• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 22-10-2026 Elm və Təhsil Nazirliyi 25 milyonluq avadanlıq alır
  • 22-10-2026 Bakı Abadlıq Dədə Qorqud Parkını baxımsız vəziyyətə salıb – VİDEO
  • 22-10-2026 Nazirlik əməkdaşı ilə bələdiyyə sədri arasında dava düşdü - "Hara qaçırsan, a kişi..."
  • 22-10-2026 Əliyev-Ərdoğan dostluğu hər cür siyasi fırtınadan güclüdür: amma məzhəbçi-dinçi AKP-liləri də unutmayacağıq - BİZİM BAXIŞ
  • 22-10-2026 Ərdoğanın geyimində diqqətçəkən məqam - FOTO
  • 22-10-2026 Hikmət Rəhimov “44” filminin çəkilişlərindən danışıb: Qarlı küçədə hava beton tikilinin içindən daha isti idi
  • 22-10-2026 Biləsuvarda 17 yaşlı qızın meyiti tapıldı
  • 22-10-2026 Evinin "kupça"sı olmayanlara şad xəbər
  • 22-10-2026 Əraqçi: ABŞ müharibəni seçərsə, strateji məğlubiyyətə uğrayacaq
  • 22-10-2026 Lerik dağlarında faciə: Qızıl axtaran 42 yaşlı kənd sakini öldü - VIDEO
  • 22-10-2026 Leyla Əliyeva Səmərqənddə “Əbədi şəhər” kompleksi ilə tanış olub
  • 22-10-2026 Pirşağıda evi ilanlar basıb - VIDEO
  • 22-10-2026 Qardaşlıq qalib gəldi, amma izlər qaldı
  • 22-10-2026 Barəsində cinayət işi açılan Fəxrəddin Zeynalovun oğlu vəzifəsindən azad edildi
  • 21-10-2026 Xətai rayonunda "Energetiklər Günü" münasibətilə tədbir keçirildi - VİDEO
  • 21-10-2026 Banklara kibertəhlükələr barədə məlumat verilib - VİDEO
  • 21-10-2026 Uitkoff Putinə Tramp və Zelenski ilə birbaşa danışıqlar təklif edəcək
  • 21-10-2026 Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
  • 21-10-2026 Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
  • 21-10-2026 Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib

XƏBƏRLƏR

    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
13-03-2026, 22:24

Abşeronda qanunsuz tikinti xaosu – vətəndaşın evi təhlükədə, qurumlar isə susur - FOTO - VİDEO

Abşeronda qanunsuz tikinti xaosu – vətəndaşın evi təhlükədə, qurumlar isə susur - FOTO - VİDEO



Abşeron rayonunun Heydər Əliyev prospektində yaşayan vətəndaş Məhbarə Aşurova qonşuluqda aparılan qanunsuz tikinti ilə bağlı ciddi narahatlığını ifadə edir. Şikayətçinin sözlərinə görə, tikinti işləri heç bir tikinti normalarına əməl olunmadan və ara məsafəsi saxlanılmadan aparılır ki, bu da ətrafda yaşayan insanların həyatını təhlükə altına salır.Məhbarə Aşurova bildirir ki, sözügedən ərazi əvvəllər əkin sahəsi olub. Lakin son dövrlər həmin sahədə sürətlə və heç bir rəsmi qaydalara əməl edilmədən tikinti işləri aparılır. Onun sözlərinə görə, aparılan qazıntı və tikinti işləri nəticəsində yaşadıqları evin bünövrəsi zəifləyir və evdə çatlar yaranmağa başlayır. Şikayətçi iddia edir ki, tikinti işləri heç bir qanuni icazə olmadan həyata keçirilir və buna baxmayaraq prosesə göz yumulur.Bu tikinti ilə bağlı şikayəti ictimailəşdirildikdən sonra məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyəti də münasibət bildirib. Qurumdan verilən rəsmi açıqlamada qeyd olunur ki, məsələ ilə bağlı araşdırma aparılması üçün Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti sektoruna, həmçinin RİH başçısının Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə müvafiq tapşırıqlar verilib.Açıqlamada bildirilib ki, məsələnin qanunamüvafiq şəkildə araşdırılması və nəticələrinə uyğun olaraq zəruri tədbirlər görüləcək. Lakin ortaya ciddi suallar çıxır. Əgər ərazidə tikinti işləri uzun müddətdir aparılırsa və tikinti normaları kobud şəkildə pozulursa, niyə bu günə qədər buna nəzarət olunmayıb? Maraqlıdır ki, vətəndaş həyətində kiçik bir tikili – məsələn, toyuq hini belə tikmək istəyəndə icra hakimiyyətinin nümayəndələri dərhal bundan xəbər tutur və tikintinin dayandırılmasını tələb edir. Bəs necə olur ki, iri həcmli tikinti işləri aparılır, torpaq qazılır, ara məsafələri pozulur, amma bu prosesdən məsul qurumların xəbəri olmur? İddialara görə, belə qanunsuz tikintilərə Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdir müavini Kənan Babayev tərəfindən qeyri-rəsmi şəkildə “icazə” verilir. Əgər bu iddialar doğrudursa, bu artıq təkcə qanunsuz tikinti deyil, həm də dövlət qurumlarında ciddi nəzarət boşluğunun göstəricisi hesab edilə bilər. Maraqlı məqam isə odur ki, belə açıq-aşkar qanunsuz tikinti işləri aparıldığı halda digər aidiyyəti qurumlar – Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, eləcə də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti bu məsələyə niyə reaksiya vermir? Tikinti norma və qaydalarına görə yaşayış evləri arasında müəyyən olunmuş məsafə saxlanılmalı, torpağın təyinatı dəyişdirilmədən tikinti aparılmamalıdır. Əks halda bu cür tikintilər həm qanun pozuntusu sayılır, həm də insanların həyat və sağlamlığı üçün real təhlükə yaradır.Sual yaranır: Abşeronda qanunsuz tikinti aparan şəxslər kimə arxalanır? Niyə vətəndaşın şikayəti və təhlükəsizlik problemi aidiyyəti qurumlar tərəfindən araşdırılmır? Məsələ ilə bağlı qarşı tərəfin və aidiyyəti dövlət qurumlarının mövqeyini dərc etməyə hazırıq. Ümid edirik ki, məsələ tezliklə araşdırılacaq və qanunsuz tikinti ilə bağlı qanun çərçivəsində tədbir görüləcək.

Nyus.Az




Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az