• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 06-09-2026 Hava kəskin dəyişir: Qar yağacaq - Proqnoz
  • 06-09-2026 Prezident İlham Əliyev: Azərbaycan-Esvatini münasibətlərinin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb
  • 06-09-2026 "Fənərbağça" uduzdu, azarkeş öldü
  • 06-09-2026 BDYPİ sürücülərə müraciət etdi
  • 06-09-2026 Prezident İlham Əliyev Esvatininin Kralına təbrik məktubu ünvanlayıb
  • 06-09-2026 Hava ilə bağlı son məlumat açıqlandı
  • 06-09-2026 Hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edildi
  • 06-09-2026 Qubada ağır qəza - Ölən və yaralananlar var
  • 06-09-2026 İran ABŞ gəmilərinə hücum etsə, tankerlərini məhv edəcəyik
  • 06-09-2026 Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
  • 06-09-2026 Qəhvə içib yola çıxan sürücülərin nəzərinə: 20 kilometr sonra...
  • 06-09-2026 Putin Moskvada Uitkoff və Kuşnerlə görüşdü - Yenilənib
  • 06-09-2026 "Qarabağ"da gözlənilməz ayrılıq
  • 06-09-2026 Ağdamda traktor minaya düşdü
  • 06-09-2026 Elm adamlarına görə ən gözəl körpə adı bəlli oldu
  • 06-09-2026 Superliqa: "Beşiktaş" səfərdə "Fənərbağça"nı məğlub edib
  • 06-09-2026 Putin: Kiyevə zərbələrin dayandırılması xahişi rəsmi kanallarla daxil olub
  • 06-09-2026 Süleyman Şükürov Avropa çempionu oldu
  • 06-09-2026 Yunanıstanda qəzaya uğrayan qırıcının pilotları həlak olub
  • 06-09-2026 Tuğba Ekinçi saxlanıldı

XƏBƏRLƏR

    "Fənərbağça" uduzdu, azarkeş öldü
    Hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edildi
    Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
    "Qarabağ"da gözlənilməz ayrılıq
    Elm adamlarına görə ən gözəl körpə adı bəlli oldu
    Superliqa: "Beşiktaş" səfərdə "Fənərbağça"nı məğlub edib
    Süleyman Şükürov Avropa çempionu oldu
    "Qalatasaray" İstanbul derbisində qalib gəldi
    Çempionlar Liqası: "Sabah"ın ev oyunlarını keçirəcəyi stadion məlum oldu
    "Qalatasaray" səfərdə "Başakşehir"i məğlub etdi - Türkiyə Superliqası
4-05-2026, 08:14

Xəzərdə artan zəlzələ aktivliyi təhlükəyə işarədir?

Xəzərdə artan zəlzələ aktivliyi təhlükəyə işarədir?


Son vaxtlar Xəzər dənizi akvatoriyasında ardıcıl zəlzələlər müşahidə olunur. Seysmoloji xidmətlərin məlumat bazalarında bu hadisələr əsasən kiçik və ortamaqnitudalı təkanlar kimi təsnif edilir. Aprel ayında Xəzər dənizində 16-dan 18-ə qədər zəlzələ qeydə alınıb. Bu aktivlik çərçivəsində, xüsusilə aprelin 8-də 5.3 maqnitudalı, aprelin 12-də isə 4.6 maqnitudalı zəlzələlər baş verib.

Nyus.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Xəzər seysmik baxımdan tam sakit zona deyil. Amma belə ardıcıl və hiss olunan təkanların bir-birinin ardınca baş verməsi son illərlə müqayisədə daha çox diqqət çəkir.

Bu aktivliyin əsas səbəbləri nədir və hansı geoloji proseslərlə əlaqələndirilir?

"Aktiv bölgələrdə zəlzələlərin qeydə alınması normaldır"

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı bildirib ki, aktiv bölgələrdə vaxtaşırı zəlzələlərin qeydə alınması normaldır: "Azərbaycan ərazisi Alp-Himalay seysmik qırışıqlığının üzərində yerləşir və Xəzər dənizi seysmik baxımından aktiv bölgələrimizdən biridir. Aktiv bölgələrdə vaxtaşırı zəlzələlərin qeydə alınması halı mümkündür. Yəni ərazi seysmikdirsə, orada zəlzələ ehtimalı var. Xəzər dənizində və respublikanın quru ərazisində baş verən maqnitudası üç və üçdən yuxarı olan zəlzələlər haqqında məlumatları RSXM-nin rəsmi internet səhifəsi üzərindən daim ictimaiyyətin diqqətinə çatdırırıq".

Seysmik dinamika

Bakı Dövlət Universitetinin seysmologiya və yer təkinin fizikası kafedrasının müdiri, dosent Əvəz Məmmədov bildirib ki, hazırda hər hansı kəskin təhlükə ilə bağlı əsasımız yoxdur. Bunlar tamamilə normal, təbii hadisələrdir: "Hazırda dünyada zəlzələlərin qısamüddətli proqnozlaşdırılması elmi baxımdan mümkün deyil. Proqnozlar yalnız orta və uzunmüddətli seysmik risk qiymətləndirmələri əsasında aparılır. Azərbaycanda müşahidə olunan seysmik aktivlik təbii geoloji proseslərin nəticəsidir və bu proseslər zamanla dəyişir. Bəzən aktivlik artır, bəzən isə azalır. Bu, normal seysmik dinamika hesab olunur və həyəcan üçün əsas yaratmır".

Zəlzələnin əsas geodinamik səbəbi

Mütəxəssis vurğulayır ki, Xəzər hövzəsi Alp-Himalay seysmik qurşağının tərkib hissəsidir. Bu qurşaq Aralıq dənizindən başlayaraq Yunanıstan, Türkiyə, Qafqaz, İran ərazilərindən keçməklə Hindistanın şimalına qədər uzanır: "Azərbaycan, eləcə də Xəzər dənizi Alp-Himalay qırışıqlıq sisteminin tərkib hissələrindən olub, Avrasiya və Ərəbistan tektonik plitələrinin kollizion təmas zonasında yerləşir və kifayət qədər yüksək seysmik aktivliklə səciyyələnir. Beynəlxalq geodinamik tədqiqatlara əsasən, region Avrasiya plitəsi ilə Ərəb plitəsi arasındakı davamlı sıxılma zonasına daxildir. Bu plitə hərəkətləri nəticəsində yer qabığında gərginlik toplanır və həmin enerji qırılma zonalarında periodik olaraq boşalır. Məhz bu mexanizm zəlzələlərin əsas geodinamik səbəbi kimi qəbul edilir".

"Geoloji baxımdan normaldır"

Mütəxəssisin sözlərinə görə, ölkə ərazisində bir neçə əsas seysmik aktiv zona mövcuddur: "Digər aktiv seysmik zonalar sırasında Şamaxı və İsmayıllı bölgələri də qeyd olunur. Bu ərazilər tarixən seysmik hadisələrin daha çox qeydə alındığı zonalar kimi tanınır. Bundan başqa, Böyük Qafqazın şimal-qərb hissəsində yerləşən Zaqatala və Şəki zonaları da aktiv seysmik bölgələr sırasındadır. Azərbaycan ümumilikdə orta seysmik aktivliyə malik ölkədir. Bu baxımdan ölkə Yaponiya, Filippin və İndoneziya kimi yüksək seysmik aktivliyə malik ölkələrlə müqayisədə daha aşağı risk qrupunda yer alır. Xəzər dənizinin xüsusilə cənub hissəsi geoloji baxımdan daha mürəkkəb quruluşa malikdir. Bu zona Cənubi Xəzər çökəkliyi ilə əlaqədar olaraq yüksək çöküntü qalınlığı və aktiv tektonik deformasiya ilə xarakterizə olunur. Regionda yer qabığının enməsi və sıxılması fonunda seysmik hadisələrin baş verməsi təbii proses sayılır. Azərbaycan ərazisi ümumilikdə bir neçə seysmik aktiv zonaya bölünür və bu zonalarda zəlzələlərin təbii şəkildə baş verməsi geoloji baxımdan normal proses hesab olunur".

Seysmologiya yalnız risk zonalarını müəyyən edir

Məlumat üçün bildirək ki, xüsusilə Cənubi Xəzər hövzəsi mürəkkəb tektonik quruluşu ilə seçilir. Elmi ədəbiyyatda bu region yüksək sıxılmış çöküntü qatları, aktiv qırılma sistemləri və qeyri-bərabər deformasiya zonaları ilə xarakterizə olunur. Bu xüsusiyyətlər seysmik enerjinin həm lokal, həm də silsilə şəkildə boşalmasına şərait yaradır. Seysmoloji müşahidələrə dair beynəlxalq məlumat bazalarında (ISC, EMSC) Xəzər regionu daim aktiv zona kimi qeyd olunur. Buna görə də burada zəlzələlərin vaxtaşırı təkrarlanması qeyri-adi hal hesab edilmir. Əsas fərq müşahidə sıxlığındadır: müasir seysmik şəbəkələr əvvəlki dövrlərlə müqayisədə daha zəif təkanları da qeydə alır, bu isə "aktivliyin artması" təəssüratı yarada bilər.

Böyük zəlzələnin əvvəlcədən dəqiq proqnozlaşdırılması isə elmi baxımdan mümkün deyil. USGS və "Nature" icmallarına görə, hazırkı seysmologiya yalnız risk zonalarını müəyyən edə bilir, lakin konkret zaman və güc proqnozu verə bilmir.

Nyus.Az



Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az