• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 22-10-2026 Elm və Təhsil Nazirliyi 25 milyonluq avadanlıq alır
  • 22-10-2026 Bakı Abadlıq Dədə Qorqud Parkını baxımsız vəziyyətə salıb – VİDEO
  • 22-10-2026 Nazirlik əməkdaşı ilə bələdiyyə sədri arasında dava düşdü - "Hara qaçırsan, a kişi..."
  • 22-10-2026 Əliyev-Ərdoğan dostluğu hər cür siyasi fırtınadan güclüdür: amma məzhəbçi-dinçi AKP-liləri də unutmayacağıq - BİZİM BAXIŞ
  • 22-10-2026 Ərdoğanın geyimində diqqətçəkən məqam - FOTO
  • 22-10-2026 Hikmət Rəhimov “44” filminin çəkilişlərindən danışıb: Qarlı küçədə hava beton tikilinin içindən daha isti idi
  • 22-10-2026 Biləsuvarda 17 yaşlı qızın meyiti tapıldı
  • 22-10-2026 Evinin "kupça"sı olmayanlara şad xəbər
  • 22-10-2026 Əraqçi: ABŞ müharibəni seçərsə, strateji məğlubiyyətə uğrayacaq
  • 22-10-2026 Lerik dağlarında faciə: Qızıl axtaran 42 yaşlı kənd sakini öldü - VIDEO
  • 22-10-2026 Leyla Əliyeva Səmərqənddə “Əbədi şəhər” kompleksi ilə tanış olub
  • 22-10-2026 Pirşağıda evi ilanlar basıb - VIDEO
  • 22-10-2026 Qardaşlıq qalib gəldi, amma izlər qaldı
  • 22-10-2026 Barəsində cinayət işi açılan Fəxrəddin Zeynalovun oğlu vəzifəsindən azad edildi
  • 21-10-2026 Xətai rayonunda "Energetiklər Günü" münasibətilə tədbir keçirildi - VİDEO
  • 21-10-2026 Banklara kibertəhlükələr barədə məlumat verilib - VİDEO
  • 21-10-2026 Uitkoff Putinə Tramp və Zelenski ilə birbaşa danışıqlar təklif edəcək
  • 21-10-2026 Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
  • 21-10-2026 Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
  • 21-10-2026 Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib

XƏBƏRLƏR

    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
24-02-2026, 09:08

İTS–TƏBİB KOORDİNASİYASI ƏTRAFINDA CİDDİ SUALLAR

İTS–TƏBİB KOORDİNASİYASI ƏTRAFINDA CİDDİ SUALLAR


2025-ci il üzrə İcbari Tibbi Sığorta (İTS) Fondunun büdcə bölgüsü ətrafında səslənən iddialar səhiyyə sistemində şəffaflıq, rəqabət və etik idarəetmə ilə bağlı ciddi suallar doğurur. İddialara görə, İTS və TƏBİB-in iş birliyi nəticəsində büdcənin 50–60%-i müəyyən şəbəkəyə daxil olan klinikalar arasında bölüşdürülüb, digər 40% isə bazarın qalan iştirakçılarına çatıb. Bu bölgünün ədalətsiz olduğu və bəzi klinikaları maliyyə sıxıntısına saldığı bildirilir.Sistemin əsas icra qurumu olan TƏBİB və maliyyələşməni həyata keçirən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTS) arasında koordinasiya mexanizmləri illərdir müzakirə olunur. Lakin bu dəfə iddialar daha konkret adlar və ünvanlarla səslənir.

Şəbəkənin əsas fiqurlarından biri kimi Yeni Klinikanın direktoru Barat Yusubov göstərilir. Yeni Klinika-ya daxil olan xəstələrin müəyyən özəl tibb mərkəzlərinə yönləndirildiyi iddia olunur. Bu mərkəzlər sırasında “EGE” hospital (Direktoru Baratın həyat yoldaşıdır), “Olimp” və “HP Güvən” klinikalarının adı çəkilir. Daxil olmuş məlumatlara görə,“EGE” hospital yaxın tarixlərə qədər digər klinikalarla müqayisədə 15–20 dəfə çox sığorta dövriyyəsi göstərib,yoxlamalar zamanı dövriyyənin süni şəkildə azaldıldığı bildirilir, yeni Klinikaya müraciət edən xəstələrin sistemli şəkildə “EGE” hospitala yönləndirilməsi baş verib.bütün xəstə kodlarının İTS tərəfindən təsdiqləndiyi və bunun üçün “münbit şərait” yaradıldığı iddia edilir.
Mediatv.az bildiri ki,əgər bu faktlar təsdiqini tapsa, burada maraq toqquşması, rəqabət mühitinin pozulması və bərabər çıxış imkanlarının məhdudlaşdırılması kimi ciddi hüquqi məsələlər ortaya çıxır.
Bu iki xətt arasında qeyri-formal koordinasiya mövcuddursa və qərarlar dar çevrədə formalaşırsa, sistemdə balans pozulmuşdur.Sadalanan məsələlər vəzifə səlahiyyətlərindən sui-istifadə hallarının, dövlət vəsaitlərinin məqsədli və şəffaf xərclənməməsi prinsipinin, rəqabət mühitinin qorunmasını mövzusunu aktuallaşdırır. Burada əsas məsələ şəxsi münasibətlərin olub-olmaması deyil — dövlət vəsaitinin bölgüsündə obyektivlik və şəffaflığın təmin olunmasıdır.Cavab gözləyən suallar cəmiyyət üçün maraqlıdır.Belə ki,2025-ci il üzrə İTS bölgüsünün klinikalar üzrə detallı statistikası niyə açıqlanmır,yeni Klinikadan yönləndirilən xəstələrin sayı və ünvanları barədə rəsmi hesabat varmı,audit və daxili nəzarət mexanizmləri hansı nəticələri göstərib?
Əgər sistem təmiz və qanunauyğundursa, bu sualların cavabı açıq şəkildə ictimaiyyətə təqdim olunmalıdır. Əks halda, sadalananlar sadəcə əməkdaşlıq modeli deyil, qapalı qərarvermə mexanizmi kimi qəbul ediləcək.
Araşdırma xarakterli iddiaların dəqiqləşdirilməsi üçün adları çəkilən şəxslərin və qurumların mövqeyi də dinlənilməlidir. Şəffaflıq isə yalnız açıqlama ilə deyil, sənədlə sübut olunmalıdır.

“İTS çətiri” və şəbəkə idarəçiliyi

İddialarda İTS ilə müqaviləli olan bir sıra özəl tibb müəssisələrinin də adı çəkilir. Məsələn:Yasamal Hospital, Avropa Beynəlxalq Hospital ,Gəncə Beynəlxalq Xəstəxanası
Bu müəssisələrin biznesmen Famil Musayevin nəzarətində olduğu, görünüşdə dolayı mexanizmlərlə Tibbi Planlama Departamentində vəzifə tutan şəxslərin gəlir mənbəyinə çevrildiyi iddia edilir. Adı çəkilənlər arasında Hikmət İbrahimlinin də olduğu bildirilir.
Ən ağır ittiham isə budur: bəzi böyük dövriyyəli özəl klinikaların əvvəlcədən razılaşma əsasında onlara ayrılan İTS dövriyyəsinin 10 faizini rüşvət kimi geri qaytarması barədə məlumatlar dolaşır.

Hüquqi prizma: hansı normalar pozula bilər?

Əgər səslənən iddialar sübuta yetirilərsə, aşağıdakı hüquqi çərçivələr gündəmə gələ bilər: Vəzifəli şəxslərin xidməti mövqedən şəxsi maraq üçün istifadə etməsi,Cinayət Məcəlləsinin 308 və 311-ci maddələri – vəzifə səlahiyyətlərindən sui-istifadə və rüşvət alma,Rəqabət Məcəlləsi – bazarda üstün mövqedən sui-istifadə və ayrı-seçkilik,dövlət vəsaitlərinin xərclənməsində bərabərlik və şəffaflıq prinsiplərinin pozulması.İTS mexanizmi sığorta hadisələrinin kodlaşdırılması, tibbi xidmətlərin təsnifatı və ödənişlərin təsdiqi üzərindən işləyir. Əgər kod təsdiqləri selektiv qaydada aparılıbsa və yönləndirmələr inzibati təsirlə formalaşıbsa, bu artıq sistemli müdaxilə deməkdir.
2025-ci il üzrə İTS büdcəsinin klinikalar arasında bölgüsü hansı meyarlara əsaslanıb,eyni profil üzrə xidmət göstərən müəssisələr arasında dövriyyə fərqi niyə 15–20 dəfədir,xəstə yönləndirmə mexanizminə kim və hansı əsasla nəzarət edir,İTS müqavilələrinin monitorinqi və audit nəticələri niyə ictimaiyyətə açıqlanmır? İcbari tibbi sığorta sistemi sosial ədalət və bərabər tibbi çıxış prinsipi üzərində qurulmalıdır. Əgər dövlət vəsaiti müəyyən qrup klinikaların xeyrinə yönləndirilirsə və bazarda qeyri-bərabər rəqabət formalaşırsa, bu artıq təkcə maliyyə məsələsi deyil — ictimai etimad böhranıdır.
Araşdırma davam edir. //Mediatv.az/
Nyus.Az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az