• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 22-10-2026 Elm və Təhsil Nazirliyi 25 milyonluq avadanlıq alır
  • 22-10-2026 Bakı Abadlıq Dədə Qorqud Parkını baxımsız vəziyyətə salıb – VİDEO
  • 22-10-2026 Nazirlik əməkdaşı ilə bələdiyyə sədri arasında dava düşdü - "Hara qaçırsan, a kişi..."
  • 22-10-2026 Əliyev-Ərdoğan dostluğu hər cür siyasi fırtınadan güclüdür: amma məzhəbçi-dinçi AKP-liləri də unutmayacağıq - BİZİM BAXIŞ
  • 22-10-2026 Ərdoğanın geyimində diqqətçəkən məqam - FOTO
  • 22-10-2026 Hikmət Rəhimov “44” filminin çəkilişlərindən danışıb: Qarlı küçədə hava beton tikilinin içindən daha isti idi
  • 22-10-2026 Biləsuvarda 17 yaşlı qızın meyiti tapıldı
  • 22-10-2026 Evinin "kupça"sı olmayanlara şad xəbər
  • 22-10-2026 Əraqçi: ABŞ müharibəni seçərsə, strateji məğlubiyyətə uğrayacaq
  • 22-10-2026 Lerik dağlarında faciə: Qızıl axtaran 42 yaşlı kənd sakini öldü - VIDEO
  • 22-10-2026 Leyla Əliyeva Səmərqənddə “Əbədi şəhər” kompleksi ilə tanış olub
  • 22-10-2026 Pirşağıda evi ilanlar basıb - VIDEO
  • 22-10-2026 Qardaşlıq qalib gəldi, amma izlər qaldı
  • 22-10-2026 Barəsində cinayət işi açılan Fəxrəddin Zeynalovun oğlu vəzifəsindən azad edildi
  • 21-10-2026 Xətai rayonunda "Energetiklər Günü" münasibətilə tədbir keçirildi - VİDEO
  • 21-10-2026 Banklara kibertəhlükələr barədə məlumat verilib - VİDEO
  • 21-10-2026 Uitkoff Putinə Tramp və Zelenski ilə birbaşa danışıqlar təklif edəcək
  • 21-10-2026 Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
  • 21-10-2026 Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
  • 21-10-2026 Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib

XƏBƏRLƏR

    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
3-03-2026, 13:26

HANSI ÜSTÜN OLDU: Eldar Əzizovun töhməti, yoxsa Adil Əliyevin süni hörməti... - Görünəni odur ki...

[center]HANSI ÜSTÜN OLDU: Eldar Əzizovun töhməti, yoxsa Adil Əliyevin süni hörməti... - Görünəni odur ki...[/center]

Dövlət hüquq deməkdir və hüquqdan kənar baş verən heç bir şey dövlətə aid edilə bilməz...

Fevral ayının ən çox diqqət çəkən başçısı Bakı şəhər İcra hakimiyyətinin başçısı Eldar Əzizovdan töhmət alan Suraxanı rayonun başçısı Adil Əliyev oldu. Belə ki, Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın rayon icra hakimiyyətlərinin başçıları və şəhər kommunal xidmətlərinin rəhbərlərinin iştirakı ilə növbəti müşavirəsində Eldar Əzizov Suraxanı, Qaradağ və Xəzər rayonlarında təsərrüfat məsələlərinin vəziyyətini kəskin tənqid edərək, bu rayonların bəzi qəsəbələrinin ümumşəhər standartlarından geri qaldığını qeyd edib. Müşavirədə yol verilən nöqsanlara görə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısına töhmət, digərlərinə isə xəbərdarlıq elan olunub.

Bundan sonra, görünür ki, Eldar Əzizovdan aldığı töhməti “həzm edə bilməyən” Adil Əliyev sosial şəbəkələrdə müxtəlif adamlar vasitəsi ilə özünə “bəy tərifi” kampaniyası başlatdı və belə çıxdı ki, Adil Əliyev “dövlət çevrilişi”nin qarşını alan “qəhrəman”dır və Eldar Əzizov ona töhmət verməklə çox böyük səhv edib...

Maraqlıdır ki, sözü keçən müşavirədə Adil Əliyev ona töhmət verən Bakı şəhər İcra Hakimiyyətinin başçısına etiraz edərək Suraxanıda gördüyü işlər barədə danışmayıb və töhmətə heç bir etirtazını da bildirməyib. Bunun əvəzinə sosial şəbəkələrdən bəzi adamlar vasitəsi ilə özünü dövlət miqyasında bir “qəhrəman” olduğunu Eldar Əzizovun diqqətinə çatdırıb. Heç Adil Əliyevə “bəy tərifi” yazanlar da onun təqribən 2 il müddətində Suraxanıda gördüyü hər hansı işdən danışmayıblar, sadəcə Adil Əliyevə töhmət verilməsinin “ayıb iş” olduğunu Eldar Əzizovun diqqətinə çatdırmaq üçün dəridən-qabıqdan çıxıblar.

Həqiqətdə isə Suraxanı rayonun qəsəbələrində vəziyyət doğrudan da acınacaqlıdır. Küçələrdə olan keçilməz dərələr, aparılan qazıntılar sakinləri boğaza yığıb. Yollardakı çalalarla yanaşı, Suraxanı rayon qaz, elektrik və su təşkilatlarının apardığı qazıntılar sakinlərin əsas şikayətçi olduqları problemlərdir. Məsələ oldadır ki, küçələrdə qazıntı aparan Suraxanı rayon qaz, elektrik və su təşkilatları qazdıqları bir metrdən artıq dərinliyi olan olan dərələri bir neçə həftə doldurmurlar, dolduranda da torpağı dərələr töküb gedirlər. Sonra həmin yol palçıqdan keçilməz hala gəlir. Maraqlıdır ki, həmin təşkilatlar bəzən eyni yeri bir ayda iki-üç dəfə qazırlar...

Adil Əliyevlə bağlı ikinci kuryoz hadisə isə ötən həftənin əvvəlində baş verdi. Belə ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 nömrəli Hövsan Zeytunçuluq savxozu ərazisində üç maskalı şəxsin hasar sökməsi ilə bağlı məlumatlar yayıldı. Məlumata görə Hövsanda özlərini guya şəhərsalma və ya icra hakimiyyəti əməkdaşları kimi təqdim edən, lakin kimliklərini açıqlamayan maskalı şəxslər peyda olmuşdu. Onlar evləri və hasarları sökür, üzlərini isə qara maska, qara papaq və qara eynək vasitəsilə gizlədirdilər. Bu söküntü işləri isə heç bir rəsmi sənəd təqdim edilmədən həyata keçirilirdi. Hadisə qəsəbə sakinləri arasında narahatlıq yaratmışdı. Bir çox suallar meydana çıxmışdı: Bu şəxslər kimdir? Hansı qurumu təmsil edirlər? Üzlərini niyə gizlədirlər? Hansı qanun onlara maskalı şəkildə söküntü aparmağa icazə verir? Söküntü qərarları ilə bağlı sakinlərə rəsmi bildiriş təqdim olunubmu?



Onların kimliyinə Suraxanı rayon İcra Hakimiyyəti aydınlıq gətirdi. Məlum oldu ki, həmin maskalı şəxslər özbaşına tikinti işlərinin aparılmasının və torpaq zəbtinin qarşısının alınması məqsədi ilə Suraxanı Rayon İcra Hakimiyyəti yanında “Özbaşına tikintilərə qarşı mübarizə və məhkəmədənkənar torpaq mübahisələrinin həlli üzrə komissiya”nın üzvləridir. Lakin qanunvericilikə əsasən, qanunsuz tikintilər maskalı şəxslər tərəfindən sökülməli deyil, yuxarıda qeyd edilən “komissiya” sakinlərə əvvəlcədən rəsmi sənəd təqdim etməli və xəbərdarlıqdan sonra söküntü işləri aparılmalıdır. Rəsmi sənəd isə ya müəyyən icra hakimiyyətinin, ya da məhkəmənin qərarı olmalıdır.

Sual olunur, Suraxanı rayon İcra Hakimiyyəti insanların mülkiyyəinə ziyan vuran və bu zaman heç bir hüquqi əsasa söykənməyən, sadəcə xuliqan kimi davranan maskalı şəxslərin onların işçiləri olduğunu etiraf edərkən cəmiyyətə nəyi çatdırmaq istədilər? Bununla faktiki olaraq Suraxanı rayon İcra Hakimiyyəti və şəxsən Adil Əliyev təmsil etdikləri dövləti vətəndaşların mülkiyyətinə qarşı reyder basqını həyata keçirən qanundankənar qurum kimi təqdim etmədilərmi? Əgər Suraxanı rayon İcra Hakimiyyətinin iddia etdiyi kimi hər şey qanuni idisə, o zaman icra hakimiyyətinin işçiləri heç bir xəbərdarlıq eləmədən, söküntü ilə bağlı rəsmi sənəd təqdim etmədən maskalanaraq insanların mülkiyyətinə niyə hücum edirdi?

Dövlət hüquq deməkdir və hüquqdan kənar baş verən heç bir şey dövlətə aid edilə bilməz. Bəs Suraxanı İcra Hakimiyyəti hüquq xaricində baş verən bu hadisəni dövlətlə əlaqələndirməklə nə demək istəyib?..

Yəqin ki, bu sualın cavabını da Adil Əliyev bilir...

Poliqon.info

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az