• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 22-10-2026 Elm və Təhsil Nazirliyi 25 milyonluq avadanlıq alır
  • 22-10-2026 Bakı Abadlıq Dədə Qorqud Parkını baxımsız vəziyyətə salıb – VİDEO
  • 22-10-2026 Nazirlik əməkdaşı ilə bələdiyyə sədri arasında dava düşdü - "Hara qaçırsan, a kişi..."
  • 22-10-2026 Əliyev-Ərdoğan dostluğu hər cür siyasi fırtınadan güclüdür: amma məzhəbçi-dinçi AKP-liləri də unutmayacağıq - BİZİM BAXIŞ
  • 22-10-2026 Ərdoğanın geyimində diqqətçəkən məqam - FOTO
  • 22-10-2026 Hikmət Rəhimov “44” filminin çəkilişlərindən danışıb: Qarlı küçədə hava beton tikilinin içindən daha isti idi
  • 22-10-2026 Biləsuvarda 17 yaşlı qızın meyiti tapıldı
  • 22-10-2026 Evinin "kupça"sı olmayanlara şad xəbər
  • 22-10-2026 Əraqçi: ABŞ müharibəni seçərsə, strateji məğlubiyyətə uğrayacaq
  • 22-10-2026 Lerik dağlarında faciə: Qızıl axtaran 42 yaşlı kənd sakini öldü - VIDEO
  • 22-10-2026 Leyla Əliyeva Səmərqənddə “Əbədi şəhər” kompleksi ilə tanış olub
  • 22-10-2026 Pirşağıda evi ilanlar basıb - VIDEO
  • 22-10-2026 Qardaşlıq qalib gəldi, amma izlər qaldı
  • 22-10-2026 Barəsində cinayət işi açılan Fəxrəddin Zeynalovun oğlu vəzifəsindən azad edildi
  • 21-10-2026 Xətai rayonunda "Energetiklər Günü" münasibətilə tədbir keçirildi - VİDEO
  • 21-10-2026 Banklara kibertəhlükələr barədə məlumat verilib - VİDEO
  • 21-10-2026 Uitkoff Putinə Tramp və Zelenski ilə birbaşa danışıqlar təklif edəcək
  • 21-10-2026 Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
  • 21-10-2026 Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
  • 21-10-2026 Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib

XƏBƏRLƏR

    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
18-02-2026, 16:45

Prokurorluq əməkdaşlarına və media qurumlarına mükafatlar təqdim olunub - FOTO

[center]Prokurorluq əməkdaşlarına və media qurumlarına mükafatlar təqdim olunub - FOTO[/center]

Fevralın 18-də "Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995-2025)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmiş, Baş Prokurorluqda xidməti vəzifələrini nümunəvi icra etdiklərinə görə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən həvəsləndirilmiş, habelə "İlin ən yaxşı müstəntiqi", "İlin ən yaxşı dövlət ittihamçısı" və "İlin ən yaxşı prokuroru" müsabiqələrinin qalibi olmuş prokurorluq işçilərinə, eləcə də "Prokurorluğun dostu" mükafatına layiq görülmüş media nümayəndələrinə mükafatların təqdim olunması ilə bağlı tədbir keçirilib.

Nyus.Az xəbər verir ki, əvvəlcə müasir Azərbaycanın memarı Ümummilli Lider Heydər Əliyevin, I Qarabağ, 44 günlük Vətən müharibələri və Qarabağ iqtisadi rayonunda keçirilmiş antiterror tədbirləri zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin, həlak olmuş vətəndaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev tərəfindən geridə qalan 2025-ci ilin ölkəmiz üçün uğurlu olmaqla yanaşı, çoxsaylı əlamətdar hadisələrlə yadda qalması qeyd edilib, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu praqmatik siyasi kursun möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən müdrik şəkildə davam etdirilməsi nəticəsində ölkəmizin sürətli hərtərəfli inkişafının davam etməsi, suverenliyimizin və ərazi bütövlüyümüzün beynəlxalq aləmdə təsdiq olunması, avqustun 8-də Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində Ermənistan Respublikası ilə sülh müqaviləsinin paraflanması qeyd olunub.

Xüsusilə vurğulanıb ki, 2026-cı ilin əvvəllərində ölkəmizə yüksək səviyyəli xarici qonaqların səfərləri baş tutmaqla yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi və onun ən yaxın silahdaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə qalib dövlətin qalib lideri kimi nüfuzlu beynəlxalq tədbirlər olan "Davos İqtisadi Forumu" və "Münxen Təhlükəsizlik Konfransı"nda uğurlu və yüksək səviyyəli görüşlər keçirilib.

Mərasim zamanı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi sədrinin 19 yanvar 2026-cı il tarixli sərəncamı ilə "Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995-2025)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmiş Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini və müavinlərinə, habelə Baş prokurorun müvafiq əmri ilə xidməti vəzifələrini nümunəvi icra etməsinə görə həvəsləndirilmiş prokurorluq əməkdaşlarına mükafatlar təqdim olunub.

Daha sonra "İlin ən yaxşı müstəntiqi", "İlin ən yaxşı prokuroru" və "İlin ən yaxşı dövlət ittihamçısı" müsabiqələrinin təşkili və keçirilmə qaydaları barədə müvafiq olaraq Baş prokurorun birinci müavini Elçin Məmmədov, Baş prokurorun müavinləri Elmar Camalov və Heydər Məmmədov çıxışlar edərək ətraflı məlumatlar veriblər.

Müsabiqələrin nəticələrinə əsasən "İlin ən yaxşı müstəntiqi" seçilmiş Baş Prokurorluğun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi Məhərrəm Məmmədova, "İlin ən yaxşı dövlət ittihamçısı" seçilmiş Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şəki Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru (Balakən rayon məhkəməsi üzrə) Gültac İsgəndərliyə və "İlin ən yaxşı prokuroru" seçilmiş Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuror-metodisti Nazim Xəlilova Baş prokuror tərəfindən diplom və mükafatlar təqdim olunub.

Bundan başqa, tədbir çərçivəsində "Prokurorluğun dostu" təltifinə layiq görülmüş media qurumlarına mükafatların təqdim edilməsi mərasimi keçirilib.

Diqqətə çatdırılıb ki, prokurorluq orqanları tərəfindən cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşma, o cümlədən vətəndaş məmnunluğunun və fəaliyyətdə aşkarlığın, hesabatlılığın və şəffaflığın təmin olunması məqsədilə media ilə işgüzar əlaqələrin möhkəmləndirilməsi prioritet vəzifələrdən biri hesab edilir.

Qeyd edilib ki, həmin tədbirlər çərçivəsində 2025-ci ilin yekunlarına əsasən prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı aşkarlıq və hesabatlılığın ictimaiyyətə operativ şəkildə çatdırılması, prokurorluq orqanları ilə media arasında operativ və səmərəli kommunikasiyanın qurulmasında fərqlənən "İki sahil" qəzetinin baş redaktoru, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Vüqar Rəhimzadə, "ARB 24" xəbər telekanalının direktoru Radik İsmayılov, "operativmedia.az" xəbər portalının rəhbəri Fərrux Qocamanlı, "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin İnformasiya proqramları studiyasının redaktoru Südabə Cahangirli, "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin İctimai-siyasi proqramlar redaksiyasının ali dərəcəli rejissoru Rəhimə Mirzəyeva, "Azərbaycan Dövlət İnformasiya Agentliyi"nin (AZƏRTAC) baş buraxılış redaktoru Pərvin Abbasov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) fotoqrafı Vüqar İbadov "Prokurorluğun dostu" mükafatı ilə təltif olunub.

Təltif olunan şəxslər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, prokurorluq orqanları ilə səmərəli əməkdaşlığın bundan sonra da uğurla inkişaf etməsi naminə çalışacaqlarını ifadə ediblər.//Milli.az

Nyus.Az













Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az