• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 10-11-2026 Cənab Nəsirli... sizə qədər bura yetərincə yamaq vurublar... - FAKT BUDUR!
  • 10-11-2026 Azərbaycan XİN Polşanın Krakov şəhərində baş verən atışma ilə bağlı başsağlığı verib
  • 10-11-2026 Ayın 11-də intensiv yağış yağacaq - Proqnoz
  • 10-11-2026 BDYP sürücülərə müraciət etdi
  • 10-11-2026 Hava ilə bağlı son məlumat
  • 10-11-2026 Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb
  • 10-11-2026 Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
  • 10-11-2026 5 günlük tətil başlayır - Tarixlər açıqlandı
  • 10-11-2026 15 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI
  • 10-11-2026 Qubada ağır qəza - Ölən və yaralananlar var
  • 10-11-2026 Trampla bağlı ŞOK PROQNOZ
  • 10-11-2026 Netanyahu hər gün Trampa zəng vurur - Ağ Evdə gərginlik
  • 10-11-2026 "20 yaşa qədər heç nə etməmisənsə, özünə sənət axtar"
  • 10-11-2026 Joze Mourinyo La Liqanın ən yaxşı məşqçisi seçildi
  • 10-11-2026 Əməliyyatı illərlə cərrah yox, xadimə edib – Özəl xəstəxanada qalmaqal
  • 10-11-2026 Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur
  • 10-11-2026 İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
  • 10-11-2026 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı
  • 10-11-2026 Türkiyədə yeni neft yataqları tapıldı
  • 09-11-2026 Vətən müharibəsi iştirakçısı bıçaqlandı

XƏBƏRLƏR

    Joze Mourinyo La Liqanın ən yaxşı məşqçisi seçildi
    İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
    “Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
    Avropa Liqası: Kamilo Duran "Beşiktaş"ı xalsız qoydu
    Ağıllı saatlara görə aksiz vergisi alınacaq
    "Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
    "Qalatasaray” Çempionlar Liqasında növbəti qələbəsini qazanıb
    Mətbəxdə sönülü olsa da risk yaradan 3 elektrik cihazı: İsitfadədən sonra mütləq tokdan çıxarın
    İki cüdoçumuz Avropa çempionu olub
    Super Liqa: “Fənərbaxça” turu məğlub başa vurub
Bu gün, 09:14

Trampla bağlı ŞOK PROQNOZ

Trampla bağlı ŞOK PROQNOZ


ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinin başlanması və sülh danışıqları ilə bağlı növbəti dəfə diqqətçəkən bəyanatlar verib.

Tramp CBS telekanalının məşhur “60 Minutes” verilişinə müsahibəsində Rusiya prezidenti Vladimir Putinlə Ukrayna lideri Volodimir Zelenski arasında keçirilən ilk görüşdə Ukrayna tərəfinin Rusiyaya qarşı böyük hörmətsizlik nümayiş etdirdiyini iddia edib. O, bu səbəbdən liderlərin şəxsi münasibətləri barədə danışmaq istəmədiyini bildirib.

ABŞ lideri vurğulayıb ki, onun ilk prezidentlik dövründə müharibə baş verməyib və hakimiyyətdə qalsaydı, Putinin ən böyük arzusu olmasına baxmayaraq, Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasına imkan verməzdi.

Tramp müharibədən sonra Ukraynanın sərhədlərinin əvvəlkindən fərqli olacağını, ölkənin ərazi itkisi ilə üzləşə biləcəyini də istisna etməyib. O, həm Putin, həm də Zelenski ilə münasibətlərinin yaxşı olduğunu bildirərək, Vaşinqtonun müharibəni tezliklə dayandırmaq və tərəfləri yekun sülh sazişinə gətirmək niyyətində olduğunu vurğulayıb.

Trampın Ukraynanın müharibədən sonra ərazi itkiləri ilə üzləşəcəyinə dair eyhamı Vaşinqtonun Kiyevə münasibətdə mövqeyinin dəyişdiyini göstərirmi? Bu, faktiki olaraq Rusiyanın işğal etdiyi ərazilərlə bağlı güzəştə hazırlıq kimi qiymətləndirilə bilərmi?

Mövzu ilə bağlı siyasi şərhçi Heydər Oğuz Musavat.com-a danışıb.



Siyasi şərhçi bildirib ki, ABŞ prezidenti Donald Trampın Ukrayna-Rusiya müharibəsi ilə bağlı mövqeyi dəyişməyib:

“O, hələ ikinci dəfə prezidentliyə namizədliyini irəli sürəndə belə, Ukraynanın ərazi güzəştləri hesabına müharibənin dayandırıla biləcəyini düşünürdü. Məhz bu səbəbdən də Ukrayna-Rusiya müharibəsindəki gərginliyi bir gündə həll edəcəyinə dair populist bəyanatlar verirdi. Hətta Zelenski ilə qalmaqallı görüşü də məhz bu mövqeyindən qaynaqlanmışdı. Xatırladım ki, həmin görüşdə Ukrayna prezidentinin problemin ədalətli həlli ilə bağlı tələbinə “Sizin əlinizdə kart yoxdur”, - deyə qeyri-adi cavab vermişdi. Trampın nöqteyi-nəzərincə, müharibənin həlli yolları axtarılarkən kimin haqlı, kimin haqsız olduğuna baxmaq lazım deyil. Kim güclüdürsə, müharibəni bitirmək üçün kartlar onun əlindədir. Bu yanaşmanı Zelenskinin qəbul etmək imkanı yox idi. Çünki bu halda Ukraynanın ərazi bütövlüyü və suverenlik hüquqları gözardı edilir, “kim güclüdürsə, o da haqlıdır” düşüncəsi əsas götürülürdü. Halbuki, müharibələr tarixində dəfələrlə “kim haqlıdırsa, o qalib gələcək” prinsipi öz sözünü demişdi. Artıq beş ildir dünyanın ikinci ən böyük hərbi gücü ilə ölüm-dirim mübarizəsi aparan Ukrayna Qərb dövlətlərinin siyasi və logistik dəstəyi ilə Rusiyanı çarəsiz vəziyyətə salıb. Kiyevin Rusiya iqtisadiyyatının aparıcı sektorlarına endirdiyi zərbələr Moskvanı iflasa sürükləyir. Belə bir vəziyyətdə Trampın “güclü haqlıdır” məntiqi də çökür, Ukraynanı və onun Qərb müttəfiqlərini müharibəni davam etdirməyə həvəsləndirir. Açığı, ABŞ-də keçirilən Konqres seçkilərində böyük uğursuzluqla üzləşən və “topal ördəyə” çevrilməsinə sayılı günlər qalan Tramp artıq kimlərisə zor gücünə təslimiyyət aktı imzalamağa vadar edə bilməz. Uzağı, onun ədalətsiz tələblərinə “baş üstə” deyib, öz bildiklərini həyata keçirəcəklər. Nəticədə Tramp öz impiçmentini tezləşdirməkdən başqa heç nəyə nail ola bilməyəcək”.

Xalidə Gəray
Musavat.com

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az