• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 21-10-2026 Xətai rayonunda "Energetiklər Günü" münasibətilə tədbir keçirildi - VİDEO
  • 21-10-2026 Banklara kibertəhlükələr barədə məlumat verilib - VİDEO
  • 21-10-2026 Uitkoff Putinə Tramp və Zelenski ilə birbaşa danışıqlar təklif edəcək
  • 21-10-2026 Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
  • 21-10-2026 Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
  • 21-10-2026 Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
  • 21-10-2026 UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
  • 21-10-2026 Azərişıq Suraxanı rayonunda kütləvi narazılıq yaradır – VİDEO
  • 21-10-2026 Azərbaycanda balıq bahalaşdı - Qiymət
  • 21-10-2026 Məktəbin ərazisi tikanli məftillərlə çəpərlənib - VIDEO
  • 20-10-2026 İntensiv yağış yağacaq, qara keçəcək - Proqnoz
  • 20-10-2026 Bu şəxslər üçün iş icazəsinin alınması tələb olunmayacaq
  • 20-10-2026 Nizami rayon prokuroru vəzifəsindən azad edildi
  • 20-10-2026 Trampa pul xərclədi, qarşılığını Ermənistanda alır– Nəhəng sərvətə yiyələnir
  • 20-10-2026 Fransa qarışdı, “Qalatasaray” ora getmək istəmir – UEFA-dan gözlənilməz qərar
  • 20-10-2026 Bulvarda hər gün "qara kassa"ya 1000 manat yığılırmış – Keçmiş sədrin məhkəməsi
  • 20-10-2026 Kim Çen Inın öldüyü xəbəri yayılıb
  • 20-10-2026 “Çox nahaq yerə özün üçün yaşayırsan” - Nadir Qafarzadə
  • 20-10-2026 Dünyanın ən çox qazanan 10 futbolçusu
  • 20-10-2026 Mehmet Ali Erbil hönkür-hönkür ağladı - "Bunu uşaqlığıma bağışlayın"

XƏBƏRLƏR

    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
27-01-2024, 10:05

Marşrut avtobuslarında istilik problemi - niyə həllini tapmır?

Marşrut avtobuslarında istilik problemi - niyə həllini tapmır?


Eldəniz Cəfərov: “Avtobuslar sərnişinin komfortlu, təhlükəsiz daşınmasını həyata keçirməlidir, çünki öhdəliyi var”

Qışın oğlan çağında, şaxtalı günlərində də paytaxtın əksər marşrut avtobusları qızdırılmır. Bu günlər sərnişinlərdən gələn şikayətlər qənaətimizi bir daha təsdiqlədi. İnsanlar mənzil başına çatanadək bumbuz oturacaqlarda oturmalı, soyuq salonda uzaq yol getməli olurlar. Bu isə xüsusən də infeksion xəstəliklərə daha tez, yaxud təkrar yaxalanma riski deməkdir.

Yayda hamam, qışda buz kimi olan avtobuslar haqda dəfələrlə yazılıb. Ancaq nə qədər tənqid səslənsə də, vəziyyət yaxşıya dəyişmir. Hətta bir çox hallarda standarta uyğun müasir avtobuslarda da qışda istilik, yayda sərinlik olmur. Səbəb nədir - yanacağa qənaət, yoxsa? Məgər sərnişinin ödədiyi gediş haqqına istilik və ya sərinliklə təminat daxil deyil? İnsan komfort vəziyyətdə, normal temperaturda yol getməli deyil ki?

Qeyd edək ki, 12, 113, 191, 106 saylı avtobuslardan istifadə edən sərnişinlər bizimlə söhbətdə bildiriblər ki, adıçəkilən avtobuslarda istilik yox dərəcəsindədir, oturacaqlar da pis vəziyyətdədir.

Yeri gəlmişkən, Azərbaycanın nəqliyyat və rəqəmsal inkişaf nazirinin müavini Rəhman Hümmətov deyib ki, hazırda Bakıda fəaliyyət göstərən 180-ə yaxın marşrut sayını 90-a endirmək lazımdır. Onun sözlərinə görə, bu prosesdə avtobusların sayı azalmayacaq, sadəcə marşrutların uzunluğu artacaq. Nazir müavini həmçinin gələn il Bakıda avtobusların elektriklə işləyən avtobuslarla əvəzlənməsinin planlaşdırıldığını söyləyib. “2024-cü ildə Azərbaycan COP-29-a ev sahibliyi edəcək. Gələn ildən biz Bakının küçələrində daha tez-tez yeni elektrobusları görəcəyik”, - deyə o qeyd edib.

Bundan əlavə, mövcud marşrut xətlərində avtobus problemindən danışan R.Hümmətov əlavə edib ki, hazırda Bakıda 400-ə yaxın avtobus müasir tələblərə cavab vermir.



Eldəniz Cəfərov

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, ictimai nəqliyyatda sərnişindaşıma ilə məşğul olan avtobusların hamısı müasir sərnişindaşıma tələblərinə cavab verməlidir. Xüsusən, yayda soyutma sistemi, qışda da istilik sistemi olmalıdır. Bu vacib tələblərdən biridir. Təəssüf ki, bəzi özəl daşıyıcılar buna əhəmiyyət vermirlər. İllərdir deyilir, amma özəl daşıyıcılar buna məhəl qoymur. Öz balanslarında olan köhnə, bugünkü standartlara cavab verməyən avtobuslarla bu daşınmanı həyata keçirirlər. Bunun səbəbini də izah etməlidirlər.

Əlbəttə ki, gediş haqqına bunlar hamısı daxildir, daşıyıcılar sərnişini komfortlu, təhlükəsiz daşınmasını həyata keçirməlidirlər. Onlar tenderdə iştirak edəndə bu kriteriyalara cavab verəcəklərini, bu şərtlərə əməl edəcəklərini qeyd edirlər. Yəni, belə bir öhdəlikləri var".


Elməddin Muradlı

Nəqliyyat eksperti Elməddin Muradlı da hesab edir ki, avtobusların əksəriyyəti istismar müddətini başa vurub, bu səbəbdən onların istilik sistemləri işlək vəziyyətdə deyil: “Ancaq bəzilərində işlək vəziyyətdə olsa da, bundan qəsdən istifadə etmirlər. Eyni vəziyyət yayda da yaşanır, kondisioneri yandırmırlar. Başa düşürük ki, yayda kondisioner işlətdikləri zaman yanacaq sərfiyyatı artır. Ancaq burada maddi marağı güdmək doğru deyil. Nazirlər Kabinetinin müvafiq göstərişi var ki, avtobuslar istilik və sərinlətmə sistemi ilə təmin olunmalıdır. Bundan da mövsümə uyğun olaraq istifadə edilməlidir. Ola bilər ki, bəzi daşıyıcı şirkətlər hələ də elə bilirlər ki, istilik sistemini işlədən zaman da yanacaq istifadəsi artır. Sürücülərin özbaşına davranışı normal yanaşma deyil. Bu, nəqliyyat sistemində xoş qarşılanmayan haldır. Əminəm ki, onların əksəriyyətinin istilik sistemləri işlək vəziyyətdə deyil. Nəinki istilik sistemi, avtobusun elə vacib elementləri var ki, heç onlar da işləmir”.

Qeyd edək ki, mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən mediaya bildirilib ki, hazırda yüzədək marşrut üzrə müasir tələblərə cavab verməyən avtobus fəaliyyət göstərsə də, onların əksəriyyəti saz vəziyyətdədir. İctimai nəqliyyatda sərnişinlərə göstərilən xidmətlərin təhlükəsizlik və keyfiyyət baxımından yüksək standartlara çatdırılması məqsədilə avtobus parkının yenilənməsi diqqət mərkəzindədir. Qeyd olunub ki, daşıyıcı şirkətlər qarşısında sərnişindaşıma tələblərinə cavab verməyən, o cümlədən köhnə, istismara yararsız avtobusların yeniləri ilə əvəzlənməsi ilə bağlı konkret tapşırıqlar qoyulur. “Hazırda paytaxt Bakıda 100-ə yaxın marşrut üzrə müasir tələblərə cavab verməyən avtobus fəaliyyət göstərir. İstismarda olan nəqliyyat vasitələri müasir tələblərə cavab verməsə də, böyük əksəriyyəti saz vəziyyətdədir”, - deyə məlumatda qeyd olunur.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az