• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 22-10-2026 Elm və Təhsil Nazirliyi 25 milyonluq avadanlıq alır
  • 22-10-2026 Bakı Abadlıq Dədə Qorqud Parkını baxımsız vəziyyətə salıb – VİDEO
  • 22-10-2026 Nazirlik əməkdaşı ilə bələdiyyə sədri arasında dava düşdü - "Hara qaçırsan, a kişi..."
  • 22-10-2026 Əliyev-Ərdoğan dostluğu hər cür siyasi fırtınadan güclüdür: amma məzhəbçi-dinçi AKP-liləri də unutmayacağıq - BİZİM BAXIŞ
  • 22-10-2026 Ərdoğanın geyimində diqqətçəkən məqam - FOTO
  • 22-10-2026 Hikmət Rəhimov “44” filminin çəkilişlərindən danışıb: Qarlı küçədə hava beton tikilinin içindən daha isti idi
  • 22-10-2026 Biləsuvarda 17 yaşlı qızın meyiti tapıldı
  • 22-10-2026 Evinin "kupça"sı olmayanlara şad xəbər
  • 22-10-2026 Əraqçi: ABŞ müharibəni seçərsə, strateji məğlubiyyətə uğrayacaq
  • 22-10-2026 Lerik dağlarında faciə: Qızıl axtaran 42 yaşlı kənd sakini öldü - VIDEO
  • 22-10-2026 Leyla Əliyeva Səmərqənddə “Əbədi şəhər” kompleksi ilə tanış olub
  • 22-10-2026 Pirşağıda evi ilanlar basıb - VIDEO
  • 22-10-2026 Qardaşlıq qalib gəldi, amma izlər qaldı
  • 22-10-2026 Barəsində cinayət işi açılan Fəxrəddin Zeynalovun oğlu vəzifəsindən azad edildi
  • 21-10-2026 Xətai rayonunda "Energetiklər Günü" münasibətilə tədbir keçirildi - VİDEO
  • 21-10-2026 Banklara kibertəhlükələr barədə məlumat verilib - VİDEO
  • 21-10-2026 Uitkoff Putinə Tramp və Zelenski ilə birbaşa danışıqlar təklif edəcək
  • 21-10-2026 Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
  • 21-10-2026 Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
  • 21-10-2026 Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib

XƏBƏRLƏR

    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
8-05-2026, 08:29

Bakı dünyaya kamikadze PUA-larla çıxır - Bədxahlara mesaj

Bakı dünyaya kamikadze PUA-larla çıxır - Bədxahlara mesaj


Azərbaycanın müdafiə sənayesi sahəsində fəaliyyət göstərən "Arkan İnnovations LLC" şirkəti üç yeni kamikadze dron istehsal edib. Modern.az xəbər verir ki, 2026-cı il istehsalı olan kamikadze dronlar hazırda İstanbulda keçirilən V "SAHA 2026" Beynəlxalq Müdafiə və Aerokosmik Sərgisində ictimaiyyətə təqdim olunub.

"Arkan-10", "Arkan -10 FO" və "Arkan- 10 FT" adlanan yeni nəsil dronlar müasir texnologiyalar əsasında hazırlanıb və həm kəşfiyyat, həm də zərbə imkanlarına malikdir. Xüsusilə "Arkan -10 FO" fiber-optik olduğundan radarlara düşmək ehtimalı çox azdır. Bildirilib ki, sözügedən pilotsuz uçuş aparatlarında (PUA) süni intellekt elementləri, təkmilləşdirilmiş avtonom idarəetmə sistemi və daha uzun uçuş müddəti təmin edilib.

Yeni modellərin əsas xüsusiyyətləri arasında aşağı radar görünürlüğü, yüksək manevr qabiliyyəti və müxtəlif silah sistemləri ilə inteqrasiya imkanı xüsusi qeyd olunur. Bu dronlar müasir döyüş şəraitində effektiv istifadə üçün nəzərdə tutulub. Azərbaycanın PUA sahəsində inkişafı uzunmənzilli dronlar istehsalına qədər davam yüksələ bilərmi? Hansı ölkələr bu dronları bizdən ala bilər?



Hərbi ekspert Səxavət Məmməd Musavat.com-a dedi ki, son illər Azərbaycanın müdafiə sənayesi sahəsində atdığı addımlar, xüsusilə yeni nəsil kamikadze dronların təqdim edilməsi ölkəmizin bu texnoloji yarışda yerini möhkəmləndirdiyini göstərir: “Yeni təqdim olunan modellər, xüsusilə, fiber-optik texnologiyaya malik olan və süni intellektlə təchiz edilmiş aparatlar müasir döyüş meydanının tələblərinə tam cavab verir. Azərbaycanın PUA istehsalındakı təcrübəsi artıq taktik səviyyədən strateji səviyyəyə keçid üçün zəmin yaradır. Uzunmənzilli dronların istehsalı sadəcə zaman məsələsidir. Bu keçidi təmin edən bir neçə amil var. Onlardan ən əhəmiyyətlisi süni intellekt və avtonom idarəetmə sistemlərinin yerli mütəxəssislər tərəfindən mənimsənilməsi daha böyük platformaların idarə olunmasını asanlaşdırır”.

Hərbi ekspert onu da diqqətə çatdırdı ki, Azərbaycan müdafiə sənayesinin istehsal etdiyi dronlara maraq göstərən ölkələrin coğrafiyası genişdir: “Orta Asiya ölkələri, Yaxın Şərq və Afrika dövlətləri, eləcə də hərbi büdcəsini optimallaşdırmaq istəyən Şərqi Avropa ölkələri Azərbaycan istehsalı olan bu sistemlərin potensial alıcılarıdır. Hesab edirəm ki, Azərbaycanın hərbi sənayesinin inkişafı yalnız səmada deyil, həm də quruda davam etməlidir. Yerüstü robotik sistemlərin (UGV) istehsalı ordumuzun imkanlarını daha da artıracaqdır. Bu sistemlər insan itkisini minimuma endirir. Minalanmış ərazilərin təmizlənməsi və ön xətdə kəşfiyyat aparılması zamanı əvəzolunmazdır. Məsələn, Rusiya tərəfi Ukraynada artıq artileriya vasitələrinin yerdəyişməsini yerüstü dronlar vasitəsi ilə həyata keçirir. Yerüstü dronlar logistik dəstək baxımından da çox əhəmiyyətlidir.

Çətin relyeflərdə sursat və yaralıların daşınması üçün mühüm rol oynayır. Azərbaycan qlobal münaqişələrdən dərslər çıxarmalıdır. Rusiya-Ukrayna müharibəsi və regiondakı digər gərginliklər göstərir ki, müasir döyüşlərdə kəmiyyət deyil, "ağıllı" texnologiyalar qələbəni təmin edir. Ukrayna cəbhəsi sübut etdi ki, radio-elektron mübarizə vasitələrinə qarşı dayanıqlı olmayan (məsələn, fiber-optik əlaqəli) dronlar ən effektiv silahlardır. İranın özünü müdafiəsi göstərdi ki, yerli istehsal çox vacibdir. Münaqişə tərəflərinin xarici asılılığı onların manevr imkanlarını məhdudlaşdırır. Yerli istehsal isə hərbi əməliyyatların gedişatında fasiləsiz təminat deməkdir. Yerli hərbi sənayenin inkişafı Azərbaycanın təhlükəsizlik arxitekturasının onurğa sütunudur. Süni intellektə əsaslanan sistemlər, yerüstü dronlar və uzunmənzilli aparatlar gələcək ordunun əsas gücü olacaq. Öz texnologiyasını yaradan ölkə hər zaman döyüş meydanında diktə edən tərəfdir”.(Musavat.com)

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az