ciddi islahatlar həyata keçirilir. Nəticə isə önümüzdəki illərdə daha aydın görünəcək. Bunun beynəlxalq statistikalara da öz təsirini göstərəcəyinə əminəm. Düşünürəm ki icbari tibbi sığortanın tətbiqi və ümumilikdə tibb sahəsində həyata keçirilən islahatlarla nəticə daha təsirli olacaq. Əlbəttə ki, bu xəstəliklər təkcə, ürək-damar xəstəlikləri üçün deyil, ümumiyyətlə, bədəndə eyni risklərlə yaranan onkoloji xəstəliklərin azalmasına səbəb olacaq. Xüsusilə orta yaş ömrü artdıqca alzeimer və bir çox nevroloji xəstəliklər, insultun azalmasına gətirib çıxaracaq. Problemin səbəbləri bəllidir, həlli üçün aidiyyəti orqanlar müvafiq tədbirlər görürlər”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az