• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 22-10-2026 Elm və Təhsil Nazirliyi 25 milyonluq avadanlıq alır
  • 22-10-2026 Bakı Abadlıq Dədə Qorqud Parkını baxımsız vəziyyətə salıb – VİDEO
  • 22-10-2026 Nazirlik əməkdaşı ilə bələdiyyə sədri arasında dava düşdü - "Hara qaçırsan, a kişi..."
  • 22-10-2026 Əliyev-Ərdoğan dostluğu hər cür siyasi fırtınadan güclüdür: amma məzhəbçi-dinçi AKP-liləri də unutmayacağıq - BİZİM BAXIŞ
  • 22-10-2026 Ərdoğanın geyimində diqqətçəkən məqam - FOTO
  • 22-10-2026 Hikmət Rəhimov “44” filminin çəkilişlərindən danışıb: Qarlı küçədə hava beton tikilinin içindən daha isti idi
  • 22-10-2026 Biləsuvarda 17 yaşlı qızın meyiti tapıldı
  • 22-10-2026 Evinin "kupça"sı olmayanlara şad xəbər
  • 22-10-2026 Əraqçi: ABŞ müharibəni seçərsə, strateji məğlubiyyətə uğrayacaq
  • 22-10-2026 Lerik dağlarında faciə: Qızıl axtaran 42 yaşlı kənd sakini öldü - VIDEO
  • 22-10-2026 Leyla Əliyeva Səmərqənddə “Əbədi şəhər” kompleksi ilə tanış olub
  • 22-10-2026 Pirşağıda evi ilanlar basıb - VIDEO
  • 22-10-2026 Qardaşlıq qalib gəldi, amma izlər qaldı
  • 22-10-2026 Barəsində cinayət işi açılan Fəxrəddin Zeynalovun oğlu vəzifəsindən azad edildi
  • 21-10-2026 Xətai rayonunda "Energetiklər Günü" münasibətilə tədbir keçirildi - VİDEO
  • 21-10-2026 Banklara kibertəhlükələr barədə məlumat verilib - VİDEO
  • 21-10-2026 Uitkoff Putinə Tramp və Zelenski ilə birbaşa danışıqlar təklif edəcək
  • 21-10-2026 Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
  • 21-10-2026 Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
  • 21-10-2026 Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib

XƏBƏRLƏR

    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
13-04-2026, 08:36

Şəki Elektrik Şəbəkəsinin işçiləri saxta sayğacı vətəndaşın obyektinə neçəyə quraşdırıb -ŞİKAYƏT

[center]Şəki Elektrik Şəbəkəsinin işçiləri saxta sayğacı vətəndaşın obyektinə neçəyə quraşdırıb -ŞİKAYƏT[/center]

Şəki rayonu, Baş Göynük kəndində yaşayan sahibkar Xəlfətov Rəhman Zaməddin oğlu tərəfindən Prezidenti İlham Əliyevə, Baş nazir Əli Əsədova, Baş prokuror Kamran Əliyevə, İqtiasiduyyat naziri Mikayıl Cabbarova, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədova, “Azərişıq” ASC rəhbərliyinə, və “Şimal-Qərb” RETSİ-in rəisinə və digər aidiyyəti dövlət qurumlarının rəhbərlərinə və ictimailəşdirilməsi məqsədi ilə Şəki İşıq İdarəsi vəzifəlilərinin 7000 manat pul müqabilində ona məxsus aptekə verdikləri saxta sayğacın öz adına olan sayğacla əvəzlənməsi və ya verdiyi pulun geri qaytarılması barədə şikayət ünvanlanıb.
Çox hörmətli cənab Prezident İlham Əliyev, Siz həmişə rəsmi çıxışlarınız zamanı biz sahibkarlara diqqət və qayğı göstərilməsi tələbilə yerli məmurlara göstəriş vermiş, yersiz müdaxilə və yoxlamaların dayandırılmasını tapşırmısınız. Lakin çox təssüflər olsun ki, yerli işıq idarəsi məmurları yüz oyundan çıxaraq biz sahibkarları süründürməçilə salır, iş görməyimizə maneçilik yaradırlar. Belə ki, mən pay torpağımda və icarəyə götürdüyüm 10 ha torpaq sahəsində tütün əkib onu qurutmaq üçün avadanlıq quraşdırmışdım. Bunun üçün elektrik xətti və 3 fazalı sayğac lazım idi. Sifariş vermişdim. Lakin Şəki İşıq İdarəsində mənim adıma abunə kodu olan sayğac idarənin daxilində yoxa çıxdığını bildirib onun əvəzində Aşağı Göynük kəndində aptekə məxsus olan başqa bir sayğacı avadanlığıma qoymaq üçün 2024-cü ilin axırında 7000 manat pul istədilər. Məcbur olub həm sayğac , həm də sənədləşmə üçün tələb etdikləri 7000 manat pulun 4000 manatını ortağım olan Vəliyev Səbuhi Ələməzxan oğlu vasitəsilə Şəki İİ-nın daxilində rəis müavini olan Bağırov İntiqamın yanında Seyidov Vaqifin şahidliyilə Söhrab müəllimə verilmişdir. Bundan bir neçə ay sonra isə( 2025-ci il əvvəlində) qalan 3000 manat pulu Vəliyev Səbuhi, atam Xəlfətov Zaməddinin şahidliyi ilə Və Bağırov İntiqam olmaqla Söhraba otaqda vermişik. Xatırladım ki, mən bu pulu bankdan kredit götürüb vermişdim.

Sayğacı gətirib mənim avadanlığımda quraşdırdılar. Lakin işlədən zaman onun tütün qurutma üçün gücü çatmadı. Yəni zəif olduğuna görə elektrik tez tez kəsildi. Beləliklə yaş tütün qurumadı və hamısı xarab oldu. Nəticədə 35 000 manat ziyana düşdüm. Hazırda borc içindəyəm. Buna qədər isə bu sayğacın sənədləşməsi üçün ASAN xidmətinə gedən də mənə əməkdaş bildirdi ki, bu başqa yerin sayğacıdır və o sənin ərazindəki transformatordan qidalanması üçün nəzərdə tutulmayıb. Normal işləməyəcək. Mən öz adıma olan 552040441163005 abonent koduma ilkin olaraq 100 manat yüklədim. Lakin gördüm ki, işlətmək istədiyim sayğacda bu görünmədi. Mən bildim ki, İşıq İdarəsi məni aldadıb və bu sayğacı mənim adıma sənədləşdirməyiblər. Sadəcə formal olaraq işlətmək üçün qoyub gediblər. Ona görə də sabahı gün gəlib məni saxta sayğaca görə cərimə edilməyimdən narahat olaraq işi tam dayandırdım. Və 1 ildən çoxdur ki, hər dəfə ya qəbula gedib, ya da telefonla zəng edib İşıq İdarəsi səlahiyyətlisi Şərəf müəllimlə danışıram və xahiş edirəm ki, gəlib qoyduqları saxta sayğacı götürsünlər. və Mənim öz adıma olan sayğacı gətirib quraşdırsınlar Bunu edə bilmirlərsə verdiyim 7000 manat pulu qaytarsınlar. O da son dəfə 07 mart və 31 mart tarixlərində olan zəng danışıqlarında söz vermişdir ki, düzələr. Başqa sayğac qoyarıq vədi verib vaxt uzadırdı. Sonra tələb etdim ki, mən kredit ödəyirəm 7000 manatı qaytarın vəssəlam İndi son danışıqda söz vermişdi ki, 10 günə qaytararıq. Amma 10 manat da olsa qaytarmayırlar. Yəni dələduzluq edirlər.

Cənab Prezident və Baş Prokuror Sizdən Xahiş edirəm Şəki İşıq İdarəsinin vəzifəli şəxslərinə obyektimə 3 fazalı sayğac quraşdırlması üçün verdiyim, Lakin hansısa saxta və zəif sayğac quraşdıran yarasız sayğacın ( aptek adına olan) geri qaytarılaraq verdiyim pulların mənə verilməsinə köməklik göstərməyinizi xahiş edirəm. Sağ olun.

P.S. Mövzu ilə bağlı araşdırmalarımızı davam etdirəcik və yaxın gönlərdə daha ətraflı məlumat verəcik.

Qeyd edək ki, Şəki Elektrik Şəbəkəsi (İşıq İdarəsi) “Azərişıq” ASC-nin “Şimal-Qərb” Reğional Enerji Təchizatı və Satışı İdarəsinə tabedir. İdarə Şəki şəhəri, Oğuz yolu 36 ünvanında yerləşir və istehlakçılara elektrik enerjisinin verilməsi, satışı və texniki xidmət göstərilməsini təmin edir. //Aktualinfo.net//

Nyus.Az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!

Nyus.Az







Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az