• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 21-07-2026 "Vital Hospital"da ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı araşdırmaya başlanılıb
  • 21-07-2026 Prezident İlham Əliyev və Prezident Frank-Valter Ştaynmayer arasında təkbətək görüş keçirilir
  • 21-07-2026 Azərbaycan neftinin qiyməti 93 dolları keçdi
  • 21-07-2026 Dünya çempionatında ağır zədə ilə oynayıb: Qabırğası sınmış halda
  • 21-07-2026 İyulun 22-də bütün pensiyalar köçürüləcək
  • 21-07-2026 Prezident İlham Əliyev Belçika Kralını milli bayramları münasibətilə təbrik edib
  • 21-07-2026 Bakıda təcili tibbi yardım üçün motosikletlər istifadəyə veriləcək
  • 21-07-2026 Pirallahıda avtobus piyadanı vuraraq öldürdü
  • 21-07-2026 Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu - VİDEO
  • 21-07-2026 Bayramovun Moskva səfərindən 1 gün sonra... - Səfirliyimiz NİYƏ vuruldu?
  • 21-07-2026 4 rayonda İŞIQ OLMAYACAQ
  • 21-07-2026 "Toydan paylaşım etməyə utanıram" - Səbinə Babayeva
  • 21-07-2026 Yatmazdan əvvəl bunu edin: Həm dərin yatın, həm də xoşbəxt oyanın
  • 21-07-2026 "Əlimdə olan vəsaiti tamamilə batırdım" - Fərda Xudaverdiyev
  • 21-07-2026 Nigar Fərhaddan şikayət - “17 min alıblar, nə özü, nə də əməkdaşları cavab verir” - VİDEO
  • 21-07-2026 Yamalın atası Messidən gənc imiş
  • 21-07-2026 "Messiyə yaxınlaşıb dedim ki, "Bağışla məni" - Yamal
  • 21-07-2026 Aaron Maluda “Bazel”ə keçə bilər
  • 21-07-2026 “İnanıram ki, sabah qalib gələcəyik” - Dambrauskas
  • 21-07-2026 İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

XƏBƏRLƏR

    Dünya çempionatında ağır zədə ilə oynayıb: Qabırğası sınmış halda
    Yatmazdan əvvəl bunu edin: Həm dərin yatın, həm də xoşbəxt oyanın
    Yamalın atası Messidən gənc imiş
    "Messiyə yaxınlaşıb dedim ki, "Bağışla məni" - Yamal
    Aaron Maluda “Bazel”ə keçə bilər
    “İnanıram ki, sabah qalib gələcəyik” - Dambrauskas
    Messidən hamını təəccübləndirən addım
    İspaniyanın mükafatı açıqlandı
    DÇ-2026: 3-cü yerin sahibi bəlli olacaq
    "Qarabağ"ın potensial rəqibi müəyyənləşib
17-03-2026, 06:21

Trampın "qısamüddətli müharibə" planı iflasa uğrayır: NATO üzrə müttəfiqlər ABŞ-ın “savaş gəmisi”ni tərk edir

Trampın "qısamüddətli müharibə" planı iflasa uğrayır: NATO üzrə müttəfiqlər ABŞ-ın “savaş gəmisi”ni tərk edir


Ağ Evin Yaxın Şərqdə geniş beynəlxalq hərbi koalisiya qurmaq cəhdləri tədricən iflasa uğramağa başlayıb, ABŞ-ın NATO üzrə müttəfiqlərinin savaşın tərəfinə çevrilmə təhlükəsinə qarşı ehtiyatlı mövqeyi onun strateji planlarını riskə atır... Bu baxımdan, hesab etmək olar ki, NATO üzrə müttəfiqləri ABŞ-ı həm Yaxın Şərq savaşında, həm də Hörmüz boğazına nəzarət uğrunda mübarizədə dəstəkləməyərək, təkbaşına buraxmağa üstünlük verirlər...

ABŞ Yaxın Şərqdə “savaş bataqlığı”na düşməyə başlayıb. Belə ki, Tramp administrasiyası bu regionda başlatdığı savaşı çox qısa zamanda sona çatdıracağını iddia edirdi. Ancaq zaman keçdikcə, ABŞ üçün hərbi-siyasi situasiya daha da qəlizləşməkdə davam edir. Və bu, o deməkdir ki, ABŞ-ın yaxın vaxtlarda Yaxın Şərqdəki hərbi xaosdan kənarlaşma imkanları getdikcə, məhdudlaşır.

Onu da qeyd etmək lazımdır ki, Ağ Evdən fərqli olaraq, ANŞ-ın NATO üzrə müttəfiqi Türkiyə Yaxın Şərqdə “müharibə tələsi”nə qətiyyən düşmək istəmir. Üstəlik, NATO-ya üzv olan digər ölkələr də savaş təhlükəsindən israrla can atmağa çalışdıqlarından Hörmüz böhranı Qərb koalisiyasında daha dərin “çatları” üzə çıxartmağa başlayıb. Və bu baxımdan, hesab etmək olar ki, Yaxın Şərqdəki hərbi eskalasiya həm də Qərb koalisiyası üçün ciddi sınağa çevrilə bilər.



Məsələ ondadır ki, Yaxın Şərqdə hərbi-siyasi gərginliyin sürətlə artdığı bir vaxtda bu regionun və qlobal siyasət məkanının aparıcı aktorlarından gələn son açıqlamalar dünyada yeni geopolitik situasiyanın formalaşmaqda olduğunu göstərir. Hər halda, Türkiyənin hazırda regional savaşa münasibətdə ehtiyatlı mövqe tutması və ABŞ-ın bəzi müttəfiqlərinin Hörmüz boğazında hərbi missiyaya qoşulmaqdan imtina etməsi qlobal güc balansında ciddi tərəddüdlərin yarandığını biruzə verir.

Maraqlıdır ki, rəsmi Ankara “təxribat ssenariləri”ndən uzaq durmağa çalışdığını qətiyyən gizlətmir. Prezident Rəcəb Tayyib Ərdoğan Yaxın Şərq regionundakı hərbi gərginliyə münasibətdə verdiyi açıqlamada Türkiyənin bu müharibəyə sürüklənmə ehtimalını dəyərləndirib. Türkiyə lideri xüsusi olaraq, vurğulayıb ki, rəsmi Ankara istənilən təxribata qarşı son dərəcə ehtiyatlı davranır. Onun sözlərinə görə, Türkiyə dövlətinin minillik siyasi və son illərdə qazanılmış böhran idarəetmə təcrübəsi rəsmi Ankara üçün əsas “yol xəritəsi”dir.

Onu da qeyd etmək lazımdır ki, prezident Rəcəb Tayyib Ərdoğanın bu açıqlaması qlobal məkana yönəlik bir neçə strateji mesajı özündə əks etdirir. Birincisi, Türkiyə Yaxın Şərqdə mümkün genişmiqyaslı hərbi qarşıdurmanın birbaşa iştirakçısına çevrilmək istəmir. Rəsmi Ankara yaxşı anlayır ki, ABŞ və İran arasında hazırda davam edən açıq müharibə regionun bütün təhlükəsizlik arxitekturasını tamamilə sarsıda bilər.

İkincisi, rəsmi Ankara Türkiyənin regional vasitəçi rolunu qorumaqda birbaşa maraqlıdır. Son illərdə Türkiyə həm Rusiya, həm Ukrayna, həm də Yaxın Şərq ölkələri ilə paralel siyasi-diplomatik kanalları açıq saxlamağı bacaran olduqca əvəzedilməz qlobal aktorlardan biri kimi çıxış edir. Və Türkiyənin hər hansı münaqişəyə münasibətdə neytrallığını itirməsi rəsmi Ankaranın siyasi-diplomatik manevr imkanlarını da ciddi şəkildə məhdudlaşdıra bilər.



Nəhayət, prezident Rəcəb Tayyib Ərdoğanın mesajı Türkiyənin ölkədaxili siyasi auditoriyasına da yönəlib. Belə ki, Yaxın Şərq regionunda baş verən hadisələrə münasibətdə Türkiyə cəmiyyətində narahatlıqları ciddi şəkildə artırmağa başlayıb. Və bu səbəbdən də, Türkiyə hakimiyyəti ölkədaxili situasiyanı nəzarətdə saxlamaq üçün “dövlət ağlı”, eləcə də siyasi təcrübə arqumentlərini ön plana çıxarmağa çalışır.

Maraqlıdır ki, Yaxın Şərqdəki savaşın əsas ağırlıq mərkəzi artıq tədricən qlobal enerji sisteminin əsas faktorlarından olan Hörmüz boğazına doğru yönəlməyə başlayıb. Ona görə də, hesab etmək olar ki, növcud hərbi-siyasi gərginliyin mərkəzində indi dünyanın ən strateji dəniz keçidlərindən biri sayılan Hörmüz böğazı dayanır. Belə ki, bu dar su yolu Fars körfəzini Hind okeanı ilə birləşdirir və dünya neft ticarətinin böyük hissəsi məhz buradan keçir. Və qlobal enerji bazarının sabitliyi də böyük ölçüdə bu marşrutun təhlükəsizliyindən asılıdır.

Təbii ki, məhz ona görə də prezident Donald Tramp ABŞ-ın NATO üzrə müttəfiqlərinə həmin bölgəyə hərbi gəmilər göndərməklə bağlı açıq çağırış edib. Bəzi məlimatlara görə, Ağ Ev sahibinin hazırda əsas məqsədlərindən biri də elə Hörmüz boğazı ətrafında beynəlxalq təhlükəsizlik koalisiyası formalaşdırmaqdan ibarətdir. Ancaq prezident Donald Trampın bu çağırışı gözlənildiyi qədər geniş dəstək qazanmadığından Ağ Ev sahibinin məqsədinin reallaşma ehtimalı o qədər də yüksək deyil.

Məsələ ondadır ki, Türkiyə kimi, ABŞ-ın NATO üzrə digər müttəfiqləri də maksimum səviyyədə ehtiyatlı davranmağa üstünlük verirlər. Hətta Ağ Evin bütün israrlı təlqinlərinə baxmayaraq, Avstraliya və Yaponiya hökumətləri Hörmüz boğazına hərbi gəmilər göndərməyi planlaşdırmadıqlarını birmənalı şəkildə açıqlayıblar. Və həmin dövlətlərin bu qərarının bir neçə mühüm geopolitik səbəblə bağlı ola biləcəyi qətiyyən istisna deyil.



Əvvəla, bu ölkələr ABŞ-İran qarşıdurmasının genişmiqyaslı müharibəyə çevrilmə riskini daha da artırmaq istəmirlər. Əgər, beynəlxalq hərbi koalisiya birbaşa Hörmüz böğazı bölgəsində yerləşdirilərsə, bu addım İran tərəfindən açıq hərbi blokada kimi qiymətləndirilə bilər. Digər tərəfdən, xüsusilə də Yaponiya enerji ehtiyaclarının təmin olunması baxımından, Yaxın Şərq ölkələrinə ciddi şəkildə bağlıdır. Və rəsmi Tehranla münasibətlərin tam şəkildə pozulması Yaponiya üçün ciddi iqtisadi-ticari risklər yarada bilər.

Göründüyü kimi, bütün bu hadisələr birlikdə analiz edildikdə, olduqca maraqlı və mürəkkəb geopolitik mənzərə ortaya çıxır. Bir tərəfdən, ABŞ regionda hərbi təzyiq strategiyasını genişləndirməyə çalışır. Digər tərəfdən isə ABŞ-ın bəzi müttəfiqlər bu strategiyanın risklərini nəzərə alaraq, daha ehtiyatlı davranmağa üstünlük verirlər.

Xüsusilə də, Türkiyənin seçdiyi siyasi-diplomatik ehtiyatlılıq taktikası da bu tendensiyanın tərkib hissəsidir. Rəsmi Ankara anlayır ki, Yaxın Şərqdə böyük müharibə ssenarisi yalnız bu regionu deyil, həm də bütövlükdə Avrasiya geopolitik sistemini təməlindən dəyişə bilər. Və bu səbəbdən də hazırkı mərhələdə bir çox dövlətlər, eləcə də Türkiyə açıq hərbi eskalasiyadan daha çox kontrollu balansa, siyasi-diplomatik manevr siyasətinə üstünlük verirlər.

Belə anlaşılır ki, ABŞ-ın Yaxın Şərqdə geniş beynəlxalq hərbi koalisiya yaratmaq cəhdləri tədricən iflasa uğramağa başlayıb. Belə ki, ABŞ-ın NATO üzrə müttəfiqlərinin savaşın tərəfinə çevrilmə təhlükəsinə qarşı ehtiyatlı mövqe tutmaları Ağ Evin strateji planlarının reallaşdırılma ehtimalını məhdudlaşdırır. Və bu baxımdan, hesab etmək olar ki, NATO üzrə müttəfiqləri ABŞ-ı həm Yaxın Şərq savaşında, həm də Hörmüz boğazına nəzarət uğrunda mübarizədə dəstəkləməyərək, təkbaşına buraxmağa üstünlük verirlər. “Yeni Müsavat”

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az