• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 22-10-2026 Elm və Təhsil Nazirliyi 25 milyonluq avadanlıq alır
  • 22-10-2026 Bakı Abadlıq Dədə Qorqud Parkını baxımsız vəziyyətə salıb – VİDEO
  • 22-10-2026 Nazirlik əməkdaşı ilə bələdiyyə sədri arasında dava düşdü - "Hara qaçırsan, a kişi..."
  • 22-10-2026 Əliyev-Ərdoğan dostluğu hər cür siyasi fırtınadan güclüdür: amma məzhəbçi-dinçi AKP-liləri də unutmayacağıq - BİZİM BAXIŞ
  • 22-10-2026 Ərdoğanın geyimində diqqətçəkən məqam - FOTO
  • 22-10-2026 Hikmət Rəhimov “44” filminin çəkilişlərindən danışıb: Qarlı küçədə hava beton tikilinin içindən daha isti idi
  • 22-10-2026 Biləsuvarda 17 yaşlı qızın meyiti tapıldı
  • 22-10-2026 Evinin "kupça"sı olmayanlara şad xəbər
  • 22-10-2026 Əraqçi: ABŞ müharibəni seçərsə, strateji məğlubiyyətə uğrayacaq
  • 22-10-2026 Lerik dağlarında faciə: Qızıl axtaran 42 yaşlı kənd sakini öldü - VIDEO
  • 22-10-2026 Leyla Əliyeva Səmərqənddə “Əbədi şəhər” kompleksi ilə tanış olub
  • 22-10-2026 Pirşağıda evi ilanlar basıb - VIDEO
  • 22-10-2026 Qardaşlıq qalib gəldi, amma izlər qaldı
  • 22-10-2026 Barəsində cinayət işi açılan Fəxrəddin Zeynalovun oğlu vəzifəsindən azad edildi
  • 21-10-2026 Xətai rayonunda "Energetiklər Günü" münasibətilə tədbir keçirildi - VİDEO
  • 21-10-2026 Banklara kibertəhlükələr barədə məlumat verilib - VİDEO
  • 21-10-2026 Uitkoff Putinə Tramp və Zelenski ilə birbaşa danışıqlar təklif edəcək
  • 21-10-2026 Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
  • 21-10-2026 Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
  • 21-10-2026 Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib

XƏBƏRLƏR

    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
24-03-2026, 08:53

Tramp NATO-nu "kağız pələngə" çevirir: ABŞ Yaxın Şərqdə "qara dəlik" sindromu yaşayır

Tramp NATO-nu "kağız pələngə" çevirir: ABŞ Yaxın Şərqdə "qara dəlik" sindromu yaşayır


ABŞ-ın artan maliyyə yükü, NATO daxilində fikir ayrılıqları və Yaxın Şərqdə savaşın genişmiqyaslı xarakter alma təhlükəsi qlobal məkanda situasiyanı daha da qəlizləşdirir... Ona görə də, belə vəziyyətdə isə məhz Türkiyənin son siyasi-diplomatik təşəbbüsləri hələlik yeganə “yumşaldıcı faktor” kimi görünür...
Yaxın Şərqdə sürətlə genişlənən hərbi qarşıdurma artıq lokal böhran çərçivəsindən çıxaraq, qlobal geopolitik balansı sarsıda biləcək təhlükəli mərhələyə daxil olmağa başlayıb. ABŞ və İran arasında açıq hərbi toqquşmaya paralel olaraq, həm iqtisadi, həm də siyasi nəticələr dərinləşir. Eyni zamanda, regionun əsas oyunçuları yeni mövqe axtarışına çıxır. Və bu mürəkkəb situasiyada Türkiyənin xarici işlər naziri Hakan Fidanın siyasi-diplomatik təşəbbüsləri xüsusilə diqqət çəkir.

Onu da qeyd etmək lazımdır ki, Türkiyə israrla yeni siyasi-diplomatik cəbhə açmağa çalışır. Belə ki, rəsmi Ankara Yaxın Şərqdə “balanslaşdırıcı güc” rolunda çıxış etmək istiqamətində qətiyyətli addımlar atmağa başlayıb. Və Türkiyənin bu addımları ilk növbədə Yaxın Şərqdə davam edən savaşın daha genişmiqyaslı qlobal müharibəyə çevrilmə ehtimalının qarşısını almağa yönəlib.



Məsələ ondadır ki, Türkiyənin xarici işlər naziri Hakan Fidanın İran, ABŞ, Avropa Birliyi və Misir nümayəndələri ilə apardığı danışıqlar rəsmi Ankaranın aktiv vasitəçilik strategiyasını ön plana çıxarır. Üstəlik, rəsmi Ankara bu prosesdə klassik “neytral vasitəçi” deyil, məhz daha çox regional sabitliyin təminatçısı və Türkiyənin maraqlarını qorumağa çalışan praqmatik güc mərkəzi kimi çıxış edir.

Maraqlıdır ki, rəsmi Ankaranın bu mövqeyi əsasən bir neçə strateji faktordan qaynaqlanır. Belə ki, Türkiyə enerji marşrutlarının təhlükəsizliyinin təmin olunmasında, regional ticarət və tranzit layihələrinin qorunmasında maraqlıdır. Eyni zamanda, yeni qaçqın dalğasının qarşısının alınması da rəsmi Ankara üçün böyük önəm daşıyır.

Digər tərəfdən, bütün bunlarla yanaşı, Türkiyə NATO daxilində balans siyasətinin saxlanılmasına da xüsusi diqqət yetirir. Bu baxımdan, Türkiyənin əsas məqsədi bu təhlükəli hərbi münaqişənin genişlənməsinin qarşısını almaqdır. Və rəsmi Ankara ilk növbədə bu hərbi münaqişənin nəzarət olunan siyasi-diplomatik çərçivəyə qaytarılmasına nail olmağa cəhd göstərir.



Onu da qeyd etmək lazımdır ki, Türkiyənin siyasi-diplomatik çərçivəyə qaytarmağa çalışdığı bu hərbi münaqişə artıq tədricən ABŞ üçün olduqca bahalı eskalasiya modelinə çevrilməyə başlayıb. Belə ki, bu münaqişənin ən diqqətçəkən tərəflərindən biri onun sürətlə artan maliyyə yüküdür. Pentaqonun məlumatlarına əsasən, savaşın İlk 6 gün ərzində ABŞ üçün xərclər 11,3 milyard dollar təşkil edib. Sonrakı mərhələdə gündəlik xərclər təxminən 1 milyard dollar olub. Və indiyə qədər ABŞ-ın ümumi savaş xərcləri artıq 27 milyard dollar səviyyəsinə yüksəlib.

ABŞ-ın savaş xərclərinin bu dinamikası onu göstərir ki, müharibə uzandıqca, Ağ Evin maliyyə yükü daha da artacaq. Qərb hərbi mütəxəssislərinin ilkin hesablamalarına görə, uzunmüddətli perspektivdə bu rəqəm təxminən 1 trilyon dollara qədər yüksələ bilər. Ona görə də, bu, ABŞ daxilində ciddi siyasi-ictimai nəticələr doğura bilər. Yəni, ABŞ-da vergi ödəyicilərinin narazılığının arta biləcəyi və xarici ölkələrə hərbi müdaxilələrə qarşı ictimai müqavimətin dərinləşmə ehtimalı qətiyyən istisna edilmir.

Ancaq prezident Donald Tramp bu hərbi münaqişəyə paralel olaraq, hələlik ABŞ-ın NATO üzrə müttəfiqlərinə qarşı sərt və ittihamedici bəyanatlara daha çox üstünlük verir. Onun iddialarına görə, hazırda NATO ABŞ olmadan “kağız üzərində pələng”dən başqa bir şey deyil. Ağ Ev sahibinin bu sərt ritorikası bəzi Qərb siyasi dairələrinə ünvanlı strateji xəbərdarlıq mesajı kimi görünür.

Məsələ ondadır ki, prezident Donald Tramp NATO ilə yanaşı, Avropa dövlətlərini də hərbi passivlikdə ittiham edir. Ağ Ev sahibi ABŞ-ın "qoca qitə"nin təhlükəsizlik yükünü təkbaşına daşıdığına eyham vuraraq, enerji böhranı üzərindən də Avropa ölkələrinə siyasi təzyiqlər göstərməyə çalışır. Nəticədə transatlantik münasibətlərdə yeni gərginlik mərhələsi daha da dərinləşir. Və NATO daxilində koordinasiyanın zəifləməsi ucbatından bu hərbi-siyasi alyansın idarə olunması daha da çətinləşir.



Maraqlıdır ki, Yaxın Şərqdə savaşın genişmiqyaslı xarakter alma ehtimalına paralel olaraq, NATO hərbi kontingentinin Iraq ərazisindən müvəqqəti çıxarılma prosesi də başlayıb. Alyans bu barədə qərarını “təhlükəsizlik səbəbləri ilə missiyanın dəyişdirilməsi” kimi izah etməyə çalışır. Ancaq əslində, bu prosesin daha dərin geopolitik anlamının olduğu da iddia edilir.

Belə ki, bəzi Qərb ekspertləri NATO-nun həmin qərarını taktiki təhlükəsizlik tədbiri kimi izah edirlər. Yəni, onların fikrincə, bu, NATO-nun İranın mümkün cavab zərbələrindən qorunma, hərbi eskalasiyadan və birbaşa müharibəyə cəlb olunma təhlükəsindən yayınma cəhdidir. Bu isə o deməkdir ki, NATO ABŞ-ın Yaxın Şərq üzrə hərbi strategiyasından qismən uzaqlaşma taktikasına üstünlük verməyə başlayıb.

Göründüyü kimi, Yaxın Şərqdə baş verənlər artıq qətiyyən sadə hərbi qarşıdurma deyil, əksinə, qlobal güclər arasında geostrateji toqquşmanın məhz yeni mərhələsidir. Çünki ABŞ-ın artan maliyyə yükü, NATO daxilində fikir ayrılıqları və Yaxın Şərqdə savaşın genişmiqyaslı xarakter alma təhlükəsi qlobal məkanda situasiyanı daha da qəlizləşdirir. Və belə vəziyyətdə isə Türkiyənin siyasi-diplomatik təşəbbüsləri hələlik yeganə “yumşaldıcı faktor” kimi görünür."Yeni Müsavat"

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az