• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 22-10-2026 Elm və Təhsil Nazirliyi 25 milyonluq avadanlıq alır
  • 22-10-2026 Bakı Abadlıq Dədə Qorqud Parkını baxımsız vəziyyətə salıb – VİDEO
  • 22-10-2026 Nazirlik əməkdaşı ilə bələdiyyə sədri arasında dava düşdü - "Hara qaçırsan, a kişi..."
  • 22-10-2026 Əliyev-Ərdoğan dostluğu hər cür siyasi fırtınadan güclüdür: amma məzhəbçi-dinçi AKP-liləri də unutmayacağıq - BİZİM BAXIŞ
  • 22-10-2026 Ərdoğanın geyimində diqqətçəkən məqam - FOTO
  • 22-10-2026 Hikmət Rəhimov “44” filminin çəkilişlərindən danışıb: Qarlı küçədə hava beton tikilinin içindən daha isti idi
  • 22-10-2026 Biləsuvarda 17 yaşlı qızın meyiti tapıldı
  • 22-10-2026 Evinin "kupça"sı olmayanlara şad xəbər
  • 22-10-2026 Əraqçi: ABŞ müharibəni seçərsə, strateji məğlubiyyətə uğrayacaq
  • 22-10-2026 Lerik dağlarında faciə: Qızıl axtaran 42 yaşlı kənd sakini öldü - VIDEO
  • 22-10-2026 Leyla Əliyeva Səmərqənddə “Əbədi şəhər” kompleksi ilə tanış olub
  • 22-10-2026 Pirşağıda evi ilanlar basıb - VIDEO
  • 22-10-2026 Qardaşlıq qalib gəldi, amma izlər qaldı
  • 22-10-2026 Barəsində cinayət işi açılan Fəxrəddin Zeynalovun oğlu vəzifəsindən azad edildi
  • 21-10-2026 Xətai rayonunda "Energetiklər Günü" münasibətilə tədbir keçirildi - VİDEO
  • 21-10-2026 Banklara kibertəhlükələr barədə məlumat verilib - VİDEO
  • 21-10-2026 Uitkoff Putinə Tramp və Zelenski ilə birbaşa danışıqlar təklif edəcək
  • 21-10-2026 Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
  • 21-10-2026 Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
  • 21-10-2026 Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib

XƏBƏRLƏR

    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
4-05-2026, 09:38

“Bağışlanmış cinayət – təmiz reputasiya deyil”

“Bağışlanmış cinayət – təmiz reputasiya deyil”


Azərbaycanda dövlət idarəçiliyində şəffaflıq, məsuliyyət və etimad prinsipləri əsas götürülməlidir. Xüsusilə də dövlətə məxsus qurumlarda və strateji sahələrdə rəhbər vəzifələrə təyinat zamanı keçmiş fəaliyyət, hüquqi status və ictimai etibar əsas meyar olmalıdır.

Lakin Kənd Təsərrüfatı Nazirliyində son təyinat göstərir ki, bu prinsiplər hər zaman gözlənilmir.“Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin Qarabağ Regional İdarəsində baş verən kadr dəyişiklikləri ciddi suallar doğurur. Vaxtilə korrupsiya xarakterli əməllərə görə işdən uzaqlaşdırılmış və barəsində cinayət işi açılmış Çərkəz Şirinovun yenidən rəhbər vəzifəyə – rəis müavini postuna gətirilməsi təkcə hüquqi yox, həm də mənəvi baxımdan mübahisəlidir.Redaksiyamıza daxil olan məlumata görə Çərkəz Şirinovun təyinatı nazir Məcnun Məmmədovdan gizlin həyata keçirilib.Hazırda “Azəraqrar”da kadr təyinatlarına direktor Hikmət Hüseynovun müavinləri Həsən Abdullayevlə və Fəxrəddin Qəhrəmanov nəzarət edir.
Bizimesr.com-un yaydığı məlumatda bildirilir ki, Həsən Abdullayev Prezident Administrasiyasında çalışan qohumu vasitəsilə, Fəxrəddin Qəhrəmanov isə nazir Məcnun Məmmədovun hərbi xidmətdə komandiri olduqlarını tez-tez xatırlatmaqla direktor Hikmət Hüseynovu təsirləri altında saxlayırlar.Direktoru təsiri altında saxlayan Fəxrəddin Qəhrəmanov bu vəziyyətdən “sui istifadə” edərək artıq “öz maraqları” çərçivəsində bir çox kadrları qurumda yerləşdirməklə məşğuldur. Məsələ ondadır ki, Çərkəz Şirinov cinayət məsuliyyətindən azad edilsə də, bu, onun günahsız olması demək deyil. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən, müəyyən cinayətləri törətmiş şəxs zərərçəkmişlə barışdıqda, dəymiş ziyanı ödədikdə və əlavə olaraq dövlət büdcəsinə 25 faiz ödəniş etdikdə məsuliyyətdən azad edilə bilər. Bu norma hüquqi humanizm prinsipinə xidmət edir, lakin heç bir halda həmin şəxsin törətdiyi əməli “yox saymır”. Başqa sözlə, qanun bu cür şəxsləri cəzadan azad edir, lakin məsuliyyətdən və reputasiya yükündən yox. Belə olan halda, vaxtilə rəhbərlik etdiyi qurumda idarəetməni şəxsi maraqlara tabe etdiyinə dair iddialar səslənmiş, cinayət işi açılmış bir şəxsin yenidən vəzifəyə qaytarılması cəmiyyət üçün hansı mesajı verir? Bu addım dürüst çalışan kadrlara qarşı haqsızlıq deyilmi? Kənd Təsərrüfatı strukturlarında təmiz kadr siyasəti harada qalır? Ən təhlükəli məqam isə odur ki, bu cür şəxslər keçmişlərini “bağışlanmış səhv” kimi təqdim edərək özlərini yenidən “təmiz” göstərməyə çalışırlar. Halbuki ictimai etimad sadəcə hüquqi qərarla bərpa olunmur – bu, uzunmüddətli və şəffaf fəaliyyət tələb edir. Rayon ictimaiyyəti isə artıq bu kimi hallara fərqli yanaşır. İnsanlar yaxşı anlayır ki, bəzi şəxslərin yenidən vəzifəyə can atması cəmiyyətə xidmət yox, şəxsi maraqların təminidir. Dövlət vəzifəsi isə imtiyaz mənbəyi deyil – məsuliyyət yüküdür. Əgər Kənd Təsərrüfatı Nazirliyinin idarəçiliyində real islahatlar aparılacaqsa, belə təyinatlara ciddi hüquqi və ictimai qiymət veriləcəkdir. Əks halda, “keçmişi problemli” kadrların geri dönüşü nazirliyin özünə inamı sarsıtmağa davam edəcək.Unutmaq olmaz: qanun kimisə azad edə bilər, amma cəmiyyət hər şeyi yadda saxlayır.Qeyd edək ki, KTN-nin Auidit İdarəsi “Azəraqrar”-da apardığı yoxlamada Fəxrəddin Qəhrəmanovun nəzarət etdiyi texnikalarla bağlı yoxlama aparmayıb. Bu barədə növbəti araşdırmamızda. (Mediatvaz.com)
Nyus.Az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az