
Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) yeni təyinat olub.
Bununla bağlı müvafiq əmr imzalanıb. "DİA-AZ qeyd edir ki, əslində burada qeyri-adi heç nə yoxdur... Amma söhbət SOCAR-dan getdiyindən ...
Məlumdur ki, SOCAR-da son altı ildə işçilərin əməkhaqları artmır, yerində satması bir yana, hətta əksər işçilərin maaşlarına nəzərdə tutulmuş müxtəlif əlavələr də kəsilib. Bu da hamısı deyil və paralel olaraq minlərlə işçi ixtisara salınıb, məhz QƏNAƏT REJİMİ adı altında. İndi isə bir daha aydın olur ki, əslində SOCAR-dakı QƏNAƏT REJİMİ yalnız və yalnız sıravi işçilərə aiddir. Yuxarıda isə ..
"DİA-AZ" xəbər verir ki, elə son əmrə əsasən, Orxan İsmayılov SOCAR-ın Vitse-prezidentinin müavini vəzifəsinə təyin olunub.
O, bu ilin mart ayından yeni təyinatadək “SOCAR Upstream Əməliyyatların idarə olunması” şirkətinin Strateji idarəetmə məsələləri üzrə icraçı müşaviri vəzifəsində çalışıb.
Ümumilikdə isə 2015-ci ildən bəri SOCAR-da müxtəlif vəzifələrdə işləyib.
Qeyd edək ki, SOCAR-ın hazırda 10 vitse-prezidenti var. Onların da xeyli sayda müavini, müşaviri, köməkçisi və s. Bir sözlə, SOCAR-da əmr verən çoxdur... İş görən isə çıraqla axtarılır...
Nyus.Az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!
Nyus.Az

























